Kartof keksi


Bizim AİLƏ
Bu yazıya 1205 dəfə baxılıb.

Tərkibi:

4 ədəd kartof

1 ədəd yerkökü

2 ədəd yumurta

0,5 stəkan duru yağ

1 stəkan qatıq

1 stəkan un

1 çay qaşığı qabartma tozu

keşniş-şüyüd qarışığı (zövqə görə keşnişi cəfəri ilə əvəz etmək olar)

1 çay qaşığı duz

zövqə görə istiot

 

Hazırlanması:

Kartof və yerkökünü suda qaynadıb bişirdikdən sonra. kubik şəklində doğrayırıq.

Yumurtaları duru yağ ilə qarışdırıb üzərinə qatıq əlavə edirik.

Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırırıq. Daha sonra bayaq doğradığımız kartof, kök, göyərtini əlavə edib duzlayıb qarışdırırıq

Alınan kütləni yağlanmış formaya töküb üstünü hamarlayırıq

190 dərəcədə üstü qızaranadək bişiririk

Keksimiz hazırdır. Nuş Olsun!

Qeyd edək ki,  uşaqlar üçün bu keks lap yerinə düşər, həm dadlıdır, həm də vitaminli

 

 


Bizim AİLƏ
Bu yazıya 1205 dəfə baxılıb.