Gənclik - Televiziya Və İnternet Üçbucaği


Məryəm Dəmir
Bu yazıya 1012 dəfə baxılıb.

Televizor insanların bəzən darıxdığından, bəzən vaxt keçirmək üçün, bəzən də əylənmək və məlumatlanmaq məqsədiylə izlədikləri ən məşhur ünsiyyət vasitəsidir. Həm əyləndirmə, həm də öyrətmə funksiyasını, insanları heç bir zəhmətə salmadan həyata keçirən televiziya; iş görərkən, kitab oxuyarkən, hətta əylənərkən də izlənə biləcək xüsusiyyətə malikdir.

Düzgün istifadə edildikdə çox faydalı və məhsuldar bir tədris vasitəsi olan televizor indiki dövrdə evlərin ən görkəmli yerində dayanır. Fikir vermisinizsə, bu əşya çox evlərin qiblə yönünü tutub. Bir çox ailələrdə, ilk zamanlarında, açılışından qapanışına qədər açıq olan televiziya, artıq demək olar ki, iyirmi dörd saat seyr edilməkdədir. Bir zamanlar “Biri Bizi İzləyir” müsabiqəsi var idi. Orta məktəbdə oxuyurduq o zaman. Rəfiqəm “gecə qalxdım, anam “sakit ol” dedi. Saat 3:00, evdə də tam sakitlik. Anası “baxaq, görək nə edəcəklər” deyir. İnsanlar yatır… bizim hörmətli xala da onları izləyir.

İzləndiyi zaman özündən başqa heç bir ünsiyyət vasitəsinə imkan verməyən televiziyanın uşaqları dalaşqan tərbiyə etməklə, təkrarçılığa yönləndirməklə, gəncləri cinayətə sövq etməklə yanaşı, bir sıra mənfi xüsusiyyətlərə sahib olduğunu ətrafımızdan aydın müşahidə edə bilərik.

Gənclər televizor izləyərkən, özlərini televiziyadakı aktyorun yerinə qoyaraq, onun canlandırdığı həyatın həsrətini çəkərək, o cür yaşamağı arzu edir. İzlədiyi filmdəki bəyəndiyi xarakterlə özünü elə bütünləşdirir ki, artıq onlar həyatının bir parçasına çevrilir. Şüurlu, ya da şüursuz olaraq televiziya kanallarında yayımlanan proqramlar vasitəsi ilə tamaşaçılara çox fərqli mesajlar çatdırılır. Balı çəkmə (Narkotik maddə) alışqanlığına necə başladığı soruşulan bir gənc; "Televiziyada bu mövzuda yayımlanan bir xəbər proqramında uşaqların balını (narkotiki) necə çəkdikləri istifadəçilər tərəfindən izah edilirdi. Maraqlanaraq, evdə qonaqların da olmasından istifadə edib, kimsənin gözünə görünmədən evin zirzəmisinə endim. Orada olan balı götürərək sınadım. Ondan sonra da alışdım, tərgidə bilmədim" cavabını verdi.

Bax, bizi fəlakətə sürüyən bu əşyanı nəzarətsiz istifadə etməyin başımıza açdığı fəlakətlər.. Ev işini daha rahat etmək üçün iki uşağını televizorun qarşısına qoyan bir rəfiqəm onların otistik xəstəliyinə tutulmasına səbəb olduğunu söyləyir. Qonaq qarşılamağın, evi təmiz saxlamağın uşaqlarımızdan daha əhəmiyyətli olmadığı qətidir. Amma ən azından uşaqlarımıza daha səviyyəli və daha məlumatlandırıcı proqramlar izlətməliyik. Mümkündürsə, onlarla bir şey paylaşmalıyıq. Təbii ki, bundan daha əhəmiyyətlisi- “Biz” özümüz də keyfiyyətli proqramlar izləməliyik. Hansı kanalı seçəcəyimiz öz əlimizdədir. Seçdiyimiz kanalları və proqramları mütləq nəzarətdən keçirək.

     İnternet və televiziyanın insanların mürşidi olduğu bir zamanda televiziya qədər, hətta bəzən daha da zərərli olan internetdən ətrafımızı qorumalıyıq. Dərslərini hazırlamaq üçün kompyüter qarşısına keçən uşaqlarımızın uyğun olmayan saytlara girib uyğun olmayan videoları izləmələrinə mane olmaq biz valideynlərin vəzifəsidir.

İnternet və televizora vaxt keçirmə vasitəsi olaraq baxılsa təhlükəsi dözülməz,  bir uçquna çevrilər…

Gəlin bir anlıq düşünək. Rəsulullah (s.ə.s.) gəlsə, ona hansı kanalı izlədər, hansı saytı ona göstərərdik?!  

 


Məryəm Dəmir
Bu yazıya 1012 dəfə baxılıb.