Hz. Zeynəbin Emalatxanası


Aygün Məmmədzadə
Bu yazıya 1067 dəfə baxılıb.

Peyğəmbər (s.ə.s)-in eyni zamanda bibisinin qızı olan və hicrətin üçüncü ilində Hz. Peyğəmbərlə 35 yaşlarında ikən evlənən Zeynəb binti Cəhş dəri işləmə ustası idi. O dövrün üsullarına görə xam dərini aşılayar, sonra da ondan istifadə ediləcək əşyalar tikib satardı.

Rəvayətlərdə rast gəldiyimiz bəzi şərhlərdən bu iş üçün xaneyi-səadətdə ayrıca bir otaq, bu günün təbiriylə bir emalatxana olduğunu oxuyuruq. Dəri işləmə sahəsində usta olan və Rəsulullah (s.ə.s)-lə evləndikdən sonra da bu peşəsinə davam edən Zeynəb binti Cəhş həmin otaqda əl işləri ilə məşğul olurdu.

İslam hüququba görə qadının bütün məsrəfləri ərinə aiddir və o gəlir gətirəcək bir işlə məşğul olmaq məcburiyyətində deyil. Həzrət Peyğəmbər də xanımlarının məsrəflərini təmin edirdi.

İslam dini qadını işləməyə məcbur etməz. Amma bu o demək deyil ki, qadın heç bir işlə məşğul olmasın. Ərinin icazə verməsi şərtilə, uyğun şəraitdə İslamın münasib gördüyü işlərlə məşğul olmaq əlbəttə ki, mümkündür. Necə ki, Hz. Zeynəb anamız məsrəflərini təmin üçün deyil, Allah yolunda xərcləmək üçün işləmiş və qazancının hamısını fəqir-füqəraya, dul və yetimlərə xərcləmişdir.

Hz. Aişə onunla əlaqədar belə buyurur:

“Mən Zeynəb qədər çox xeyriyyəçilik edən, onun qədər sədəqə verən, qohum-əqrəbanı ziyarət edən, başqa bir qadın tanımıram.”

Yenə Hz. Aişənin rəvayət etdiyinə görə bir gün Hz. Peyğəmbər:

“Aranızda mənə ən tez qovuşacaq olan əli ən uzun olanınızdır” buyurdu. Rəsulullahın vəfatından sonra xanımları kimin ən tez öləcəyini təyin etmək üçün divarın üstündə zaman-zaman qollarının uzunluğunu ölçərdilər. Hz. Zeynəb bədən quruluşuna görə hamısından kiçik olduğu üçün bu müqayisədə həmişə uduzardı. Ancaq Hz. Aişə (r. anhə) deyir ki:

“Zeynəb ölənə qədər bu müqayisəni etdik. Nə vaxt ki, o aramızdan ayrılıb Rəsulullaha ilk qovuşanımız o oldu, onda anladıq ki, Rəsulullah “əli ən uzun olanınız” deməklə ən çox sədəqə verənimizi nəzərdə tuturmuş. Çünki Zeynəb əl işləri ilə məşğul olan bir qadın idi, dəri aşılayar, dəridən əşya tikər, sonra da sataraq pulunu Allah yolunda sədəqə verərdi.”

İbn Sad bir rəvayətində Hz. Zeynəbin vəfat etdiyi zaman bircə dənə də olsun dirhəm və ya dinar miras qoymadığını, bütün qazandıqlarını sağlığında sədəqə verdiyini qeyd edir və Zeynəbin kasıbların və dulların sığınacaq yeri olduğunu ifadə edir.

Burada qeyd olunan “bütün qazandıqları” çərçivəsinə Hz. Ömərin ona təsis etdiyi maaş da  daxildir. Hz. Ömər Rəsulullahın digər xanımları kimi ona da illik 12 min dirhəm maaş təyin etmişdi. Bunu qəbul etmək məcburiyyətində qalan Hz. Zeynəb aldıqlarının hamısını yaxınları və yetimlər arasında bölüşdürmüş, “Allahım, Ömərin başqa bir ehsan verməsini nəsib etmə, bu fitnədir!” deyə dua etmişdi. Məqbul olan duanın bərəkəti ilə o il Hz. Zeynəb Allahın rəhmətinə qovuşur. Kəfənini, öz qazancından hazırlamış olan Zeynəb radıyallahu anhə Xəlifə Hz. Ömərin onun üçün göndərəcəyi kəfənin sədəqə verilməsini vəsiyyət edir və bu vəsiyyəti yerinə yetirilir.

Möminlərin möhtərəm analarından olan Hz. Zeynəb binti Cəhşlə bağlı oxuduğumuz bu rəvayətlərdən çıxarılacaq bir neçə mühüm prinsip var:

1. Müsəlman qadını heç bir maddi ehtiyacı olmasa belə işsiz durmamalıdır Heç bir ehtiyacı olmasa belə qazandıqlarını Allah yolunda xərcləməlidir.

2. Qadının evində işləyəcəyi işə əri mane olmamalı, laızm gələrsə şərait hazırlamalıdır. Çünki Rəhbərimiz (s.ə.s) belə etmişdir.

3. Bu hədislərdən çıxaracağımız başqa bir ibrət də qadının ilk növbədə evində icra edəcəyi iş və peşələri məharətlə öyrənməsi zərurətidir.

Unutmamaq lazımdır ki, işləmək ayıb deyil. Bir insanın vəzifəsi, maddi vəziyyəti necə olursa olsun, işləişləməlidir. Bir Peyğəmbər xanımı belə, ehtiyacı olmadığı halda işləməyə laqeyd yanaşmamış, dəri aşılamaq kimi naxoş qoxulu bir peşə ilə məşğul olmuşdur. Bu xüsusu hər zaman düşünməli və gərəkli dərsi almalıyıq.


Aygün Məmmədzadə
Bu yazıya 1067 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xocalı yurdum, yuvam, anam, Vətənimdir.
  • Günəş ulduz kimi
  • Yaşıl mərcili əriştə supu
  • Asan türk ev paxlavası
  • Gəncliyə yardım fondunda sertifikat mərasimi
  • Bakıda mövlana işığına toplaşdılar
  • Bananlı karamelli kek
  • Kartoflu muffin
  • MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ
  • İspanaq Yeməyi
  • HƏR YERDƏ İLAHİ KAMERALAR
  • Toyuq sosiskası,Xarço Şorbası
  • Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)
  • Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR
  • Şeytana Qalib Gəlməyin Yolu
  • Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm
  • Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir
  • Hz. Zeynəbin Emalatxanası
  • İki Qanadlı Təhsil
  • Onu Anarkən
  • Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN
  • Göbələkli salat
  • Toyuqlu boxça
  • Manna yarmalı tort
  • Yardımlaşmanın fəziləti
  • Ölüm Haqdır
  • Ananaslı keks
  • Yaşıl mərcili makaron salatı
  • Çolpalı Şorbalı Xəngəl
  • Sadə Rulet
  • İçlikli Kartof Topları
  • Pomidor Qəlyanaltısı
  • Aşura
  • Tərəvəzli Gül Kələmi Şorbası
  • Ləzzətli Yuvalar
  • Brovni Keksi
  • Məhərrəm Ayı
  • Təqvimin Tarixi
  • Gavalı Salatı
  • Qurudulmuş Ətli Sürhüllü
  • Buxarda Toyuq Ruleti
  • Donut
  • Ən Gözəl Adlar "O"nundur
  • Əncirli Qozlu Qurabiyə
  • Ev Şəraitində Lülə Kabab
  • Olivye Salatı
  • Toyuq Xəngəli
  • Ər-Rahman, Ər Rəhim
  • İspanaqlı, Qaymaqlı Börək
  • Dadlı Qurabiyə
  • Tezbazar Kök Salatı
  • Arzuman Küftəsi
  • Əl-Məlik, Əl-Quddüs
  • Kumpir
  • Albalılı Parfe
  • Quru Çörək Şirniyyatı
  • Halva
  • Əs-Salam, Əl-Mümin
  • Çaylı keks
  • Sevimli üzlər (uşaq yeməyi)
  • Üzüm Salatı
  • Sobada badımcan börəyi
  • Əl-Muhəymin, Əl-Əziz
  • Midya Şirniyyatı
  • Mərcimək küftəsi
  • Üç rəngli börək
  • Sulu küftə
  • Əl-Cabbar, Əl-Mütəkkəbir
  • Qatıqlı buğda şorbası
  • Kartof pizzası
  • Toyuq ətindən göbələk salatı
  • Ərik cemli piroq
  • Əl-Xaliq, Əl-Bari
  • Ətli Ərzurum şorbası
  • Ətli qat-qat
  • Xanım kaprizi salatı
  • Qozlu piroq
  • Əl-Musavvir, Əl-Ğaffar
  • Omlet kekslər
  • Balqabaqlı, isbanaqlı tort
  • Mərciməkli, küftəli şorba
  • Ətli keks
  • Əl - Qahhar
  • Mövlana və Məsnəvisi
  • Göbələkli kartof damlası ilə şorba
  • Ağlayan kek
  • Tərəvəzli kartof salatı
  • Əl-Fəttah
  • Təbriz Küftəsi
  • Kartoflu Kroket
  • Rulet salatı
  • Kartoflu-pendirli zapekanka
  • Kəsmikli pendirli xaçapuri
  • Portağallı Lokum
  • Əl-Qabid
  • Ətli salat
  • Soğan dolması
  • Göbələkli, kartoflu piroq
  • Qozlu qurabiyə
  • Əl-Basit
  • Xallı toyuq salatı
  • Toyuq ruleti
  • Urfa kababı
  • Qat-qat bükmə
  • Kartof ruleti salatı
  • Beşamel souslu sobada vermişel
  • Plovlu toyuq dolması
  • Qurabiyə
  • Ər-Rafi
  • Əl-Muzil
  • Almalı qurabiyə
  • Toyuq supu
  • Tərs Dolma
  • Saxsıda küftə
  • Qələm qabı
  • Əs-Səmi