Mövlud gecəsi


Firdovsi Həsənov
Bu yazıya 801 dəfə baxılıb.

Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik (Əmbiya 107).

İnsanlığın qurtuluşu üçün göndərilən son peyğəmbər, fəxri kainat Hz.Məhəmməd (s.ə.s) 571-ci ildə Rəbiül-əvvəl ayının 12-də bazar ertəsində dan yeri ağarmağa başladığı zaman aləmə başqa bir aləm qataraq dünyaya gəldi. Cahana nur yayıldı. Məhəmməd Mustafa doğuldu. Bu mübarək gecə “Mövlud gecəsi” adlandırıldı. Mövlud doğum zamanı deməkdir.

     Onun doğulduğu çağda dünyanın hər tərəfini cəhalət, zülm, əxlaqsızlıq bürümüşdü. Allaha inanc unudulmuş, insanlıq qorxunc bir şəklə düşmüşdü. Peyğəmbər əfəndimizin doğulduğu gecə bütün aləm onu gözləyirdi. Yəhudilər, xristianlar xatəmul ənbiyadan xəbər verirdilər. O gecə insanlıq üçün gözəl və yeni bir gün doğmuşdu. Qurani Kərimdə belə buyrulur:

“Andolsun ki, içərilərindən, özlərinə Allahın ayələrini oxuyan, özlərini günahlardan təmizləyən, özlərinə kitab və hikməti öyrədən bir peyğəmbər göndərməklə Allah möminlərə böyük bir nemət bəxş etmişdir. Halbuki daha əvvəl onlar açıq-saçıq bir pozğunluq içində idilər. (Ali İmran 164).

   Bu gecədən sonra artıq yer üzündə bir nur saçacaq, küfr və zülm qalxacaq, şirk və dinsizlik məhv olacaqdı. İnsanların həyatı yaxşılığa doğru irəliləyəcək və bütün əxlaqsızlıqlar aradan qalxacaqdı.

   Yəhudi alimləri kitablardan daha əvvəl rast gəldikləri işarətlərə əsasən, son peyğəmbərin doğulduğunu hər kəsdən əvvəl xəbər verdilər. Onlar həmin gecə səmaya baxıb: “ Bu ulduzun doğulduğu gecə, Əhməd doğulmuşdur” dedilər.

    Kainatın əfəndisini dünyaya gətirən bəxtiyar ananın hələ körpə dünyaya gəlməmiş gördükləri əsl möcüzə idi. Peyğəmbər əfəndimizə hamiləykən yuxusunda : “Sən insanların ən xeyirlisinə və ümmətin əfəndisinə hamilə oldun. Onu dünyaya gətirdiyin zaman tək həsədçinin şərrindən qorunması üçün bir və tək olana sığınıram de, sonra ona Əhməd və ya Məhəmməd ismini ver”.

   Aləmlərin əfəndisi dünyaya gəldiyi zaman bir neçə hadisə baş vermişdi. Eyni gecədə Kəbədə olan bütlərin çatının başıaşağı çevrildiyi göründü. Hisra sarayının beşik kimi sallanan on dört balkonunun parçalanıb yerə töküldü. Savada müqəddəs kimi tanınan gölün suyu çəkildi. Bir əsrdən çox yanan və söndürülməyən məcusi atəşi söndü. Bütün bunlar səbəbsiz deyil. Dünyaya bir nur doğur. Məhəmməd Mustafa gəlir. Onun gəlişi yer üzünü aydınlığa qərq edəcək, insanları haqq yolunda irəliyə aparacaq. Bu mübarək bütün insanlığa, dünyaya göndərilmiş son peyğəmbərdir.  

     "Təsəvvüfdə tez-tez istifadə edilən və kutsi hədis olaraq da rəvayət edilən:”Sən olmasaydın mən kainatı yaratmazdım” (Levlake...) (Aclını, II: 164; Hakim əl Müstedrek, II: 615) ifadəsiylə" varlığın Hz. Məhəmməd üçün yaradıldığı deyilir.

Hz. Cabir rəvayet edir: "Ey Allahın Elçisi! Anam-atam sənə fəda olsun, Allahın hər şeydən əvvəl ilk yaratdığını mənə söyləyərsinizmi?" deyə soruşdum. Belə buyurdu "Ey Cabir! Hər şeydən əvvəl Allahın ilk yaratdığı şey sənin peyğəmbərinin nurudur. O nur, Allahın qüdrətiylə onun dilədiyi yerlərdə gəzib dayanırdı. O vaxt daha heç bir şey yox idi. Nə Lövh, nə qələm, nə cənnət, nə cəhənnəm vardı. Nə mələk, nə göy, nə yer, nə günəş, nə ay, nə cin və nə də insan vardı.

Allah məxluqları yaratmaq istədiyi vaxt, bu nuru dörd parçaya ayırdı. Birinci parçasından qələmi, ikinci parçasından Lövhü (Lövhü məhfuz), üçüncü parçasından Ərşi yaratdı. Dördüncü parçanı ayrıca dörd parçaya böldü: Birinci parçadan Hamelesi Ərşi (Ərşin daşıyıcılarını), ikinci parçadan Kürsünü, üçüncü parçadan digər mələkləri yaratdı. Dördüncü qisimi təkrar dörd parçaya böldü: Birinci parçadan göyləri, ikinci parçadan yerləri, üçüncü parçadan cənnət və cəhənnəmi yaratdı. Sonra dördüncü parçanı yenə dördə böldü: Birinci parçadan Möminlərin bəsirət nurunu, ikinci parçadan -marifetullahtan ibarət olan- ürəklərinin nurunu, üçüncü parçadan tövhiddən ibarət olan ünsiyet nurunu (La ilahə illəllah Muhammedu'rresulüllah nurunu) yaratdı." (Baxın. İmam Əhməd, Müsned IV-127; Hakim, Müstedrek II-600/4175; İbni Hibban, Əl Lütfkarlıq XIV-312/6404; Əzələdələni, Mevahibü'l-Ledünniye: 1/6; Krş. Aclını, I/262-6)

     Məhəmməd Mustafa (s.ə.s) aləmlərə rəhmət olaraq göndərildi. Əsrlərə sığmayacaq inqilabları bir neçə il ərzində gerçəkləşdirdi. Övladlarını diri-diri torpağa basdıran valideynlər onun gətirdiyi prinsip əsasında mükəmməlləşdilər, dünyaya, insanlara ədalət və mədəniyyət rəhbəri olaraq gəldilər. Ona inananlar tək kəliməsilə kökü əsrlərə dayanan alışqanlıqlarından əl çəkdilər.

Qurani Kərim Peyğəmbər əfəndimizin insanlar üçün ən gözəl örnək olduğunu bildirməklə bu xüsusda belə buyurmuşdur: “And olsun, Allahın Rəsulunda sizin üçün və Allahı çox ananlar üçün gözəl bir örnək vardır” (Əhzab 21).

 

    Elə bu gecəyə Vəladəti-Nəbi gecəsi deyir və onu bütün qəlbimizlə, ruhumuzla yad edirik. Bütün kainatla bu gecəni qarşılayıb, onun aləmə təşrifinə qiyam edirik. Rəbbimiz bizləri peyğəmbərimizin şəfaətinə nail eyləsin. Amin!

 

 


Firdovsi Həsənov
Bu yazıya 801 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.