Yer Kökü Salatı


Müyesser Taşlıyar
Bu yazıya 1295 dəfə baxılıb.

YER KÖKÜ SALATI

 

Ərzaqlar:

Yer kökü,

Qarğıdalı (konservi),

Qatıq,

Mayonez,

Sarımsaq,

İstiot,

Duz.

 Hazırlanması:

Əvvəlcə yer kökü yuyulur və rəndələnir və dərin bir qabın içinə tökülür. Üzərinə qarğıdalı əlavə olunur. Mayonezlə qatıq bir qabın içində qarışdırılır. Sarımsaq əzilir və istiotla birlikdə mayonezin içinə əlavə olunur. Duzu da əlavə etdikdən sonra qatığın qatılkığını azaltmaq üçün bir az su əlavə edib qarışdırılır. Sonra yer kökünün üzərinə tökülüb birlikdə qarışdırılır. Hazır olduqdan sonra üzərini cəfəri ilə bəzəyə bilərsiniz. Nuş olsun!

 

VERMİŞİL ŞORBASI

Ərzaqlar:

2 yemək qaşığı marqarin,

8 stəkan ət və ya toyuq suyu,

3 ədəd pomidor,

2 ədəd bibər,

1 stəkan vermişil,

Duz, qara istiot.

Hazırlanması:

Əvvəlcə marqarıni əridin, sonra xırda-xırda doğranmış bibərləri və rəndələnmiş 2 ədəd pomidoru əlavə edin. Pomidorlar əzilib tomat halına gələnə qədər bişirin. Qalan bir ədəd pomidoru xırda-xırda doğrayın. Pomidorlar bişdikdə ət suyunu, xırda doğranmış pomidorları, vermişili və duzu əlavə edib 20 dəqiqə qaynadın. Xırdalanmış cəfərinidə əlavə edib bir-iki dəqiqə bişirin. Çox az xodda bişən şorbayı kasalara töküb, isti halda süfrəyə verə bilərsiniz. Nuş olsun!

Qeyd: Vermişilləri tökərkən qarışdırmasanız bir-birinə yapışar.

 

İKİ RƏNGLİ KEKS

Ərzaqlar:

125 qr marqarin,

5 yumurta,

250 qr pudra şəkəri,

Yarım stəkan süd,

3 stəkan un,

1 paket qabartma tozu, 1 paket vanil,

2,5 yemək qaşığı kakao,

1 ədəd qara şokalad,

Krem şanti.

Hazırlanması:

Geniş bir qabın içində yumurta ilə pudra şəkərini 5-6 dəqiqə yaxşıca qarışdırın. Əridib, soyutduğunuz marqarini, südü, qabartma tozunu, vanili, unu əlavə edib qarışdırın. Xəmiri iki hissəyə bölün. Birinin içinə kakao qatın. Yağlanmış qəlibin içinə ağ xəmiri tökün. Onun üzərinə də kakaolu xəmiri əlavə edin. əvvəlcədən isidilmiş sobada 170-dərəcədə 25-30 dəqiqə bişirin. Bişdikdən sonra şokaladı əridib üzərinə çəkin. Sonra krem şanti ilə istədiyiniz kimi bəzəyin. Nuş olsun!

BADIMCANLI KÖFTƏ

Ərzaqlar:

45 qr marqarin,

1 stəkan yarma,

2 yemək qaşığı tomad,

1 soğan,

2 badımcan,

2 pomidor,

Duz, 6 stəkan su.

Hazırlanması:

Yarmanı bir qaba tökün, üzərinə kifayət qədər isti su ilə duz əlavə edib, yaxşıca yoğurun. Sonra noxud böyüklüyündə hissələr alıb kiçik küftələr hazırlayın. Badımcanın, pomidorun və soğanın qabıqlarını soyub, xırda-xırda doğrayın. Marqarini əridib soğanı qovurun. Badımcanı əlavə edib bir azda qovurun. Tomatı və pomidorları da əlavə edib 1-2 dəqiqə bişirin. 6 stəkan suyu əlavə edin. Su qaynadıqdan sonra küftələri əlavə edib bişirin. Hazır olduqdan sonra süfrəyə verin. Nuş olsun!


Müyesser Taşlıyar
Bu yazıya 1295 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Yer Kökü Salatı
  • Bananlı Rulet