Pomidor və bolqar bibərli toyuq langeti


Bizim Ailədən
Bu yazıya 2198 dəfə baxılıb.

Ərzaqlar:

Toyuğun döş əti - 500 qr.

Qırmızı bibər - 2 ədəd

Pomidor - 2 ədəd

Soğan - 2 ədəd

Mayonez, duz, istiot.

Holland pendiri – 200 qr.

                           

Hazırlanması:

Əvvəlcə pomidor, soğan, bibər nazik halqa şəklində doğranılır, pendir rəndədən keçirilir.

 

Döş əti bir az döyülür, duz və istiot vurulur.

 

List yağlanır, döyülmüş ət listə qoyulur. Ətin üzərinə lay-lay soğan, pomidor, bibər düzülür.

Bibərin üzərinə mayonez sıxılır.

 

Mayonezin üzərinə isə pendir qoyulur. Sobada 180 dərəcədə 20 dəqiqə bişirilir.

 

Budur, langetimiz hazırdır. Nuş olsun!


Bizim Ailədən
Bu yazıya 2198 dəfə baxılıb.