Faydalı Məsləhətlər


Məryəm Xəlilova
Bu yazıya 955 dəfə baxılıb.

Siqaret külün gülün dibinə töksəniz, gülün yarpaqlarına düşən həşaratların qarşısını alarsınız.

Boyaların iyisinin qarşısını almaq üçün iki ədəd baş soğanı soyub iki hissəyə bölün və suyun içinə atın.

Kahının yarpaqlarını yuduqdan sonra bıçaqla doğramayın, əlinizlə doğrayın. Bıçaqla doğrasanız içində olan bütün vitaminlər yox olar.

Portağalların suyunu sıxmamışdan əvvəl yarım saat soyuq suda saxlayın. Bu zaman daha çox suyu çıxar.

Keksiniz üçün pudra şəkəri lazımsa, bunu çox sadə bir üsulla əldə edə bilərsiniz. İki kağızın arasına toz şəkəri tökün və qızdırdığınız ütüyü bu kağızın üstündə un halına gələnə qədər gəzdirin.

Südü qaynatdıqda qaymaqlamamsı üçün içinə bir az duz atsanız qarşısını almış olarsınız.

Südün daşmasının qarşısını almaq üçün qazanın ağzına bir az bitki yağı sürtsəniz südünüz daşmaz.

Yemək qoxusundan xilas olmaq istəyirsinizsə bir qabın içərisinə 1 stəkan su və bir yemək qaşığı sirkə töküb bir neçə dəqiqə qaynadın.

Meyvəli tort hazırladığınız zaman meyvələrin qaralmaması üçün meyvələri limonlu suya salıb istifadə edin.

Keks hazırladıqda qaşığınızın xəmirə yapışmaması üçün, qaşığı istifadə etməmişdən qabaq südə batırın.

Pomidorlarınız təravətini itirməyə başladıqda yarım saat duzlu suda saxlayın.

Kartofu bişirirkən suyun içinə bir qaşıq sirkə əlavə edin. Həm rəngi sarı qalır, həm də çox ləzzətli olur.

Plov bişirərkən suyun içinə limon suyu töksəniz, rəngi ağappaq olar.

Suyunu çıxarttığınız limon qabıqlarını atmayın, rəngi qaralmış bıçaqlarınızı və polad əşyalarınızı təmizləyə bilərsiniz.

 


Məryəm Xəlilova
Bu yazıya 955 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.