Uşağınızı pis yetişdirmənin yolları


Fatimə Çinar
Bu yazıya 947 dəfə baxılıb.

Məşhur pedaqoq C. G. SALZMAN, araşdırma aparmaq üçün çəmənliyə çıxdığı günlərdən birində, çaxıl daşları arasında günəş qəbul edən xərçəng görür. Böyük olan ata və ya ana xərçəng idi; yanında da iki dənə bala xərçəng vardır. Salzmanı görən ata (və ya ana) xərçəng, arxa-arxaya gedərək oradan uzaqlaşmaq istəyir. Onu görən bala xərçənglər də atanı təqlid edərək tərs gedişə keçirlər. Bu hadisə Salzmanın beynində yeni fikir oyadır:

“Uşaqlar, ana və atalarından gördükləri şeyləri təqlid edir və nəticədə onlara bənzəyirlər”.

Şəxsiyyətin inkişafında birinci dərəcədə təsirli olan ailədir; ətraf ondan sonra gəlir. Əgər ailədən götürdükləri nümunə davranışlar ətrafdan və yoldaşdan götürdükləri davranışlara bənzəyirsə, uşağın şəxsiyyətinin formalaşmasında daha qalıcı bir təsir göstərir.

Pis əxlaqlı bir uşaq ya ananın, ya atanın, ya da hər ikisinin ortaq əsəridir. Ana və ataların çoxu uşaqlarında gördükləri səhv bir davranışın səbəblərini ətrafda axtarırlar. Uşağınızda səhv bir hərəkət gördüyünüz zaman ona xəbərdarlıq etməzdən əvvəl özünüzdə bu davranışın az da olsa olub, olmadığını araşdırın, əgər bu davranış sizdə varsa, xəbərdarlıqlarınız və nəsihətləriniz boşa gedəcək.

Uşaq təhsilində iki əsas qanunu valideynlər unutmamaqla problemsiz uşaqların yetişməsini təmin edə bilərlər:

"Kifayət qədər zaman və münasibətlərdə tarazlıq".

Ana və atalar uşaqlarıyla birlikdə olmaq üçün kifayət qədər zaman ayırmazlarsa, onlar üzərində çox təsirli ola bilməzlər. Yalnız yemək və dərs vaxtı onlarla birlikdə olmaq kafi deyil. Əgər uşaq məktəbdən sonrakı zamanının çoxunu küçədə yoldaşları ilə, körpələr evində və ya baxıcı yanında keçirirsə, çox təbii olaraq, onlardan gördüyü davranışları təqlid edəcək.

Ailə fərdlərinin bir-birlərinə yetərli zaman ayırması bir çox problemi də ortadan qaldırır.

Təhsil prinsiplərində razılaşa bilməyən, birinin sakitliklə yanaşdığı davranışa digərinin cəza ilə cavab verdiyi ana- ataların övladları da yaxşı bir şəxsiyyət kimi formalaşa bilməzlər.

Ana və ataların çoxu şən və kefli ikən həddən artıq mülayim olurlar. Uşaqların dəcəlliklərinə və səhv davranışlarına gülərək keçirlər. Ancaq işləri yolunda getmədiyi və əsəbi zamanlarında uşaqlarını yaxına belə buraxmazlar. Uşaqların diqqəti cəlb etmək üçün etdikləri kiçik dəcəlliklərə görə onlara qışqırıb bağırır, döyərək cəzalandırırlar.

Münasibətlərdə balanssız davranan valideynlərin uşaqları da həyatda balanslı davrana bilməzlər.

Salzmanın "Xərçəng Kitabı" adıyla məşhur əsərində, uşağımızın yaxşı yetişməsi üçün işə ana-atalardan başlanılmalı olduğu izah edilir. Amma bu tərs bir metodla edilə bilər. Yəni pis yetişdirmənin yollarını göstərərək yaxşıya çatmaq hədəf götürülür. Aşağıdakı maddələri oxuyarkən bu nəzərə alınmalıdır.

 

 

Uşağın Romantik (duyğusal) Dünyası

 

1. Cəsarətsiz və etibarsız uşaq yetişdirmənin yolları

v U_aqlar1n1zdan hər şeyin ən mükəmməlini etmələrini istəyin.

v Etdikləri hər işdə mütləq bir səhv tapın.

v Onlar1 müvəffəqiyyətli qonşu, ya da qohum uşaqları ilə müqayisə edin.

v Hər kəsin qarşısında səhvlərini üzünə vurun, utandırın.

v Səylərini kiçik hesab edin.

2. Bacarıqsız və qorxaq uşaq yetişdirmənin yolları

v Yeməyini siz yedirin, paltarını, ayaqqabılarını siz geyindirin.

v Özbaşına iş etməsinə icazə verməyin.

v Sizin köməyiniz olmadan bir iş bacara bilməyəcəyini söyləyin.

v Fiziki təzyiqlə, döyərək qorxudun.

3. Uşağı alçaltmağın yolları

v Dürüstlüyün qar1n doyurmad1_1n1, pulun hər qapını açdığını, kasıbçılığın xəcalətverici bir həyat olduğunu izah edin.

v Atalar1n1n pe_əsini bəyənmirlərsə, söyləməmələrini, lazım olsa yaxşı bir peşə söyləmələrini təbliğ edin.

v Özlərində nə olursa olsun, həmişə başqalarında olanın yaxşı olduğunu vurğulayın.

4. Uşaqları inadkar etməyin yolları

v U_aqlar1n hər istədiyini yerinə yetirin.

v Onlar1 oyuncaq və hədiyyə yağışına tutun.

v Heç bir arzular1n1 inkar etməyin.

v Hər işi mütləq bir mükafat qarşılığında etdirin.

5. Uşaqları özünüzə qarşı kinli etməyin yolları

v U_a_1n1za qar_1 daim əksinə və qaş-qabaqlı olun.

v Yoldaşlarının yanında qəbahətlərini üzünə vurun.

v Niyyətinin nə olduğuna baxmadan ən kiçik qəbahətdə cəzalandırın.

6. Uşaqları yalana alışdırmağın yolları

v Onlara yerinə yetirə bilməyəcəyiniz vədlər verin.

v Ba_qalar1na yalan dan1_araq u_aqlar1n1za nümunə olun.

v Kiçik bir səhv etdikdə və bunu dürüstlüklə söylədikləri zaman vurun silləni.

v Yalanlar1na göz yumun.

7. Tənbəl və məsuliyyətsiz uşaq yetişdirmənin yolları

v Onlara tapşırıq verməyin ki, məsuliyyət götürməsinlər.

v Həyatda zəhmət çəkərək pul qazanmanın ən çətin iş olduğunu söyləyin.

v 0_dən daha rahat həyatın olduğunu tez-tez vurğulayın.

8. Qaş-qabaqlı və nankor uşaq yetişdirmənin yolları

v Davaml1, həyatın pis tərəflərini izah edin, ətrafınızdan nümunə verin.

v Hər gün həyatınızdan şikayət edin.

v Bəzilərinin doğumdan şanslı olduğunu söyləyin.

9. Dağınıq və intizamsız uşaq yetişdirmə

v Paltar1n1 isladarkən dəyişdirmək üçün tələsməyin, eləcə gəzsin.

v Ota_1n1n səliqəsizliyinə əhəmiyyət verməyin, qoy dağınıq bir otaqda oynasın.

v Paltar1n1 çirkləndirdiyi zaman dəyişdirməyin, çirklilərlə gəzsin.

10. Həyatdan bezmiş, mübarizə aparmayan və enerjisiz uşaq yetişdirmənin yolları

v U_aqlar1n1zın dərslərini zorla öyrədin.

v Ba_lar1nın üstündə durub tapşırıq etdirin.

v Zorla kitab oxudun.

v Qabiliyyətlərinin və maraqlarının olub-olmadığını nəzərə almadan onları sizin sevdiyiniz bir peşəyə istiqamətləndirin.

11. Qeyri-sağlam uşaq yetişdirmənin yolları

v Onlar1n üstündə əsin. Xəstələnməməsi üçün heç bir yerə çıxarmayın.

v n kiçik bir narahatlıqda dərmandan yapışın.

v Təmiz havadan, çəmən gəzintilərindən uzaq olun.

v Haz1r yeməklər verin, tənbəl bağırsaqlara sahib olsunlar.

12. Gonbul uşaq yetişdirmənin yolları

v Yemək zamanı ürəkləri nə istəsə verin yesinlər.

v Tez-tez cibxərcliyi verin, dükana göndərin.

v Dar1xanda yemək yemələrini söyləyin.

v Çantalar1na faydas1z yeməklər qoyun.

v Haz1r yeməklərlə onları gonbul uşağa çevirin ki, hər kəs sizi alqışlasın.

 

 


Fatimə Çinar
Bu yazıya 947 dəfə baxılıb.