Lavaş içi salatı


Bizim AİLƏ
Bu yazıya 2975 dəfə baxılıb.

Ərzaqlar:

Lavaş - 4 ədəd

Toyuğun döş əti - 200 qr

Yerkökü – 2 ədəd

Qarğıdalı konservi – 1 banka  

Yumurta – 2 ədəd

Holland pendiri – 200 qr

Mayonez

Şüyüd, duz.

 

Hazırlanması:

Əvvəlcə lavaşı açırıq və mayonez çəkirik. Sonra qarğıdalı səpirik.

Üzərinə lavaş qoyub, mayonez çəkib, toyuq əti qoyuruq.

Sonra yenə lavaş qoyulur, üzərinə mayonez çəkilir və bişmiş, xırda doğranmış yerkökü və şüyüd səpilir,duzlanır.

Şüyüdün üzərinə təkrar lavaş qoyulur,  mayonez çəkilir, rəndədən keçirilmiş yumurta və pendir səpilir, duzlanır.

Ən sonda rulet kimi bükürük. Soyuducuya qoyub 1-2 saat özünü tutmasını gözləyirik. Süfrəyə verdiyimiz zaman doğrayırıq.

Lavaş içi salatımız hazırdır. Nuş olsun!

 

 


Bizim AİLƏ
Bu yazıya 2975 dəfə baxılıb.