Canı Canana Fəda Edə Bilmək


Məryəm Dəmir
Bu yazıya 940 dəfə baxılıb.

Canı canan diləmiş verməmək olmaz ey dil

Nə nizah eyləyək ol nə sənindir nə mənim…

Demiş Haqq aşiqi Füzuli..

Can bədəndə əmanətdir , can ‘Ona ruhumdan üfürdüyüm zaman' ayəti kəriməsinə məzhər ola bilmək üçün Rəbdə yox olmağı gözləyir, can Canan uğrunda xərclənə bilmək üçün hər vaxt hazırdır, can fəda üçün niyazdadır…

Niyazlar Rəbbə çatarkən,  can Rəbbə həsrətdə olarkən, canı əminliyə çatdıran şəhidlikdır..  

Xitabına məzhər şəhid ruhu.. bədəni ölü bilib zahirə baxan anlaya bilməz ruhun diriliyini..

"Allah, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərdən, qarşılığı cənnət olmaq üzrə, mallarını və canlarını satın almışdır. Bu Onun üzərinə, Tövrat, Incil və Quranda vədedilmis olan bir haqqdır. Allahdan daha çox əhdinə vəfa göstərə bilən kim vardır? Beləki etdiyiniz bu alışverişiniz üçün sevinin. Elə böyük kurtuluş da budur". (Tövbə, 9/111)

Qazanclı bir alışverişdir şəhidin Rəbbi üçün fəda etdiyi bədəni və ruhu..

"Allah yolunda hicrət edib daha sonra öldürülən və ya ölənlər isə; Allah onlara şübhəsiz gözəl bir ruzi verəcəkdir. Süphesiz Allah ruzi verənlərin ən xeyirlisidir". (Həcc, 22/5)

Bizim ən şirin bildiyimiz, çata bilməyəcəyiz daddakı ruzidir şəhidin ruzisi. Dünyəvi zövqlər onu izah etməyə çatmaz, dünyəvi dadlar onu yazmaq üçün söz tapa bilməz.

"... Süphəsiz hicrət edənlərin, yurdlarından çıxarılanların, mənim yolumda özlərinə əziyyət edilənlərin, çarpışanların və öldürülənlərin pisliklərini örtəcək və özlərini altından çaylar axan cənnətlər nəsib edəcəyəm. Bu Allah qatından bir qarşılıqdır. Qarşılıgın ən gözəl olanı Allah qatındadır". (Ali Imran, 3/195) 

Edilən gözəlliyin əcrini verən, qüsursuz kainatı yaradan Rəbbimiz. Qarşılığın ən gözəli ən gözəl qatdan. Şərh etmək həddimiz deyil.

Bir qul şəhid olmağı səmimiyyətlə istəsə şəhid olmasa da sahib olcağı əcri  Sərvəri Aləm Əfəndimiz (səs)  belə buyururlar :

Səhl ibn Hənif (r.a.)dan Rəsulullah (s.ə.s)in belə dediyi rəvayət edilir: "Allah Təaladan səmimiyyətlə şahidliyi tələb edən kimsə yatağında ölsə də Allah onu şəhidlər məqamına çatdıracaq". (Əbu Davud, Müslim, Tirmizi, Nəsai və İbnu Macə)

Salman (r.a) deyir ki : Rəsulullah (səs) Əfəndimizi belə buyurarkən eşitdim :

"Bir gün və bir gecə sərhəd keşiyi tutmaq, gündüzü orucla gecəsi ibadətlə keçirilən bir aydan daha xeyirlidir. Əgər adam bu qulluq əsnasında ölərsə etdiyi işin əcri və savabı qiyamətə qədər davam edər, şəhid olaraq ruzisi də davam edər  (cənnətdə ruzisi verilər) və qəbirdəki sual mələklərinin, hesabın çətinliyini çəkməz".(Müslim)

Ayəti kərimələrimiz və hədisi şəriflərimiz bizə İslam dininin vətənə, millətə, cana, namusa, bayrağa nə qədər əhəmiyyət verməli olduğumuzu vurğulamaqda və qulların vətən uğruna canlarını necə fəda etməli olduğuna diqqət çəkməkdədir..

Vətən sevgisi imandandır düsturuyla yetişən bir gənclik vətəninə, millətinə sahib çıxa bilən gənclik olar.. Nəhayət iş yenə bizlərə qalır. Yetişdirdiyimiz övladlar vətən sevgisi biryana, ana ata sevgisindən xəbərsiz olsalar vətən-millət sözləri onlara nağıl kimi görünər. İstehlak çağındakı gənclik sevgilərini də, hüznlərini də birlik içində yaşayarkən, bir anlıq zaman kəsiyində duyğularını ifadə edərkən keçmişindən laqeyd, gündəmdən uzaq böyüməkdədirlər.. Bizlərə verilən sevgini qatlayaraq uşaqlarımıza  verməzsək  onların  olduqları mühitə həssas olmalarını gözləmək onlara haqsızlıq deyil bəs nədir?

Şəhidlik rütbəsi əvəz istər.. ona hazırlanan əvəz qarşılığı Rəsulullah Əfəndimiz (səs) şəhid olanın ağrı hiss etməyəcəyini  "Səhit öldürüldüğündə,  birənin sizi dişlədiyində hiss etdiyiniz ağrı qədər ağrı hiss edər". (Tirmizi, Nəsəs(n)i və Darımı rəvayət etmistir.)

Hədisi şərifiylə bizə xatırladır..

Hər kəs üzərinə düşən vəzifəni edər və övladlarımızı vətənə layiq yetişdirsək, vətənimizidə övladlarımıza layiq qorusaq gələcək çox şey vəd edər…

 

 

 


Məryəm Dəmir
Bu yazıya 940 dəfə baxılıb.