Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir


Aygün Məmmədzadə
Bu yazıya 1060 dəfə baxılıb.

Qurban kəsmək insanın Allaha bağlılığını gücləndirən, Ona yaxınlaşmasına kömək edən bir ibadətdir. Uca Allahın insanların ibadətlərinə və ya kəsəcəkləri qurbanlarına ehtiyacı yoxdur.

Allah-Təala buyurur:

“Elə isə Rəbbin üçün namaz qıl, qurban kəs” (Kövsər surəsi, 2).

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).”  (Həcc surəsi, 37)

Qurban Allaha yaxınlaşmaq və ibadət məqsədi ilə müəyyən şərtləri daşıyan heyvanı müəyyən olunmuş günlərdə, üsuluna görə kəsməkdir. Qurban Allah sevgisinin, Ona sədaqətin bir ibadət olaraq zahirə əks olunmasıdır. Qurban insanın ruhunu əhatə edən dünya və maddiyyat sevgisini kəsib atmağın, bütün bunları Allah yolunda fəda etməyin ifadəsidir.

Bəşər tarixi boyunca davam edən qurban kəsmək ibadəti digər dinlərdə də mövcud olmuşdur. Qurani-Kərimdə buyurulur:

 “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin ilahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara cənnətlə) müjdə ver!”  (Həcc surəsi, 34)

Bir müsəlmanın qurban niyyəti ilə bir heyvanı kəsməsi həm maldan fədakarlıq, həm də Allah rizası üçün ifa edilən bir ibadətdir. Bu həqiqət Qurani-Kərimdə öz əksini belə tapır:

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (Ənam surəsi, 162-163)

Həzrət Peyğəmbər hədisi-şərifində belə buyurur: “Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurban kəsməkdən daha sevimli bir iş görmüş olmaz. Hələ qanı yerə düşmədən Allah onu hifz edər. Оnunla nəfsinizi təmizləyin, onu sevə-sevə kəsin.” (Tirmizi, Ədahi, 1) Rəsuli-Əkrəm (s.ə.s) bununla bizi qurban kəsməyə təşviq etmişdir. Qurban kəsən insan Allahın və Peyğəmbərin əmrinə itaət etmiş, qulluq şüuruna çatmış, Allahın verdiyi nemətlərə şükür etmiş və axirəti üçün azuqə hazırlamış olar.

Qurban kəsən insan qazancı ilə aldığı, ya da bəslədiyi bir heyvanı sırf Allahın əmri olduğunu düşünərək və heç bir maddi qarşılıq gözləmədən kəsər. Beləliklə, insan Allahın əmrinə boyun əyib, qulluq şüurunu sərgiləyər. Ərəfə günü səhər namazından sonra başlayıb, Qurban bayramının dördüncü gününün ikindi namazının sonuna qədər oxunan təkbirlərlə hər kəs həcc fərzini yerinə yetirənlərlə eyni sözləri və duyğuları paylaşmış olar.

Qurban kəsən insan Hz. İbrahim və İsmayıl arasında baş verən hadisəni xəyalında yenidən yaşayar. Beləcə, özünün də Hz.İbrahim və İsmayıl kimi Allaha itaət sınağına hazır olduğunu göstərər.

Qurbanın həm fərdə, həm də topluma bir çox faydaları vardır. Bu ibadət bizə başqalarını da düşünmək və onlara kömək etmək vərdişini qazandırır.

Qurban bayramı insanlar arasında dostluq və qardaşlıq əlaqələrinin qüvvətlənməsini təmin edir.

Qurban ibadəti sadəcə qurbanı kəsməklə bitmir, qurban ətlərini yaxınlığımızda və bizdən uzaqda olan, hətta dünyanın o biri ucundakı ehtiyac sahiblərinə göndərərək, bu yolla da müsəlmanlar arasında sevgi və qardaşlıq əlaqələrini gücləndirmiş oluruq. Beləliklə, dini qardaşlıq duyğuları inkişaf edər. Toxlar acın halını anlayaraq ona dəstək olarlar.

Qurbanın maddi və mənəvi olmaqla bir neçə mühüm faydası vardır.

      - Allahın qəzəbini söndürər.

- İlahi rizanı cəlb edər.

- Çox qurban kəsilən  ölkədə müharibə olmaz.

- Əgər bir insan imkan sahibi olduğu halda qurban kəsməzsə, şübhəsiz ki, həmin adamın özü, ailəsi, malı, ticarəti zərər görər.

- Qurbanda kasıblar, kimsəsizlər, dullar üçün bir çox faydalar vardır. Bu kimi insanların qazanlarının qaynamasına səbəb olmaq böyük savabdır.

- Qurban bayramında ümumi əfv təcəlli edər.

Аллаh Рəсулу буйурур:

“Qurbanın dərisindəki hər tükün sayı qədər sizə savab vardır. Qanının hər damcısı qədər mükafat vardır. O (qiyamət günü) sizin tərəzinizə qoyulacaqdır. Müjdələr olsun!” (İbn Macə)

      

 


Aygün Məmmədzadə
Bu yazıya 1060 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xocalı yurdum, yuvam, anam, Vətənimdir.
  • Günəş ulduz kimi
  • Yaşıl mərcili əriştə supu
  • Asan türk ev paxlavası
  • Gəncliyə yardım fondunda sertifikat mərasimi
  • Bakıda mövlana işığına toplaşdılar
  • Bananlı karamelli kek
  • Kartoflu muffin
  • MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ
  • İspanaq Yeməyi
  • HƏR YERDƏ İLAHİ KAMERALAR
  • Toyuq sosiskası,Xarço Şorbası
  • Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)
  • Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR
  • Şeytana Qalib Gəlməyin Yolu
  • Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm
  • Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir
  • Hz. Zeynəbin Emalatxanası
  • İki Qanadlı Təhsil
  • Onu Anarkən
  • Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN
  • Göbələkli salat
  • Toyuqlu boxça
  • Manna yarmalı tort
  • Yardımlaşmanın fəziləti
  • Ölüm Haqdır
  • Ananaslı keks
  • Yaşıl mərcili makaron salatı
  • Çolpalı Şorbalı Xəngəl
  • Sadə Rulet
  • İçlikli Kartof Topları
  • Pomidor Qəlyanaltısı
  • Aşura
  • Tərəvəzli Gül Kələmi Şorbası
  • Ləzzətli Yuvalar
  • Brovni Keksi
  • Məhərrəm Ayı
  • Təqvimin Tarixi
  • Gavalı Salatı
  • Qurudulmuş Ətli Sürhüllü
  • Buxarda Toyuq Ruleti
  • Donut
  • Ən Gözəl Adlar "O"nundur
  • Əncirli Qozlu Qurabiyə
  • Ev Şəraitində Lülə Kabab
  • Olivye Salatı
  • Toyuq Xəngəli
  • Ər-Rahman, Ər Rəhim
  • İspanaqlı, Qaymaqlı Börək
  • Dadlı Qurabiyə
  • Tezbazar Kök Salatı
  • Arzuman Küftəsi
  • Əl-Məlik, Əl-Quddüs
  • Kumpir
  • Albalılı Parfe
  • Quru Çörək Şirniyyatı
  • Halva
  • Əs-Salam, Əl-Mümin
  • Çaylı keks
  • Sevimli üzlər (uşaq yeməyi)
  • Üzüm Salatı
  • Sobada badımcan börəyi
  • Əl-Muhəymin, Əl-Əziz
  • Midya Şirniyyatı
  • Mərcimək küftəsi
  • Üç rəngli börək
  • Sulu küftə
  • Əl-Cabbar, Əl-Mütəkkəbir
  • Qatıqlı buğda şorbası
  • Kartof pizzası
  • Toyuq ətindən göbələk salatı
  • Ərik cemli piroq
  • Əl-Xaliq, Əl-Bari
  • Ətli Ərzurum şorbası
  • Ətli qat-qat
  • Xanım kaprizi salatı
  • Qozlu piroq
  • Əl-Musavvir, Əl-Ğaffar
  • Omlet kekslər
  • Balqabaqlı, isbanaqlı tort
  • Mərciməkli, küftəli şorba
  • Ətli keks
  • Əl - Qahhar
  • Mövlana və Məsnəvisi
  • Göbələkli kartof damlası ilə şorba
  • Ağlayan kek
  • Tərəvəzli kartof salatı
  • Əl-Fəttah
  • Təbriz Küftəsi
  • Kartoflu Kroket
  • Rulet salatı
  • Kartoflu-pendirli zapekanka
  • Kəsmikli pendirli xaçapuri
  • Portağallı Lokum
  • Əl-Qabid
  • Ətli salat
  • Soğan dolması
  • Göbələkli, kartoflu piroq
  • Qozlu qurabiyə
  • Əl-Basit
  • Xallı toyuq salatı
  • Toyuq ruleti
  • Urfa kababı
  • Qat-qat bükmə
  • Kartof ruleti salatı
  • Beşamel souslu sobada vermişel
  • Plovlu toyuq dolması
  • Qurabiyə
  • Ər-Rafi
  • Əl-Muzil
  • Almalı qurabiyə
  • Toyuq supu
  • Tərs Dolma
  • Saxsıda küftə
  • Qələm qabı
  • Əs-Səmi