Türk hakimiyyəti altında ikən ermənilərin vəziyyəti


Bu yazıya 874 dəfə baxılıb.

Türklərin ermənilərlə ilk rəsmi-siyasi münasibətləri Səlcuqların dönəmində başlamışdır. Bizanslıların ermənilərə hakim olub əziyyət etdikləri bir dönəmdə Səlcuqlar ortaya çıxmışdır. Türklərin, xüsusilə, Malazgird savaşı (1071-ci il) Bizans İmperatorluğuna üstün gəldiyi bir ərəfədə xalq Bizans İmperatorluğunun verdiyi əziyyətdən qurtulmaq və xoş münasibəti gördükləri üçün türklərin hakimiyyətini istəmişdir. Ancaq türklərin çətin dönəmlərində ermənilər bir qismi Yunan hakimiyyətinə girsə də, böyük bir qismi Türk hakimiyyətində varlığını davam etdirmişdir. Türklərdən gördükləri xoş münasibətə baxmayaraq fürsət tapdıqları anda üsyan edən ermənilər Sultan Məlikşahın verdiyi fərmana əsasən “Erməni Katolikosluğunun tək bir məqamla idarə edilməsi, bütün kilsə, monastır və ruhanilərin vergidən azad tutulması ...” na nail oldular.

Böyük Səlcuqların dönəmində olduğu kimi, Türkiyə Səlcuqları dönəmində də Ermənilərə eyni dini və idari münasibət davam etmişdir. Ancaq, ermənilər yenə də fürsət tapdıqca üsyanlarına davam etmişdirlər. Hər üsyanın ardından da peşman olan ermənilər, bizanslılardan gördükləri zülmü və sıxıntıları, türklərdən gördükləri xoş münasibəti dilə gətirmiş və türklərə sədaqətlə bağlı qalacaqlarına and içmişlər. Səlcuqlardan sonra Osmanlı dönəmində də eyni dini və siyasi münasibət bütün qeyri müsəlmanlara göstərilmişdir. Bu mənada, Fatih Sultan Mehmetin Bursa Metropoliti Piskopos Hovakimi İstanbula çağıraraq, İstanbulda erməni patrikliyi qurması və onu İstanbul Patriki təyin etməsi ən bariz nümunələrdəndir.

Səlcuqlardan başlayaraq II Mahmud dönəminə qədər ermənilər, türklərin hakimiyyəti altında rahat və sakit bir həyat keçirmişlər. Onların dini və sosial vəziyyətlərinə müdaxilə edilməmiş, Patriklikləri, öz məhkəmələrini və həpsxanalarını qurmuş, ticarət və sənaye ilə məşğul olmuş, əsgərlikdən azad olmaları səbəbilə nüfuzları artmış və zənginləşmişlər. Digər Türk ünsürünə görə daha rahat şərtlər daxilində yaşadıqları üçün təlim və təhsilə də imkanları geniş olmuşdur. Buna görə Osmanlı İmperatorluğunun geriləmə dönəmi başlayınca, o günə qədər lehdə görünən ermənilər əleyhdə fəaliyyət göstərməyə başlamışlar. Osmanlının, xristian qruplar arasında itib batmaqdan qoruduğu erməni kilsəsi, himayəsi altında olduğu bu dövlətə qarşı siyasi fəaliyyətlərdə zaman zaman aktiv fəaliyyətlər göstərmişdir. Türklərə qarşı sürdürülən bu dini və siyasi fəaliyyətlər, ilk başda önəmsiz görünsə də, bir müddət sonra, günümüzdə də qarşımıza çıxarılan saxta “erməni soyqırım” iddiası ilə nəticələndirilməyə çalışılan “erməni məsələsi” şəklində özünü göstərmişdir.

Osmanlı İmperatorluğunda “erməni məsələsi”nin dini və siyasi toxumunun atılması, 1804-cü il İran-Rus savaşından sonra, 1828-ci ildə İrəvan və ətrafının Rusiyanın əlinə keçməsindən sonra başlamışdır. İrəvan və ətrafının Rusiyanın hakimiyyətinə keçməsindən sonra 1828-1829-cu illər Türk-Rus və daha sonra 1854-1855-ci illər Krım Hərbində Rusların Ermənilərlə olan münasibətləri möhkəmlənmiş, möhkəmləşdikcə də bölücülük hərəkətləri sürətlənmişdir. Çar Rusiyası, Erməniləri öz tərəfinə çəkmək, ortodokslaşdırmaq və onları öz içlərində əritmək üçün müxtəlif siyasi addımlar atmışdır. Bunlardan biri də, ermənilərin yaşadığı yerə “Ermənistan” adını verməsidir.

Ermənilərin siyasi fəaliyyətlərində din adamları xüsusi yer tutmuş, mühim rol oynamışdır. Belə ki, ermənilərin ən böyük dini liderinin məqamı İrəvan yaxınlarındakı Eçmiyazində yerləşməkdədir. Bu gün də, ilk dönəmlərdə olduğu kimi, bu məqam, bütün dünya ermənilərinin dini mərkəzidir.

Nəticə etibarı ilə, bu gün erməni adlı bir millət varsa, bunu hakimiyyəti altında yaşadıqları türk dövlətlərinə borcludurlar. Bunu yuxarıda verməyə çalışdığımız qısa tarixi məlumatlar da sübut edir. Varlıqlarını türklərə borclu olduqları halda, ermənilər türklərin zəiflədiyi anda siyasi qarşıdurmalar, yaratmışlar. Sonda da ermənilər öz nankorluqlarını Qarabağda göstərdilər. Burada göstərdikləri soyqırım vəhşiliklərini isə öz saxta “soyqırım” iddiaları ilə örtməyə çalışaraq, dünyanın diqqətini yanlış yönə yönəltməyə çalışdılar. Amma unutmamalıyıq ki, zalıma qarşı məzlumu qoruyan Allah (c.c.) hər şeyə qadirdir. Bizim xoş münasibətimiz isə axmaqlığımızdan deyil, dini inancımızdandır. Hakimiyyətimiz altındakına xoş münasibət tövsiyə edən dinimiz, düşmənə qarşı vətənimizi qorumağımızı da əmr edir. Bu yolda tarix boyu olduğu kimi, bu gün də şəhid olmağa hazır olan vətən oğulları və onları qürurla əsgər göndərən analarımız vardır.    



Bu yazıya 874 dəfə baxılıb.