Gənc Müəllim-Musab İbn Ümeyr


Bizim Ailədən
Bu yazıya 903 dəfə baxılıb.

Məkkə dövrünün on birinci ili idi. Mədinəli mü­səl­man­lardan ibarət bir heyət həcc mövsümündə ikinci də­fə Kə­bə­yə gəldi. Rəsulullah (s.ə.s.) ilə görüşərək ona belə bir bağ­lı­lıq andı içdilər:

Rahat və çətin, sevincli və kədərli bütün hallarda

Sənə itaət edəcəyik!

Səni özümüzdən üstün biləcəyik

Əmr etmə səlahiyyəti kimdə olursa-olsun,

Ona etiraz etməyəcəyik.

Allah yolunda heç kimin

Bizə rişxənd edib qınamasına əhəmiyyət ver­mə­yə­cə­yik.

Heç bir şeyi Allaha ortaq qoşmayacağıq,

Oğurluq etməyəcəyik, zinaya yaxınlaşmayacağıq.

Uşaqlarımızı əsla öldürməyəcəyik.

Bir-birimizə böhtan atmayacağıq

Heç bir yaxşı hərəkətində, sənə qarşı çıxmayacağıq.

Ardınca da bu cəsur heyət belə bir təklif irəli sürdü:

“Ey Allahın Rəsulu! Bizə icazə ver, sabah Minada top­la­şacaq olan müşrikləri qılıncdan keçirək”.

Peyğəmbərimiz (s.ə.s): “Allah bunu əmr etmədi”, bu­yur­du və andınıza sadiq qalsanız, mükafatınız cən­nət ola­caq­dır. Amma hər hansı bir məsələ haqqında andını­zı poz­sa­nız, sizi cəzalandıracaq, yaxud da bağışlayacaq olan Al­lahdır.

Mədinəli müsəlmanlar Peyğəmbərimizdən (s.ə.s) İs­la­mı təbliğ edib, Qurani-Kərimi öyrədəcək bir müəllimi özlə­ri ilə birlikdə göndərməsini xahiş etdilər.

Bu vaxt Musab Həbəşistandan qayıtmışdı. O, ali­cə­nab, gözəl nitq qabiliyyəti olan, təmiz geyinən və son də­rəcə kübar bir gənc idi. Rəsulullah (s.ə.s) müəlim ki­mi və İslam dövlətinin quruluş zəminini hazırlaması üçün qa­bi­liyyətli, və nüfuzedici bir xitabət istedadı olan Musa­bı seç­di. Beləcə, Mədinəyə ilk dəfə hicrət edən adam da bir gənc oldu.

Musab Mədinəyə çatan kimi, İslama dəvət fəaliy­yət­lə­ri­nə baş­ladı. Nümunəvi davranışları və Qurani-Kəri­mi gö­zəl oxuyuşu ilə bir çoxlarının müsəlman olmasına vəsi­lə ol­du. Məhz onlardan biri də Üseyd idi. Mədinə şəhərinin li­der­lərindən olan Üseyd ədalətli, ağıllı və uzaqgörən bir adam idi. Üseyd Musabı susdurmaq üçün silahını götü­rüb onun olduğu yerə getdi və:

Səni bizim yurdumuza gətirən və inanclarımızı poz­ma­ğa səbəb olan nədir? Əgər canını sevirsənsə bizim yur­du­muz­dan uzaqlaş!

Musab bu təhdid dolu sözlər qarşısında təbəs­süm edən gözlərlə ona baxdı, sonra da təmkinli bir səslə:

− Ey bu insanların böyüyü, bundan daha yaxşı bir şey et­mək istəyirsənmi? − dedi. Üseyd bir az sakitləşmişdi:

− Nədir o?− deyə soruşdu. Musab mülayim bir səs to­nu ilə:

− Yanımızda oturub söylədiklərimizi dinlə, sözlə­ri­miz doğ­ru olsa və xoşuna gəlsə qəbul et, xoşun gəlmə­sə bi­zə de. Biz də buradan gedək və bir daha da sizi nara­hat et­mə­yək.

Musab Üseydə İslamı izah etdi, ardınca da Qur­ani-Kə­rim oxudu. Üseyd bu gözəl oxuma ilə yanaşı, ayələrin mənaları­nın da gözəlliyinə heyran qalmışdı. Nəhayət, belə dedi:

− Bunlar necə də gözəl və nə qədər də ülvi sözlər­dir. Bu dini qəbul etmək üçün nə etməliyəm?

− Qüsl alıb təmizlənməli və kəlmeyi-şəhadəti söylə­yib mü­səlman olmalı, sonra da namaz qılmalısan.

Üseyd deyilənləri eynilə yerinə yetirərək ardınca da öy­rə­dildiyi şəkildə iki rükət namaz qıldı. Sonra:

− “Bir nəfəri düşünürəm, o müsəlman olarsa, heç kim ona qar­şı gəlməz. Mən indi onu sizin yanınıza göndərə­cə­yəm, dedi”.

Üseyd mizrağını alıb Sadın yanına getdi. Bir müddət söhbət etdikdən sonra Sada Musa­bın ya­nına getməyini söylədi.

Sad Musabın ətrafında toplaşıb diqqətlə onu dinlə­­yən mü­səlmanları gördükdə, pis sözlər deməyə başladı. Mu­sab şirin dillə onu da dinləməyə razı saldı. Ona İslamiyyə­ti izah etdi və Qurani-Kərim oxudu. Sad da tezliklə könlü­nü Haq­qa təslim etdi. Qəbiləsini bu gözəl dinə dəvət etmək üçün Üseyd ilə bir­lik­də bir yığıncaq təşkil etdi. Sad yaxınlarına:

− Ey Abduləşhəl oğulları! Məni necə  tanıyırsınız? On­lar:

− Sən bizim ən üstünümüzsən, idarəçi olaraq da ən uğur­lu olanımızsan.

Onların bu təqdirlərini fürsət bilən Sad, əsl məramı­nı or­taya qoydu.

Allaha və Rəsuluna iman edənə qədər, sizin kişi və qa­dın­larınız ilə danışmaq mənə haram olsun, dedi.

Bu təsirli davranışı səbəbilə Abduləşhəl oğulları mə­həl­­ləsində müsəlman olmayan heç kim qalmadı. O gün­dən sonra İslam dini Mədinədə sürətlə yayılmağa başladı.

Həcc mövsümü yaxınlaşdıqda yeni müsəlmanlar Mə­di­nədə hazırlıq təşkil etdilər. İman etdiklə­ri Hə­qiqət Günəşinə qovuşmaq üçün yetmiş iki nəfər, Musabın rəhbərliyində həyə­can­la yola düşdülər. Aqabə deyilən yerdə Sultanlar sultani ilə gö­rüş­dü­lər.

Peyğəmbərimiz (s.ə.s) görüşə hələ iman etmə­miş olan əmisi Abbas ilə birlikdə gəldi. Musab Hz. Rəsulul­la­ha İslamın Mədinədəki sürətli yayılmasının müjdəsini ver­di: “Ya Rəsulullah! İslamın girmədiyi və müzakirə edilmə­­di­yi ev qalmadı”. Peyğəmbərimiz və dostları bu xəbərə çox se­vindilər. Fədakar mədinəlilər Peyğəmbərimizə belə söz ver­di­lər:

Allah və Rəsuluna istənilən halda itaət edəcəyik.

Onu özümüzü, ailə və övladlarımızı qoruduğumuz kimi düş­mənlərdən qoruyacağıq.

Doğru olanın edilməsi üçün heç bir şeydən çə­kin­mə­yə­cəyik.

Mallarımız və canlarımız ilə bu yolda çalışacağıq.

 


Bizim Ailədən
Bu yazıya 903 dəfə baxılıb.