Könül Sədəfindən İncilər


Bizim Ailədən
Bu yazıya 931 dəfə baxılıb.

İnsan oğlu üçün canını və malını necə işlədəcəyini bilməsi ilə nəslini necə yetişdirəcəyini bilməsi ən vacib məqamdır. Bunlar insan öğlunun əsas  xüsusiyyətləridir. Bu səbəblə qulluğun dərəcəsini müəyyənləşdirən imtahan vasitələridir. Qul, bunlardan istifadə edə bilsə cənnət yolçusudur. Hz. İbrahimin özünə dərd etdiyi bu dört şeydən bizə gələn dört mesaj:

  1. Öz dərdi. Problemi olarkən. “Aləmlərin Rəbbinə boyun əydim”. (Əl-Bəqərə, 131) deyirdi. “Mən necə namaz qılıram? Namazda vüslat halında olurammı? Namaz mənim üçün meracdırmı?” dərdindəydi.
  2. Nəslinin dərdi. “Ey Rəbbim! Məni və soyumdan gələnləri namazı davamlı qılanlardan eylə!” (İbrahim, 40) deyə dua edirdi.
  3. Ana-atasının derdi.
  4. Bütün müsəlmanların dərdi.

      Hər bir mömin də bu dərdlərlə dərdlənməlidir.

     Həyatımızı İbrahimin həyatına bənzətməliyik. Nəfsimizə daim “Cənabı-Haqqa olan təslimiyyətim nə qədər? Namazım necədir, ailəmin namazı necədir, Allah yolundadırlarmı, ana-atama davranışım, onlar üçün duam necədir, ümməti Məhəmmədə qarşı vəzifələrimi yerinə yetirirəmmi?” deyə soruşmalıyıq.

      Sevdiyimizi digər insanların da sevmeyini istəyərik. Biri yanımızda sevdiyimiz bir şeyi xatırlatsa xoşumuza gələr, təbəssüm etməyə başlayar. Mömin üçün də Cənabı-Haqqı anmaq və xatırlanmasına vəsilə olmaq çox önəmli bir mövzudur.

     Həccə gedənlər minada feli olaraq şeytanı daşlıyır. Şeytanı biz də həyatımız boyu hər zaman daşlayacayıq. Necə daşlayacayıq?

  • Əməli salehlərlə daşlayacayıq.
  • Qıldığımız namazlarla daşlayacayıq.
  • Malı, ağlı, vaxtı israf etməyərək daşlayacayıq.
  • Ağzımızdan qiybət çıxmasına icazə verməyərək daşlayacayıq.
  • Gözəl əxlaqımızla daşlayacayıq.

       Əgər bunları etməsək, şeytana uyğun işlər çıxar, o zaman da şeytan bizi daşlayar.

       Həyatda başımıza müsibətlər gələ bilər. O anlarda zehnimizə gələn mənfi düşüncələri silərək səbir silahına sarılacaq və namazla Cənabı-Haqqa sığınacağıq. Belə etdiyimiz təqdirdə Cənabı-Haq ruhumuza rahatlıq verir, problemlərimizi yüngülləşdirir.

       Allahın verdiyi nemətlərdən ən mühümü iman nimətidir.

O neməti nə ilə dəyişmək mümkün olar?

Həyatda bəzi tikanlar ola bilər. Allahın verdiyi iman nemətinin yanında, onları təşəkkürlə, şükürlə qarşılamaq lazımdır.  


Bizim Ailədən
Bu yazıya 931 dəfə baxılıb.