Mübarək üç ayları necə qiymətləndirə bilərik?


Nimet Çinar
Bu yazıya 906 dəfə baxılıb.

Peyğəmbərimiz (s.ə.s.) bir hədisi şərifdə belə buyurur: "İki şey vardır ki, insanlar onların qiymətini bilməzlər; sağlamlıq və zaman".  İtirilən sağlamlığın az da olsa kompensasiya ümidi vardır. Lakin geri qaytarılmayacaq, satın alınması mümkünsüz, kompensasiyası olmayan tək şey zamandır.  Biz də bu günlərdə dəyərini çox yaxşı bilməli olduğumuz bir zaman dilimində, mübarək üç aylardayıq. Rəcəb, Şaban və Ramazan olaraq adlandırılan bu aylar, eynilə mağazaların fürsət günləri kimi,  Uca Rəbbimizin digər aylara görə daha bərəkətli və mübarək etdiyi vaxtdır. Axirətini xilasetmə dərdində olan hər insan bu fürsət zamanlarını qiymətləndirməyə çalışmalıdır. Bax, bu mövzuda qulağımıza sırğa olacaq və bizlərə köməyi toxunacaq bir neçə tövsiyə: 

·    Əvvəlcə, hədəfimiz Allahın rizası olmalıdır, ixlasla və səmimi bir niyyətlə üç ayları ən məhsuldar şəkildə qiymətləndirməyi hədəfləməliyik.

·    "Əməllərin ən gözəli az da olsa davamlı olanıdır" hədisi- şərifi düsturumuz olmalıdır, ifrat və təfritdən uzaq dayanmalıyıq.

·    Bazar ertəsi və cümə axşamı tuta bildiyimiz qədər oruclu olaq. Edə bilmiriksə, "dilimizə,  gözümüzə və qulağımıza" günah orucu tuta bilərik!

·    Evvabin, duha və təhəccüd namazı kimi nafilə ibadətlərə üstünlük verməliyik. Ya da qəzaya qalmış namazlarımız varsa, hər namazın sonuna bir vaxt qəza namazı əlavə edib borclarımızı tamamlamalıyıq.

·    Qurani- Kərim oxumağı bilməyənlər bu qüdsi zaman kəsimində mütləq öyrənməlidirlər. Xətimlər edilməli və savabları bağışlanmalıdır…

·    Sədəqə və zəkatların bu aylarda verilməsi daha məqbuldur. Müsəlmanlar bu savablardan məhrum qalmamaq üçün zəkat və sədəqələrini bu aylarda verməyə cəhd göstərməlidirlər.

 

·    Təbəssümün belə sədəqə hökmündə olduğu unudulmamalıdır. Hər şeyi xeyrə yozmaq, müsəlmanlar arasındakı işləri yoluna qoymağa çalışmaq, küsülüləri barışdırmağa cəhd etmək xeyir və hasenat hökmündədir.

 

·    Lütfkarlıq və ikramlar etmək və ehtiyac sahiblərini daha çox xatırlayaraq matəmlərin ətrafında olmalıyıq. Allah (cc) comərddir, comərdləri sevər. Bizlər də bu aylarda lütfkarlıq və ikramı artırmalıyıq.

·    Dua etmək də çox əhəmiyyətli... Dua ibadətdir. İbadətin özüdür. Bu aylarda daha çox dua etməliyik. Özümüzə, ana- atamıza, övladımıza, qardaşlarımıza, sevdiklərimizə və xüsusilə, Ümməti- Məhəmmədə dünya və axirət xoşbəxtliyinə qovuşmaları üçün dua etməliyik.

·    Bu ayları özümüzü hesaba çəkmək üçün də vacib bir zaman bilməliyik...

Varsa pis vərdişlərimizi tərk etmək və gözəl vərdişlər qazanmaq üçün Rəbbimiz bizlərə bir fürsət vermişdir …

·    Peyğəmbərimizin həyatıyla əlaqəli kitabları oxumalı, hədis əzbərləmək və ona uyğun yaşamağa çalışmaq hədəfimiz olmalıdır.

·    Paylaşma bu aylarda artırılmalı, ən yaxınlarımızdan başlayaraq mümkün olduğu qədər çox insana hədiyyə təqdim edilməlidir.

·    Ziyarətlər bu ayların bəlkə də ən məhsuldar fəaliyyətlərindəndir. Yaxın uzaq demədən könlümüzü hər kəsə aça bilməli, mərhəməti artırmalıyıq.

·    Bu aylarda yuxuya mümkün olduqca az zaman ayırmalıyıq. İbadət və gözəl əməllər etmə ayındayıq. Bir dahaki üç aylara və mübarək Ramazana çata biləcəyini kim bilə bilər?

·    Peyğəmbərimiz (s.a.s.)ın sünnəti olan "Allahümme barik lena fi rəcəbə və şaban. Və belliğna ramazan" yəni "Ya rəbbim! Bizə Rəcəb və Şaban ayını mübarək et və bizi Ramazan ayına çatdır!'' duasını hər gün oxumağa çalışmalıyıq.

·    Bu günlərdə boş və bayağı sözlərdən daha çox uzaq olmalı, dilimizi zikrlər və salavatlarla məşğul etməliyik.

     Nəhayət, üç aylardan razı və üç ayların razı olduğu bir insan ola bilmək üçün əlimizdən gələn səyi göstərməliyik. Allah xeyirdə müvəffəq etsin…

 

 

 

 

 


Nimet Çinar
Bu yazıya 906 dəfə baxılıb.