İsti Yay Günlərinə Gələn Rəhmət Buludlarına Bir Salam Da Bizdən…


Məryəm Dəmir
Bu yazıya 879 dəfə baxılıb.

İsti yay günlərinə rəhmət buludları gəlir…

11 ayın Sultanı qaralmış gündüzlərimizə işıq tutmağa gəlir …

İlıq yaz küləyi kimi badı(meh) səhərlər çətinliklərimizi silməyə gəlir …

İçimizi böhrana salan, ürəyimizi daraldan günahları bizdən almağa Afuv (günahları bağışlayan) gəlir…

Mövsüm yay…  Hicri təqvim Ramazanı göstərir… Rəhmət gəlir, bağışlama gəlir, cəhənnəmdən qurtuluş gəlir… Bizi qucaqlayan,  günahlarımızdan təmizləyən Ramazan gəlir…  Yay günlərinin qovurucu istiləri çox insanı qorxudur, necə oruc tutacağıq görəsən deyir… Amma qorxunu sevgi örtməlidir … Qorxunu Cənabı Haqqa necə səmimi qul olacağıq fikri əvəzləməlidir…  

İman çətin zamanda müəyyən olur... İman cetrefilli zamanda göstərir özünü… Qısa qış aylarında oruc tutmaq hər kişinin işidir… İsti yay günlərində oruc isə ər kişinin işidir…  Bu yay hamımız ər kişi olaq… Səmimi mömin olduğumuzu,  Rəbbimizin əmrlərini necə dəqiqliklə yerinə yetirdiyimizi göstərək Rəbbimizə… Rəhmətdən nəsibimizi almaq üçün…

·      Oruc tutanlar üçün Cənnətdə "Reyyan" qapısı hazırlanmışdır

"Cənnətdə bir qapı vardır ki, ona ‘Reyyan' deyilir. O qapıdan qiyamət günündə ancaq oruc tutanlar girərlər. Onlardan başqa heç bir kimsə girə bilməz. Oruc tutanlar cənnətə girdiklərində bu qapı bağlanar, heç bir kimsə oradan girə bilməz."

 

 

·      "Oruca bərabər bir ibadət yoxdur"

Əbu Umamə (r.a.) dan  rəvayət edilmişdir:

(Bir gün Peyğəmbərimizə (s.ə.s.)) "Ya Rəsulullah! Mənə bir əməl əmr et" dedim. Mənə "Oruc tut! Çünki oruca bərabər bir ibadət yoxdur" buyurdu. Mən yenə "Ya Rəsulullah! Mənə bir əməl əmr et" dedim. O da yenə "Oruc tut! Çünki oruca bərabər bir ibadət yoxdur." buyurdu. Mən təkrar "Ya Rəsulullah! Mənə bir əməl əmr et" dedim. O da təkrar "Oruc tut! Çünki oruca bərabər bir ibadət yoxdur" buyurdu.

·      Oruc ibadətin qapısıdır

Əbu Dərdədən (r.a) rəvayətlə:

" Hər şeyin bir qapısı vardır. İbadətin qapısı da orucdur".

·      Oruclunun mübah olan halları da ibadət hökmünə keçər

"Oruclu, yatağı üzərində yuxuda belə olsa ibadət halındadır"

 

"Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul və mükafatı da qat qatdır".

·      Oruc qiyamət günündə "şəfaətçidir"

"Quran və oruc qiyamət günündə qula şəfaət edər. Oruc; "Rəbbim! Onu yemədən və şəhvani arzulardan saxladım. Onun üçün mənə şəfaət haqqı tanı" deyər. Quran da: "Onu gecə yuxusuz buraxdım. (gecələri sənin razılığın üçün) yuxusunu tərk edərək məni oxudu. Bu səbəblə ona şəfaət etməmə icazə ver" deyər.  Rəsulullah (s.a.s.) : "Bu ikisi şəfaət edərlər!" buyurdu.

Əbdürrəhman min Semüredən (r.a.) Peyğəmbərimizin (s.a.s.) belə buyurduqlarını rəvayət edir:

"Mən axşam yuxumda heyrətləndirici bir şey gördüm. Ümmətimdən bir adam gördüm ki, susuzluqdan dili çölə sallanmış nəfəs alırdı. Tutduğu ramazan orucu gəldi və ona su ikram etdi"

·      Oruc cəhənnəm atəşindən qoruyan bir "qaladır"

"Oruc bir qalxan və cəhənnəm atəşindən qoruyan bir qaladır".

"Sizdən birinin döyüşdə qorunduğu qalxan kimi, orucda cəhənnəmdən qoruyar. Hər ayda üç gün oruc tutmaq gözəldir".

·      Oruc "bədənin zəkatı və səhhətidir"

"Hər şeyin bir zəkatı (təmizlənmə vasitəsi) vardır, cəsədin zəkatı orucdur".

 "Oruc tutun ki, səhhət tapasınız". "Hər şeyin bir zəkatı vardır. Bədənin zəkatı da orucdur. Oruc səbrin yarısıdır".

·      Oruc "səbrin yarısıdır"

Əbu Hureyrədən (r.a.) rəvayətlə:

"Oruc, səbrin yarısıdır. Səbir də imanın yarısıdır".

 

Budur mükafatlar…

Budur Rəsulullahın (s.ə.s.) bizlərə müjdəsi…

Budur Cənabı Haqqın bizə cənnətdəki nemətləri…

Nə ilə sahib olacağıq bu gözəlliklərə?! SƏBİR… Ən gözəl çiçək olan novruzgülü soyuq qışda qarı deşərək çıxır. Bizlər də isti yay günlərində, avqust ayında Rəbbimizdən görəcəyimiz əcr ilə Uca Yaradandan İbadətlərimizə bərəkət, bədənimizə güc, əxlaqımıza gözəllik, sözlərimizə lətafət istəyəcəyik…

Bu ayda yorğun könüllərə sevgi təqdim edib əsl möminliyimizi sərgiləyəcəyik dünyaya…

Gözləyirik məhəbbətlə, Gəl, Ey On Bir Ayın Sultanı… İşıq tut qaralmış könüllərimizə…

 

 

 


Məryəm Dəmir
Bu yazıya 879 dəfə baxılıb.