İncəsənət İncə Ruhlu İnsanların Səsidir


Əlif Güldar
Bu yazıya 931 dəfə baxılıb.

İnsan, fitrətinə uyğun olaraq daim gözəl olana heyran olmuş və gözəlliklərin arxasınca qaçmışdır. Bu dünyanın qüsursuz və fövqəladə nizamlı və gözəl yaradılması, hər mövsüm ayrı bir gözəllikdə olması insan üçün model təşkil etmişdir. Ruhundan gələn gözəlliklər, gözəl axtarışa meyl onu fərqli sənət sahələrinə yönəltmişdir. Bəzən sevincini, bəzən kədərini kainatın təfəkkür iqlimində tapan insanlar həmişə gözəli axtarmışlar. Ancaq gözəl və tək olan O qadir mütləq cənabı Haqqdır. Onu sevən könül incə, ona məhəbbət bəsləyən insan mərhəmətli, hər yönünü Rəbbinin rizasına çevirən insanlar da xoşbəxtdirlər. Kainatdakı rənglərdən, çiçəklərdən, naxışlardan təsirlənən könüllər özlərinə bir xidmət karvanı tapa bilmək üçün araşdırma aparmışlar. Gözəlliyi axtararkən hər insan lazımsız, yersiz israf sayılan şeyləri tərk etməli, istedadlarından insanların, məxluqatın faydasına istifadə etməlidir. İnsanlar vaxtlarını daha səmərəli bir şəkildə keçirməlidirlər. Zamanlarını televizor və kompyuter qarşısında saatlarla oturub boş bir şəkildə israf etməməlidirlər. Bu zaman ərzində insanın ruhi vəziyyəti pozulduğu kimi, ətrafı üçün faydalı bir əsər də ortaya çıxmaz.

  Peyğəmbərimiz (s.ə.s.) bir gün məscidə gedərkən bir adamın oturduğunu görür. O adama salam vermədən məscidə gedir, çıxarkən adamın əlində bir çöp ilə torpağı eşələdiyini görür. Bu dəfə peyğəmbərimiz (s.ə.s.) o adama salam verir. Adam bunun səbəbini soruşanda, “məscidə gedərkən bir iş etmədiyini gördüm və şeytan səninlə bərabər idi, deyir. Lakin məsciddən çıxdığımda isə bir işlə məşğul olub boş oturmurdun”, deyə cavab verir.

Gözəl və faydalı işlərlə məşğul olmaq insanı xoşbəxt edir. Gözəl bir sənətlə məşğul olmaq insan psixologiyasını rahatlaşdırır. Əvvəllər çox gözəl sənət sahələri vardı, bunlar indiki dövrdə yavaş-yavaş unudulmağa başlayıb. Misgərlik, oymaçılıq, toxuculuq və dəri sənəti kimi. Bu köhnə türk-İslam sənətləri haqqında danışanda qeyd etmək lazımdır ki, türklər fəth etdikləri şəhərlərdə memarlıq abidələrinə xüsusi önəm vermiş, yenilərini hazırlatdırmışlar. Bunlar məscidlər, karvansaraylar, hamamlar,  bulaqlar və imarətlər idi. Memarlıq XV əsrdə Səlcuqluların dövründə daha da inkişaf etdi.  XVI əsrdə Memar Sinan dörd yüzdən çox əsəri ilə memarlıq sənətini yüksək səviyyəyə qaldırdı. Bu əsərlər həmişə insanların faydalanması üçün təqdim edilmişdir.

  İslam dininə görə miniatür sənətində olan şəkil və heykəllər yaxşı qarşılanmırdı. Bu səbəbdən, Osmanlıda kiçik şəkillərdən ibarət olan miniatür sənəti inkişaf etmişdir. Miniatür hazırlayanlara nəqqaş deyilir.

  O zamanlar təzhib ən əhəmiyyətli və həssas sənət sahələrindən biri idi. Təzhib sənəti əlyazma və qiymətli kitablara tətbiq olunan bəzəmə sənətinə deyilir. Xüsusilə, Qurani-Kərimlər bu bəzəmə sənəti ilə bəzənmişdir. Bu işlə məşğul olan insanlara müzəhhib deyilərdi. Onlar kitablarda önəmli hissələri bəzəyərdilər.    

  Çini də bəzəmə sənətlərindən idi ki: torpağa şəkil verilib sobada qurudulması ilə çini əldə edilirdi. Türkiyədə çiniçiliyin mərkəzi Kütahya və İznikdir. Sarayların, evlərin, məscidlərin bəzi hissələri çini ilə bəzənərdi. Çini ilə bəzənən bəzi əşyalar da vardı.

  Dəri sənəti isə qədimdən ən çox yayılan xalq sənətlərindən biridir. Çox sayda əlyazma əsərlər, Quranı-Kərimlər yazılırdı. Bunların dağılmaması üçün cildlənməli idi. Bu işi edənlərə də mücəllit deyilirdi. Qurani-Kərim də Hz. Osman (r.a.) zamanında cildlənib kitab halına salınmışdır.

  Ebru sənəti də xüsusi su üzərinə, fırça ilə boyaların səpilməsi ilə edilir. Əldə edilən bu ebru kağızı Kitab cildlənməsində də istifadə edilərdi.  Əslində, ebru rənglərin suyla birgə yaratdığı bir ahəngdir.

  Xəttatlıq isə gözəl yazı yazma sənətidir. Bu yazıları yazan kəslər də Xəttat adlanır. Əvvəllər səhvlərin sayı çox olurdu, xətt ilə yazılmış yazılar kitabların qapaqlarını, evlərin və məscidlərin divarlarını bəzəyirdi.

Unudulan sənətlərə oymaçılıq və dəmirçiliyi də misal göstərmək olar. Daş, taxta və təbii daşlar işlənərək, dəyişik məhsullar əldə edilərdi. Məsələn, taxta işlənərək rəhlə, masa, qaşıq, taxt kimi əşyalar hazırlanardı.     

 Gənc qızların cehiz sandıqları oymaçılıqla bəzənərdi. Onların içi əl əməyi, göz nuru ilə hazırlanan cehizlərlə dolardı. Həmçinin, oymaçılıqdan məscidlərin, evlərin qapı və pəncərələrinin hazırlanmasında gözəl şəkildə istifadə edərdilər.

Dəmirçilikdə isə qılınc, dəbilqə, qalxan kimi əşyalar, simvollar hazırlanardı. Döyüşçü millət olan türklər öz silahlarını özləri düzəldərdilər.

Unudulmağa başlamış sənətləri gələcək nəslimizə tanıtmaq, onun üçün şərait hazırlamaq lazımdır. Bunlar mədəniyyətimizi gənc nəsillərə çatdırmaq üçün əhəmiyyətlidir. Bunlardan əldə olunan gəlirin müəyyən bir hissəsini cəmiyyətin inkişafına, zəif, kasıb və uşaqların gələcəyinə sərf etmək dini, əxlaqi və milli borcumuz, mədəni bir vəzifəmizdir. 

 

 


Əlif Güldar
Bu yazıya 931 dəfə baxılıb.