Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm


Aygün Məmmədzadə
Bu yazıya 943 dəfə baxılıb.

Musa Əfəndi –quddisə sirruh- çox yaxşı ailə tərbiyəsi aldığı üçün, özü də övladlarına qarşı eyni şəkildə tərbiyə etmə vəzifəsini haqqıyla yerinə yetirdi. O bilirdi ki, ata-ananın övladına qoyduğu ən xeyirli miras gözəl tərbiyədir. Onu da bilirdi ki, ailədə bir uşaq lazım olan tərbiyəni ala bilməzsə, onu başqa yerdə əldə etməsi mümkün deyil.

Bir millətin istiqbalı olan gəncliyin gözəl yetişməsi Musa Əfəndinin ən böyük məqsədlərindən biri idi. O, bu mövzuda gecikməməyi, kiçik yaşlardan etibarən ata-ananın uşaqlarını ciddiyə almasını arzu edər və bu mövzuda tövsiyələrini də verərdi. Günümüzdə ata-analar şəfqət yerinə bəzən təzyiq göstərməyi üstün tuturlar. O, həm uşaq təhsilinin incəliklərini, həm də öz uşaqlarının tərbiyəsini bu cür ifadə edir:

“Övladlarımızın tərbiyəsində ilk vəzifəmiz niyə və nə üçün yaradıldığımızı onların başa düşəcəkləri şəkildə zehinlərinə yerləşdirməkdir.

Uşaqlara “heç nə anlamazlar” fikriylə yanaşmaq doğru deyil. Onların eşitdikləri və gördükləri yaddaşlarına həkk olur və həyatlarının sonunadək onu unutmurlar.

Uşaq tərbiyəsinə üç yaşında başlanmalı, “hələ balacadır, anlamaz” kimi düşüncə və sözləri deyilməməlidir. Ağacı fidan ikən əymək və ona forma vermək asan olur. Böyüdüyü zaman  sərtləşər, əyilməz, qatlanmaz. Kiçik yaşda İslami tərbiyəyə laqeyd yanaşıldıqda tərbiyə etmək çətinləşir. Ata-ana anlayışlı olarsa, uşaqların ruhi inkişafı xüsusunda səyləri boşa getməz.

Kiçik yaşdakı uşaqlara edilən səmimi təlqinlər onların zehinlərində mərmərə həkk edilən yazı kimi qalır. İman və sevgi də layiqincə qəlbə girərsə həyat boyu davam edər.

Bir atanın övladını cəhənnəm atəşindən qoruması dünya atəşindən qorumasından daha vacibdir. Cəhənnəm atəşindən qorumaq isə övladlarımıza imanı, yəni Allah Təalanın və Rəsuli-Əkrəm –səlallahu əleyhi və səlləm- in sevgisini təlqin etməklə, fərzləri, haramları öyrətməklə, ibadətin gözəlliyini aşılamaq və ibadətə alışdırmaqla dinsiz, əxlaqsız dostlarından qorumaqla olur.

Övladına Allahı və Peyğəmbər –səlallahu əleyhi və səlləm- i öyrətməyən, sevdirməyən ata və analar onun həm dünya, həm də axirət qatili sayılırlar.

Övladına dinini öyrətməyən ata-analar dünyanın ən mərhəmətsiz insanlarıdır.

Uşaq üşüməsin, yuxusuz qalmasın deyə onu namaza qaldırmamaq, cinayətlərin ən böyüyü sayılır. Belə bir hərəkət uşağa edilən yaxşılıq deyil, əksinə, ona qarşı ən böyük pislikdir.

Ata-analar mərhəmətlidirlərsə, övladlarını sevirlərsə, əvvəlcə dinlərini, sonra da dünya ilə əlaqəli elmləri öyrətməlidirlər.

Dini tərbiyə vermədən övlad yetişdirmək sobada yandırmaq üçün ağac yetişdirmək kimidir. Verdiyi hər nemətə görə Allah Təalaya şükr etmək lazımdır. Nemətə şükür edilməzsə əldən gedər. Övlad neməti Haqq-Təalanın verdiyi gözəl nemətlərdəndir. Əgər uşaq İslam tərbiyəsi ilə yetişdirilməzsə, nemətin şükrü edilməmiş olur. Üstəlik, əmanətə də xəyanət edilmiş olur.

Möhtərəm Ustadın buraya aldığımız tövsiyələri öz övladları üzərində tətbiq etdiyi tərbiyə üsullarından bəziləridir. Bir valideyn öz üzərinə düşən vəzifəsini icra etmək üçün səy göstərərsə, əlbəttə, Allah da lütf və rəhmətiylə təcəlli edərək, o övladlar üzərində bu səyin təsirini göstərəcəkdir.

Allah Təala hamımızı küfrani-nemətdən və əmanətə xəyanət etməkdən qorusun. Amin.

 


Aygün Məmmədzadə
Bu yazıya 943 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xocalı yurdum, yuvam, anam, Vətənimdir.
  • Günəş ulduz kimi
  • Yaşıl mərcili əriştə supu
  • Asan türk ev paxlavası
  • Gəncliyə yardım fondunda sertifikat mərasimi
  • Bakıda mövlana işığına toplaşdılar
  • Bananlı karamelli kek
  • Kartoflu muffin
  • MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ
  • İspanaq Yeməyi
  • HƏR YERDƏ İLAHİ KAMERALAR
  • Toyuq sosiskası,Xarço Şorbası
  • Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)
  • Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR
  • Şeytana Qalib Gəlməyin Yolu
  • Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm
  • Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir
  • Hz. Zeynəbin Emalatxanası
  • İki Qanadlı Təhsil
  • Onu Anarkən
  • Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN
  • Göbələkli salat
  • Toyuqlu boxça
  • Manna yarmalı tort
  • Yardımlaşmanın fəziləti
  • Ölüm Haqdır
  • Ananaslı keks
  • Yaşıl mərcili makaron salatı
  • Çolpalı Şorbalı Xəngəl
  • Sadə Rulet
  • İçlikli Kartof Topları
  • Pomidor Qəlyanaltısı
  • Aşura
  • Tərəvəzli Gül Kələmi Şorbası
  • Ləzzətli Yuvalar
  • Brovni Keksi
  • Məhərrəm Ayı
  • Təqvimin Tarixi
  • Gavalı Salatı
  • Qurudulmuş Ətli Sürhüllü
  • Buxarda Toyuq Ruleti
  • Donut
  • Ən Gözəl Adlar "O"nundur
  • Əncirli Qozlu Qurabiyə
  • Ev Şəraitində Lülə Kabab
  • Olivye Salatı
  • Toyuq Xəngəli
  • Ər-Rahman, Ər Rəhim
  • İspanaqlı, Qaymaqlı Börək
  • Dadlı Qurabiyə
  • Tezbazar Kök Salatı
  • Arzuman Küftəsi
  • Əl-Məlik, Əl-Quddüs
  • Kumpir
  • Albalılı Parfe
  • Quru Çörək Şirniyyatı
  • Halva
  • Əs-Salam, Əl-Mümin
  • Çaylı keks
  • Sevimli üzlər (uşaq yeməyi)
  • Üzüm Salatı
  • Sobada badımcan börəyi
  • Əl-Muhəymin, Əl-Əziz
  • Midya Şirniyyatı
  • Mərcimək küftəsi
  • Üç rəngli börək
  • Sulu küftə
  • Əl-Cabbar, Əl-Mütəkkəbir
  • Qatıqlı buğda şorbası
  • Kartof pizzası
  • Toyuq ətindən göbələk salatı
  • Ərik cemli piroq
  • Əl-Xaliq, Əl-Bari
  • Ətli Ərzurum şorbası
  • Ətli qat-qat
  • Xanım kaprizi salatı
  • Qozlu piroq
  • Əl-Musavvir, Əl-Ğaffar
  • Omlet kekslər
  • Balqabaqlı, isbanaqlı tort
  • Mərciməkli, küftəli şorba
  • Ətli keks
  • Əl - Qahhar
  • Mövlana və Məsnəvisi
  • Göbələkli kartof damlası ilə şorba
  • Ağlayan kek
  • Tərəvəzli kartof salatı
  • Əl-Fəttah
  • Təbriz Küftəsi
  • Kartoflu Kroket
  • Rulet salatı
  • Kartoflu-pendirli zapekanka
  • Kəsmikli pendirli xaçapuri
  • Portağallı Lokum
  • Əl-Qabid
  • Ətli salat
  • Soğan dolması
  • Göbələkli, kartoflu piroq
  • Qozlu qurabiyə
  • Əl-Basit
  • Xallı toyuq salatı
  • Toyuq ruleti
  • Urfa kababı
  • Qat-qat bükmə
  • Kartof ruleti salatı
  • Beşamel souslu sobada vermişel
  • Plovlu toyuq dolması
  • Qurabiyə
  • Ər-Rafi
  • Əl-Muzil
  • Almalı qurabiyə
  • Toyuq supu
  • Tərs Dolma
  • Saxsıda küftə
  • Qələm qabı
  • Əs-Səmi