Göyərtili Börək


Bizim AİLƏ
Bu yazıya 1267 dəfə baxılıb.

 

5 ədəd yuxa

1 kq ispanaq

2 ədəd soğan

250 qr qiymə

1 stəkan duru yağ

1 x.q. kərə yağı

1 x.q. qatıq

0,5 ç.q. duz

1 ç.q. qarabibər

 

Kərə yağı ilə soğanları qızılı rəng alana qədər qızardın. Qiyməni qatıb, duz və qarabibər əlavə edərək qovurun. İspanaqları doğrayıb qiyməyə əlavə edin. Duz və qarabibəri əlavə edin. Vam odda ispanaqları öldürün. Ancaq ispanaqların tam bişməməsinə yalnız yaşıllığını  itirməsinə diqqət edin. İçliyi beş hissəyə bölün.

İlk yuxanın üzərinə bir miqdar içlikdən qoyaraq üzərinə yağ gəzdirin. Yuxanı  rulet formasında bükərək soba tavasının ortasına yerləşdirin. Hər yuxaya eyni əməliyytı uyğulayıb rulet halına gətirərək əvvəlkinin sonuna əlavə edin. Qalan yağ, qatıq, və yumurtanı çırparaq börəyin üzərinə gəzdirin. 200 dərəcəli sobada bişirin. 


Bizim AİLƏ
Bu yazıya 1267 dəfə baxılıb.