Övladlarımızın Xəyallarını Kimlər Oğurladı?


Xədicə Şahin
Bu yazıya 950 dəfə baxılıb.

Beş yaşındakı kiçik qızım çəkmiş olduğu rəsmi mənə göstərdi. Rəsmdə yaşına görə mükəmməl deyə biləcəyim şəkildə dağlar, ağaclar, çiçəklər, axar su, günəş çəkmişdi. Bir də rəsmi tamamlayacaq bir ev çəkib, amma evin yanında anlaya bilmədiyim bir şey var. Mən də təbii olaraq soruşdum: "Qızım, bu çəkdiyin nədir?" "Anacan bu bombadır" deyincə bir an diksindim, “bu gözəl şəkildə bombanın nə işi var?”,- deyə. Bir az düşününcə qızımın o günlərdə şiddət məzmunlu uşaq kanalını izlədiyi ağlıma gəldi və vaxt itirmədən o kanalı televizorumuzdan dərhal çıxardım.

            Yenə eyni şəkildə yoldaşım qardaşı oğlundan bəhs edərkən "qəribə bir uşaqdır, bu yaxınlarda pişiyi əlinə alıb əzizləyir, əzizləyərkən "sən nə gözəl şeysən, nə şirin şeysən belə, səni öldürmək istəyirəm" deyib pişiyi var gücüylə sıxır. Ümumiyyətlə xoşuna gələn bir şey öldürülmək istənməz, insanın sevgidən içi qaynar və bağrına basmaq istər.

            Nümunələri yazmaq istəsək bəlkə də səhifələr çatmaz. Yaxşı, bu cür hadisələri eşidincə uşaqlarımıza nə olur deyə soruşuruqmu?

            Uşaqlarımız əylənsin, ayaqaltında gəzməsin, qonağım gəlincə problem çıxarmasın deyərək qarşısına oturtduğumuz televizorlar; "texnologiya çağı aman uşağım kimsədən geri qalmasın" deyərək kiçik yaşda əllərinə verdiyimiz kompyuterlər, onların duyğularını, xəyallarını oğurlamasın?

   Mütəxəssislər 3 yaşa qədər olan uşaqlara televizor izləməyi qadağan edir. 3 yaşdan sonra isə təlimatçı proqramları valideynlər ilə izləyib davamlı diqqətini cəlb edən məqamlarda şərh edilməsini söyləyir. Bu tövsiyələri valideynlərin neçəsi tətbiq edir görəsən, onu da düşünmək lazımdır.

            Yayımlanan cizgi filmlərinin əksəriyyətində şiddət, qorxu nümayiş olunur. Şiddət olmayan cizgi filmlərə baxdığımızda belə mütləq uşaqlarımıza hiyləgər ilan kimi təsir etməyə çalışılan 25-lik kadrlar görürük.

Məsələn, cizgi filmlərindəki qızlar elə gözəl, cazibədar, incə, çoxu gənc qızların xəyalındakı “90-60-90”ölçülərindədir ki, bir böyük olaraq bizi belə özünə çəkir və izlədir. Mütəxəssislər bunu izləyən qız uşaqlarının irəlidə bədən ölçülərim pozulmasın deyərək uşaq dünyaya gətirməyi belə düşünmədiyini söyləyirlər. Ayrıca gündə 1 və ya 2 saat televizor izləyən uşaqlar 5 il sonra 18000 şiddət, cinsi təcavüz kimi şeyləri öyrənmiş olurlar.

            Allah-təala tərəfindən işlənməmiş qiymətli bir ləl-cəvahirat şəklində bizə nemət olaraq təqdim edilən o kiçik balalarımızın duyğuları, xəyalları nələrlə çirkləndirilir, bir düşünək.

Çünki Allah-təala Qurani-Kərimdə neçə yerdə "ey ağıl sahibləri düşünməzsinizmi" buyuraraq bizi təfəkkürə sövq edir. Yaxşı bu günün kiçikləri, sabahın Allah-təalanın "ey ağıl sahibləri", xitabına məzhər olacaq uşaqlarımızın düşüncə bacarıqlarını nələrlə doldururuq?     

            Saatlarını iki xəstəliyin(iki xəstəlik deyirəm, artıq televiziya və internetin faydasını deyil, zərərini götürürük) başında keçirən uşaqlar həqiqət ilə izlədikləri şeyləri ayırd edə bilmirlər. İnternet xəbərlərinin birində belə bir hadisə keçirdi: Kiçik yaşlarda internet oyunlarına mübtəla olmuş bir uşağın gerçək həyatda atası yol qəzasında ölür. Uşaq eşidincə "aaa, atamın bir canı varmış",- deyir.  Bu şəkildə özünü cizgi film qəhrəmanı zənn edərək yüksək mərtəbəli binalardan aşağıya atlayan uşaqların xəbərlərini çox eşitmişik.

            Materialist qüvvələr bizim uşaqlarımızın nə gələcəyini, nə də xəyallarını düşünürlər.  0nların tək düşüncəsi var; maddi olaraq necə güclü ola bilərəm, insanlara necə çatıb satışlarımı yuxarılara doğru yüksəldə bilərəm? Təbii ki, sürətli şəkildə təsir edə biləcəkləri ən əhəmiyyətli kütlə uşaqlar olur. Ən günahsız görünən uşaq kanalları belə reklamlar ilə doludur. Reklamlar da davamlı görünüş dəyişikliyi olduğu üçün uşaqlarda diqqət əksikliyi, bir mövzu üzərində diqqətini toplaya bilməmə kimi problemlər meydana gətirir. "Bir saatlıq təfəkkür 60 illik nafilə ibadətdən üstündür"(Sunu idi, Camiu's Kar, 2/127)  buyuran Hz. Peyğəmbər (s.ə.s)in tövsiyəsinə, bu şəkildə yetişən gənclik necə diqqətini cəmləyib, təfəkkür edərək  uyğunlaşacaq? Və necə axirətini qurtaracaq?

            Demək ki, yalnız əyləncə kimi görünən proqramlar uşaqlarımızın xəyallarını və duyğularını oğurlamaqla kifayətlənmir, əbədi həyatlarını da oğurlaya bilirmiş. Belə isə, ana atalar! Uşaqlarımıza dijital dünyanın girdablarında itmədən biz sahib çıxaq…            


Xədicə Şahin
Bu yazıya 950 dəfə baxılıb.