“QUŞ YUVASI” salatı


Bizim AİLƏ
Bu yazıya 1343 dəfə baxılıb.

Tərkibi:

500 qr mal əti

5 yumurta

3 ortaboy kartof

2-3 duzlu xiyar

2-3 qırmızı soğan

Mayonez

200 qr holland pendiri

Cəfəri

Şüyüd

Hazırlanması:

Qaynadılıb soyudulmuş ət çəngəlin köməyi ilə bir-birindən ayrılır,didiklənir

Dairəvi bir salat qabında ət şəkildəki kimi yerləşdirilir,ortası halqa şəkilli qalsın

Soğan yarımhalqa şəklində doğranır və üzərindən qaynar su keçirilir

Duzlu xiyarlar kiçik dişli rəndədən keçirilir

Yumurtalar qaynadılır,ağları sarısından elə ayrılmalıdır ki,sarılar bütöv qalsın

Yumurta ağları şəkildə göstərildiyi kimi doğranır

Pendir iri dişli rəndədən keçirilir

Rəndələnmiş xiyar mayonez sürülmüş ətin üzərinə səpilir

Onun üzərindən soğan qoyulur

Mayonez sürülür

Sonra doğranmış yumurta ağı qoyulur

Üzərinə bolca rəndələnmiş pendir səpilir

Salatın ortasına cəfəri yarpaqları,onun da üzərinə yumurta sarıları qoyulur

Salatın kənarları şüyüd yarpaqları ilə bəzədilir

Nuş olsun!


Bizim AİLƏ
Bu yazıya 1343 dəfə baxılıb.