Sabahın İşığı Bu Günün Qaranlığında


Məryəm Dəmir
Bu yazıya 877 dəfə baxılıb.

Qaranlıqda idilər.  Bir ananın bətnində, İki embrion...

Sudan bir beşiyin içində hər şeydən xəbərsiz gözləyirdilər,

Bir-birini qucaqlayıb, qaranlıqda yatmışdılar ...

Həftələr keçmiş, əkizlər inkişaf etmişdi.

Əlləri, ayaqları nəzərə çarpırdı.

Gözləri formalaşdıqca, ikisi də ətrafda olanları fərq etmişdilər...

Bu nə rahat, nə etibarlı bir dünyadır...

İsti, yaş, sevgi ilə dolu...

"Elə gözəl bir dünyada yaşayırıq ki,  dedilər. Biz necə xoşbəxtik..."

Zaman keçdikcə, ətrafı kəşf etməyə başladılar.

Bu qaranlıq dünyanı və həyatın qaynağını tapdılar.

Onları bəsləyib böyüdən damarı görərkən,

O damarla özlərini var edən Rəblərinə şükür etdilər.

Günlərin bir günü yaradılışları ilə bağlı mübahisəyə başladılar:

Ana bətnində mübahisə edən əkizlər yavaş-yavaş böyüyüb inkişaf etdilər.

Ana bətninə sığmaz oldular.

Artıq balacaların barmaqları və qulaqları da  var idi ...

Böyüdükcə anladılar ki, yolun sonu yaxınlaşır...

Gün gələcək, bu gözəl həyat bitəcək;

Qaranlıq bir səfər, onları başqa bir diyara aparacaqdı.

"- Buradakı həyatımızın sonuna yaxınlaşırıq" deyə əkizlərdən biri pıçıldadı...

"- Mən getmək istəmirəm" o biri dedi; " həyata doya bilmədim axı..."

"- Amma müqəddərat alnına yazılandır; dua et, bəlkə doğumdan sonra həyat vardır".

Soruşdu pessimist olan:

"- Bir gün bizə həyat verən damar kəsiləcək. Ondan sonra başımıza nələr gələcək?"

Optimist olan şeirlə cavablandırdı:

"Bir çox gedən, məmnun ki,  yerindən,  çox illər keçdi  dönən yox səfərindən..."

Və günlərdən bir gün, yer sarsıldı, divarlar sıxıldı.

Dözülməz sancılarla əkizlər gözlənilən günün gəldiyini anladılar.

Kiçik qollarıyla bir-birlərini son dəfə qucaqlayıb vidalaşdılar.

Və "ömürümüz bitdi" deyə qışqırıb ağlaşmağa başladılar.

Əzrail olduğunu zənn etdikləri bir əl onları həyata bağlayan damarı kəsdi,

Ağlaya ağlaya qaranlıq bir koridordan o biri həyata çıxdılar ...l

 

Bu yazı bir internet hekayəsidir … Təkra,r  təkrar oxuduğum və düşündüyüm… Hər birimiz əslində bu həngamənin içində bir əlin gəlib bizi aparmasından qorxuruq. .. Bəlkə o əl bizi ana kimi şəfqətli qollara verəcək..

Şəfqət ən sərt qapıları belə öz  gücü ilə aça biləcək, qiymət və ərdəm dərəcəsi kifayət qədər bilinməyən çox əhəmiyyətli bir açardır…

Lakin şəfqətli qollara gedə bilmək üçün bu dünyada nə etməli olduğuna insan baxmalıdır …. Hər  keçən gün məchulluğa qərq olan,  təmiri mümkün olmayan bir bina. ..gedəcəyimiz  yer isə şəfqətinin yalnız yüzdə birini kainata göndərən yeganə Mərhəmət Sahibi. . doxsan doqquz hissəsi isə öz qatında gizlidir. . bu yüzdə birdən pay götürən  ana balasına şəfqət bəsləyər. Bu hissə malik olan bir heyvan balasını əzməmək üçün çox ehtiyatlı davranar.

Cənabı Haqqın rəhmətinin bir nümunəsidir sanki.. Uca Nəbi, Rəbbimizin rəhmətini izah edərkən ananı nümunə verir. Əsirlər arasında gəzən, pərişan halda balasını axtaran, taparkən isə onu sinəsinə basan bir ananı göstərir və "Bu ana uşağını cəhənnəmə atarmı?" deyə əshabələrdən soruşur.. Onlar "xeyr" dəyərkən, "Bax,  Allah (c.c) qullarına qarşı bu anadan daha mərhəmətlidir." Buyurur.

Mərhəmətli əlləri arzulayırıqsa, ona yaraşan əməllərlə ömür dəftərimizi bəzəməliyik. . qəflətlərlə, peşmanlıqlarla, boş işlərlə dolu bir ömür insanı sıxarkən, əməl dəftərinin xeyir işlərlə, sünnətə uyğun, nafilə ibadətlərlə dolması, qulun axirətdə şəfqət yumağının içinə qoyulacağının əlamətidir…

Bəs siz necə düşünürsünüz?!!

 

 

 


Məryəm Dəmir
Bu yazıya 877 dəfə baxılıb.