Tramisu


Bizim AİLƏ
Bu yazıya 900 dəfə baxılıb.

Ərzaqlar:

Süt - 3,5 stəkan

un - 3 qəhvə fincanı  

şəkər tozu - 3 qəhvə fincanı

yumurta-1 ədəd

hazır biskvit

labne pendiri – 1 ədəd

neckofe -1 ədəd

kakao -1 x.q.

türk qəhvəsi (olmasa kakao ilə əvəz etmək olar) -1 x.q.

Hazırlanması:

Süd, un, şəkər tozu və yumurtanı çalıb bişiririk. Sonra soyumağa qoyuruq. İlıq olanda labne pendirini töküb çalırıq. Neckofeni yarım stəkan isti suyla qarışdırıb biskvitləri isladırıq. Qarışığı biskvitin aralarına və üzərinə sürtürük. Kakao ilə türk qəhvəsini qatıb sürtgəc ilə üzərinə səpirik. Bir-iki saatdan sonra süfrəyə verilir.

Nuş olsun!

 

Qeyd: Zövqə görə qatlara banan və ya başqa meyvə dilimləri də qoyula bilər.


Bizim AİLƏ
Bu yazıya 900 dəfə baxılıb.