Vallah qazandım!


Nimet Çinar
Bu yazıya 932 dəfə baxılıb.

Peyğəmbər Əfəndimiz (s.ə.s) İslamın ilk mədəniyyət məktəbini Mədinəyə hicrətdən sonra Məscidi Nəbəvidə qurmuşdu. Burada qalan və təhsil alan səhabələrə Əshabı Suffa deyilirdi. Bu səhabələr həm çox kasıb, həm də kimsəsiz və qalacaq yeri olmayan kəslər idi. Rəsulullah (s.ə.s) onlarla xüsusi olaraq maraqlanar, özünə yemək göndərilsə Əshabı Suffayla paylaşar, onları çox sevərdi. Bu bərəkətli məktəbin tələbələri isə digər səhabələrdən daha çox Əfəndimiz (s.ə.s) ilə birlikdə olar, Onun dizi dibində və mənəvi iqlimində yetişərdilər. Ətraf qəbilələrdən özlərinə İslamı izah edəcək müəllim istəndiyində Allah Rəsulu (s.ə.s) bunlardan göndərərdi

Hicrətin 4-cü ilində Nəcid bölgəsində yaşayan Əbu Bera və qəbiləsi Peyğəmbər Əfəndimiz (s.ə.s)dən müəllim tələb etmişdi. Əfəndimiz (s.ə.s) də onlara Səhabələri Suffadan özlərinə qurra deyilən 70 hafizi göndərmişdi. Ancaq yolda bu müəllimlər böyük bir xəyanətə uğramış, biri xaric hamısı şəhid edilmişdi. Bu faciə günü çox kədərli və ibrətli hadisələr yaşanmışdı. Bunlardan birini daha sonra müsəlman olan Cebbar min Sülma belə rəvayət edir:

" Müsəlmanlardan məni İslama dəvət edən Əmir bin Fuheyreyə mizrağımı batırdım. Mizrağımın sinəsini deşib keçdiyini gördüm. O isə bu haldaykən;

-Vallah qazandım! deyirdi. Öz özümə;

-Nəyi qazandı ki? Mən onu öldürmüş deyiləmmi? dedim. Bu sırada cəsədi səmaya yüksəldi və gözdən itdi. Şahid olduğum bu hadisə müsəlman olmama vəsilə oldu."

Həqiqətən Əmir bin Fuheyre nəyi qazanmışdı?

Həm də insanlar üçün çox şirin olan canını verərkən …

Görəsən necə bir qazanc əldə etmişdi ki, belə söyləyirdi?

O, bir insanın bu dünyada çata biləcəyi ən ülvi mövqeyə çatmış, şəhidlik şərbətini dadmışdı. Rəbbimizin ayələrdə təriflədiyi və müjdələdiyi şahidliyi…

"Allah yolunda öldürülənləri əsla ölülər sanmayın. Əksinə onlar diridirlər! Allahın lütf və kərəmindən özlərinə verdikləri ilə sevincli bir halda Rəbləri yanında ruzilərə nail olmaqdadırlar. Arxalarından gələcək və hələ özlərinə qatılmamış olan şəhid qardaşlarına da heç bir kədər və qorxu olmadığını və özlərinin kədərlənməyəcəklərini müjdələmək istəyərlər. Onlar, Allahdan olan bir neməti, bolluğu və Allahın, möminlərin əcrini məhv etməyəcəyini müjdələrlər. (Ali İmran 169-171)

Əmir bin Fuheyrenin çatmaq istədiyi şəhidliyi Peyğəmbər Əfəndimiz (s.ə.s)də arzu edir və belə deyirdi:

"Ümmətimə ağır gəlməyəcək olsaydı, heç bir cihaddan geri qalmaz, hamısına qatılardım. Allah yolunda şəhid olmaq, sonra dirildilmək təkrar şəhid olmaq, yenə dirildilib təkrar şəhid olmaq istəyərdim"

Digər bir hədislərində isə şəhidlərin günahlarının bağışlanacağını müjdələyərək;

"Şəhidin, qul haqqı xaricindəki bütün günahlarını Allah bağışlayar." buyurmuşdu.

Əlbəttə, asan deyil, insanın bir müqəddəs uğruna canını fəda etməsi…

əlbəttə, asan deyil, arxasına baxmadan öləcəyini bilə-bilə dimdik getməsi… Amma onlar bacardılar. Söhbətlə, sevdayla, eşqlə bacardılar.  Rəbbimiz bizlərə də onlar kimi ömürümüzün sonuna ən gözəl nöqtəni qoya bilməyi nəsib etsin inşallah! AMİN

 

 


Nimet Çinar
Bu yazıya 932 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.