Bananlı Rulet


Müyesser Taşlıyar
Bu yazıya 1135 dəfə baxılıb.

BANANLI RULET

Ərzaqlar:

1 paket kakaolu peçenye

1 stəkan şəkər tozu

Yarım stəkan un

4,5 stəkan süd

50 qr marqarin

Vanil, şokolad sousu, krem şanti, banan.

 

Hazırlanması:

Kakaolu peçenyeni yaxşıca toz halını alanadək sürtgəcdən keçirib listə yayın. Marqarin ilə unu qovurub, südü və vanili əlavə edərək bişiririk. Bişdikdən sonra mikserlə çırpıb peçenyənin üzərinə yayırıq. Soyuduqdan sonra krem şantini 1 stəkan süd ilə çırpıb soyuyan qarışımın üzərinə çəkirik. Sonra bananı arasına qoyub  rulet formasında bükürük. Sonra şokolad sousunu üzərinə töküb süfrəyə veririk. Nuş olsun!

 

YAŞIL NOXUD ŞORBASI

 

4 nəfərlik

Ərzaqlar:

500 qr yaşıl noxud

1 soğan

2 yemək qaşığı zeytun yağı

4 stəkan toyuq suyu

Duz, qara bibər.

Şüyüd

 

Hazırlanması:

Yaşıl noxudu təmizləyin, sonra soğanı təmizləyib xırda-xırda doğrayın. Soğanı zeytun yağında qovurun. Duz və qara bibəri əlavə edin. Toyuq suyunu tökün. Qaynamağa başladıqda yaşıl noxudu tökün və yumşalana qədər bişirin. Bişən noxudun az bir hissəsini ayırın. Qalan noxudları püre halını alanadək blenderdən keçirin. Sonra ayırdığınız noxudu və xırda-xırda doğranmış şüyüdü əlavə edib 1-2 dəqiqə qaynatdıqdan sonra süfrəyə verə bilərsiniz. Nuş olsun!

 

QOZLU YER KÖKÜ SALATI

Ərzaqlar:

4 ədəd orta böyüklükdə yer kökü

2 stəkan qatıq

4 diş sarımsaq

4 qaşıq bitki yağı

½ stəkan əzilmiş qoz ləpəsi

Duz

 

Hazırlanması:

Yer köklərini rəndələyin, üzərinə duz və bitki yağı əlavə edin. Suyunu çəkənə qədər bişirin. 1-2 dəqiqə qızardın. Qatıq və sarımsağı duz ilə qarışdırın. Yer kökünün üzərinə sarımsaqlı, qatığı və qozu əlavə edib qarışdırın. Soyuq olaraq süfrəyə verin. Nuş olsun!

 

PƏRDƏLİ PLOV

 

Ərzaqlar:

3 stəkan düyü

1 stəkan badam

2 yemək qaşığı kərə yağı

Duz, qara bibər

Toyuq suyu, toyuq əti

 

Xəmir üçün:

3 stəkan un

3 yumurta

100 qr kərə yağı

Qatıq, duz.

 

Hazırlanması:

Düyünü isladın. Qazana əvvəl bitki yağı  və kərə yağı qoyun. Düyü və badamı töküb bir az qovurun. Duzunu əlavə etdikdən sonra bişirdiyiniz toyuğun suyunu töküb qarışdırın və qapaqla örtün.

Xəmirin hazırlanması: qarışdırma qabına unu qoyun ortasına kərə yağı yumurta və qatığı əlavə etdikdən sonra yumşaq  xəmir hazırlayın.

Xəmiri unlayıb yuvarlaq şəkildə açın. Bir parçasını qapaq üçün ayırın. Əvvəlcədən kərə yağıyla yağlanmış qazanın içinə badamları düzün. Açdığınız xəmiri qazanın içinə yerləşdirin.

Hazırladığınız plovun içinə didiklədiyiniz toyuq ətini və qara bibəri qatıb qarışdırın. Sonra xəmirin içinə qoyun. Üzərinə xəmirdən hazırladığınız qapağı qoyun. 180 dərəcədə elektrik sobada bişirin. Hazır olduqdan sonra süfrəyə verin. Nuş olsun!

 


Müyesser Taşlıyar
Bu yazıya 1135 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Yer Kökü Salatı
  • Bananlı Rulet