Gənclik Ömrün Bahar Mövsümüdür


Əlif Güldar
Bu yazıya 1003 dəfə baxılıb.

Peyğəmbərimiz (s.ə.s.) qiyamət günü ərşin kölgəsində kölgələnəcək yeddi sinifdən biri olaraq ürəyi iman dolu gəncləri də saymaqdadır. Sanki bir ilin mövsümləri qədər qısa olan həyat səfərimizdə gənclik bir bahar mövsümüdür. Həyat bahar mövsümündən xəzəl mövsümünə çox sürətli bir şəkildə axıb gedir. Gənclik, insanın könlünün coşduğu, ruhunun yüksəklərdə uçduğu dəmdir. Ən şirin günlərin, ən unudulmaz xatirələrin yaşandığı andır. Həsrət, gözyaşı və ümid həmişə bu dövrdə insane oğlunun ruhunun dərinliklərində yer tapır.

            Gənclik çağı deyə ifadə edilən 15-30 yaş arası, ömrün ən əhəmiyyətli dövrü, heyacan və ümidin bahar mövsümüdür. İnsanın dəyərləri, xarakteri, şəxsiyyəti, cəmiyyətlə əlaqələri bu dövrdə yetkinləşir.

            Cəmiyyətdə möhkəm xarekterli gənclərin meydana gəlməsinə heç şübhəsiz milli və mənəvi dəyərlərimizin çox böyük əhəmiyyəti vardır. Peyğəmbərimizin (s.ə.s.) gəncliyi və onun gənclərlə münasibəti, onlara etibarı, onlara əhəmiyyətli vəzifələr yükləməsinin çox böyük mənası vardır. Peyğəmbərimizin (s.ə.s.) ilk illərindən etibarən yanında həmişə gənclər olmuşdur. Müsəlman olduqlarında bu gənclərin çoxunun yaşı otuzdan az idi. Məsələn Hz. Əli 10 yaşında, Zübeyr b. Avam 12, Abdullah b. Ömər 13 yaşında idi. Məkkədə evini xidmətə açan Erkam b. Ebil Erkam 17 , Ubeyde b. Cərrah 18 yaşında idi.  Bir millətin gələcəyi sahib olduğu gəncliyin zehni inkişafına, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolu, bayrağını, torpağını, millətini, vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük qaynağa və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi işıqlıdır. Möhkəm bir gələcək üçün gənc xanımlara böyük vəzifələr düşür. Çünki cəmiyyətin inşaası ailə ilə, ailənin mukəmməlliyi evin xanımından asılıdır.

            "İnkişaf etmiş ölkələrlə, inkişaf etməmiş ölkələr arasında çox az bir fərq var. O da yetişmiş bir gənclikdir". Gələcəyinə əhəmiyyət verən millətlər, gəncliyinin yetişməsinə böyük əhəmiyyət verməli və hər cür sərmayəni etməlidir. Gəncliyin xarakteri bir sənətkar vasvasılığında işlənməyə cəhd göstərilməlidir. Gəncliyin yetişməsində bədən-ruh, maddə-məna, dünya-axirət tarazlığının qurulması əhəmiyyətlidir. Gənc; sevgi və heyacan dolu, rahat, səbirli, özüylə və içində yaşadığı birliklə barışıq olmalıdır.

           Bu gün gəncliyin qarşısında bir çox maneə və problemlər var. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın gətirdiyi problemlərdir. Bunların bəziləri; narkotik istifadəsi, yalniş və sağlam olmayan əlaqələr nəticəsində yaranan bəzi xəstəliklər, televole mədəniyyəti, laqeydlilik, özünə yaxşı model insan seçə bilməməsi, satanizm, missionerlik fəaliyyətləri, gərəksiz istehlak xəstəliyi və  iqtisadi problemlərdir. Bu problemlərin həllinin təməl yolu gənclərimizə milli və mənəvi dəyərlərlə yetişdirməkdir.

           

            "Gənclik bir millətin gələcəyinin aynasıdır". Gənclik bir millətin ümidi və gələcəyidir. Gəncliyin xarakter inşaasında möhkəm bir modelə ehtiyac vardır. Gənclikdə yoldaş çox əhəmiyyətlidir. Yoldaşın pisi bir gəncin başına gələ biləcək ən böyük fəlakətdir.

            Gəncliyə özlərinə nümunə ala biləcək öndərlər və şəxsiyyətlər təqdim etməliyik. Bunlar bizim tarixi dərinliklərimizdə mövcuddur.

            Möhkəm bir gənclik üçün; hər gəncin həyatda əsaslana biləcəyi məsuliyyət üçün lazımlı peşə təcrübə və sağlam bir şəxsiyyət üçün lazımlı milli və mənəvi bir təhsil verilməlidir. Bu sintezin nəticəsində mükəmməl bir şəxsiyyət çıxacaq. Bundan tək məqsəd ölkənin sağlam gələcəyi üçün sağlam insanların yetişdirilməsidir.

           Gəncliyə doğru zamanda doğru heyacan verə bilən millətlərin gələcəkdən ümidi vardır. Gəncliyin ürəyinə torpağı, milləti, bayrağı, vətəni, dini və dili üçün atılan toxumlar, əlbəttə gələcəkdə tumurcuq olub çiçək açacaqlar.  

 

 

             

 

 


Əlif Güldar
Bu yazıya 1003 dəfə baxılıb.