Uşağın ictimai dünyası


Fatimə Çinar
Bu yazıya 860 dəfə baxılıb.

1. Bir ana, uşaqları atalarından soyutmaq istəyirsə, onları ataları ilə qorxutsun.

 

2. Uşaqların sizə olan etibarını yox etmənin yolları

a.   Onlara yerinə yetirməyəcəyiniz boş vədlər verin

b.   Göstərdikləri müvəffəqiyyətləri kiçik hesab edin

c.   Ona lağ edin

d.   Onların gözü qarşısında həyat yoldaşınızla bir-birinizi tənqid edin və nəticədə dalaşın

e.   Bir-birinizi təhqir etməkdən çəkinməyin

f.    Yerinə yetirib yetirməyəcəklərini düşünmədən uşaqlarınıza çoxlu əmrlər verin

g.   Bir səhv iş etdikdə " hələlik bağışlayıram" deyərək cəzanı tez-tez təxirə salın.

h.   Sözünüzü dinləmədikləri zaman bir şeylə qorxudun

 

3. Uşaqların sizə təhqir etmələrini təmin etmənin yolları

a.   Uşaqların özlərini müdafiə etmələrinə icazə verməyin

b.   Ən kiçik qəbahətlərinə görə cəzalandırın, hər davranışını tənqid edin

c.   Danışmaq istədikləri zaman danlayaraq susdurun

d.   Başqalarının yanında günahlarını bir-bir sayaraq onları xəcalətli edin

 

4. Qardaş və bacılarına qarşı qısqanc etmənin yolları

a.   Uşaqlardan birini cəzalandırarkən digərini mükafatlandırın.

b.   Bir-birlərini təhqir etdikləri zaman səs çıxarmayın

c.   Birini digərindən daha çox sevdiyinizi qəsdli olaraq bildirin

d.   Müvəffəqiyyətlərini müqayisə edin

e.   Dalaşdıqları zaman günahın kimdə olduğunu araşdırmadan hamısını döyün

 

5. Uşaqları insanlardan soyutmağın yolları

a.   Onlara daim pis nümunələrdən bəhs edin

b.   Hər kəsin mənfəət üçün bir-birini aldatdığını, dünyada güvənəcək insan qalmadığını tez-tez dilə gətirin

c.   İnsanları mərhəmətsizcə tənqid edin

 

6. Başqalarını qısqanmasını təmin edən yollar

a.   Uşaqların yanında iqtisadi və ictimai vəziyyəti sizdən yaxşı olanlardan danışın

b.   Dövlət məmurlarının rüşvətsiz iş edə bilməyəcəklərini təkrar edin

c.   Məktəb rəhbərliyi və müəllimləri həmişə günahlandırın və tənqid edin

 

7 Məktəbdən və oxumaqdan soyutmanın yolları

a.   Uşağınıza kiçik yaşlarda oxuma- yazma öyrədin

b.   Dərslə məşğul olmaq istəmədiyi zaman oyun oynamasına icazə verin

c.   Ona yaşından çox məlumat yükləyin

 

8 Qorxulu yuxu görmələrini təmin etmənin yolları

a.   Onlara xortdan və cadugər nağılları izah edin

b.   Sehrbazlardan, cadugər və xortdanlardan bəhs edin

c.   Yatmaq istəmədiyi zaman qaraçının gəldiyini söyləyin, qorxulu səslər çıxarın

 

9 Qeybətcil uşaq yetişdirmənin yolları

a.   Uşaqların yanında daim başqalarını tənqid edin.

b.   Yoldaşlarını təhqir etdikləri zaman onlara dəstək olun.

 

10 Özünü göstərməyə çalışan uşaq etmənin yolları

a.   Xarici görünüşün daxili görünüşdən daha əhəmiyyətli olduğunu vurğulayın

b.   İqtisadi vəziyyəti yaxşı olmayan insanlarla yaxınlıq etmələrinə görə tənbeh edin

c.   Yoldaş seçərkən zəngin uşaqlardan seçmələrini nəsihət edin

d.   Hər fürsətdə geyimin ən əhəmiyyətli göstərici olduğunu izah edin. Büdcənizi boşaltsa da bahalı geyimlər almaqdan çəkinməyin

 

11 Xəsis uşaq yetişdirmənin yolları

a.   Həyatda ən qiymətli şeyin mal və pul olduğunu söyləyin

b.   Zəngin yoldaşlarınıza digərlərindən daha çox dəyər verdiyinizi vurğulayın

c. Müasir zamanda heç kimə maddi yardım edilməməsinin tərəfdarı olduğunuzu söyləyin

d.   Ehtiyacı olanlara üz verməyin və uşağınızı da buna alışdırın

 

12 Söyüşcül uşaq yetişdirmənin yolları

a.   Əsəbiləşdiyiniz insanları söyün

b.   Uşaqların yanında açıq- saçıq lətifələr danışın

c.   Evinizə əxlaqsızlığı təbliğ edən qəzet,  ya da jurnal əlavələrini alın

d.   Əxlaqlı qohumlarınızı tənqid edin, onları lağa qoyun

e.   Bir səhvləri olduğu zaman hər kəsin qarşısında onları danlayın.

 

 


Fatimə Çinar
Bu yazıya 860 dəfə baxılıb.