Dondurma


Bizim Ailədən
Bu yazıya 1038 dəfə baxılıb.

Lazım olan ərzaqlar:

 

2 stəkan süd

1 konserv bankası (390 qramlıq) qatılaşmış süd

3 xörək qaşığı tünd şəkərsiz kakao

1 xörək qaşığı qarğıdalı nişastası

 

Hazırlanma qaydası:

Balaca qazana süd və kakao tozunu töküb odda dayanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazanı oddan kənara çəkin. Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin. Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən odda dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub- olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü təbəqə əmələ gəlirsə və barmağınızla həmin təbəqənin ortasından bir xətt çəkdiyinizdə o xətt yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir. Alınan kütləni soyuğa davamlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın.  Dondurmanı buzluğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır. Nuş olsun!


Bizim Ailədən
Bu yazıya 1038 dəfə baxılıb.