Peyğəmbərimiz (s.ə.s.)in öyrətmə üsulu


Nimet Çinar
Bu yazıya 893 dəfə baxılıb.

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) həyatının hər məqamında izah edəcəyi bir xüsusu ən uyğun və ən gözəl bir üslubla izah etmiş və öyrətmədə də eyni metodu istifadə etmişdir. Budur Onun 40 təhsil üsulu:

Hz. Məhəmməd (s.ə.s) universal bir təhsil-tədris sistemi gətirmiş və bütün ürəkləri, ruhları, ağılları, nəfsləri ideal üfüqə yüksəldəcək bir mesaj təqdim etmişdir. Yalnız Onun gətirdiyi sistemdir ki, həm ruhu, həm ağlı, həm də nəfsi yüksələ biləcək ən son nöqtəyə çatdırmışdır.

 

1. Rəsulullah söylədiyi həqiqətləri yaşayaraq həyatıyla göstərmişdir.

2. Dini öhdəlikləri tədris sistemilə (yavaş-yavaş, pillə-pillə) öyrətmişdir.

3. Tədrisdə orta yolda dayanmağa və insanları bezdirməkdən uzaq olmağa riayət etmişdir.

4. Öyrənənlər arasındakı fərdi fərqlilikləri göz önündə saxlamışdır.

5. Qarşılıqlı danışma və sual-cavab şəklindən istifadə etmişdir.

6. Səhv düşüncəni silib atmaq və gerçək məlumatı dəqiq bir şəkildə həmsöhbətə çatdırmaq üçün ağlından istifadə etmişdir.

7. Həmsöhbətlərinə sual yönəltmiş, beləcə, onların zəka və məlumat səviyyələrini ölçmüşdür.

8. Müqayisə və nümunə göstərmək metodundan istifadə etmişdir.

9. Bənzətmə və xalq arasında geniş şəkildə istifadə edilən nümunələri göstərmişdir.

10. İzah etdiyi xüsusu, əlində hər hansı bir şey ilə yerə və torpağa çəkərək şəxsən göstərmişdir.

11. Sözlə birlikdə jest və mimikalardan istifadə etmiş, ehtiyac olduqda əl hərəkətləri ilə fikirlərini izah etmişdir.

12. Əhəmiyyətinə və mümkünlüyünə görə, izah edəcəyi əşyanı şəxsən əlinə almış, əliylə qaldırmış və çatdıracağı xüsusu söyləmişdir.

13. Həmsöhbətlərindən bir sual gəlmədən sözə əvvəlcə özü başlamışdır.

14. Həmsöhbətinin sualına əskiksiz və tam cavab vermişdir.

15. Həmsöhbətinin sualına, ehtiyacına daha ətraflı cavab vermişdir.

16. Həmsöhbətini, gözəl bir hikmətə görə, soruşduğu sualdan daha əhəmiyyətli bir xüsusa istiqamətləndirdiyi də olmuşdur.

17. Sual soruşanın soruşduğu sualı təkrarlamasını istəmişdir.

18. Həmsöhbətinin aldığı cavabı təkrar etməsini istəmişdir. Beləcə, cavab unudulmaz, yaddaşa həkk olunur.

19. Bildiyi bir xüsusdan ötəri adamı sınamışdır ki, bununla doğru cavab verəcək adamı mədh etmək, tərifləmək istəmişdir.

20. Qarşısında olan bir hadisəyə münasibətdə susma yolunu seçmişdir.

21. Öyrətmə əsnasında meydana gələ biləcək imkan və fürsətləri qiymətləndirmişdir.

22. Lətifə və zarafat yoluyla öyrətməyi seçmişdir.

23. Öyrətdiyi xüsusu andla təkid edərək, dəqiqləşdirmişdir.

24. Öyrədilən xüsusun əhəmiyyətinə görə sözü üç dəfə təkrar etmişdir.

25. Mövzunun əhəmiyyətini, oturuşunu və duruşunu dəyişdirərək, sözü təkrar edərək göstərmişdir.

26. Cavabı gecikdirib həmsöhbətin sualını təkrar etməsini təmin edərək onu xəbərdar etmişdir.

27. Həmsöhbəti intibaha sövq etmək üçün, onun çiyinindən və ya əlindən tutmuşdur.

28. Həmsöhbəti təşviq üçün və ya onu çətinliyə salacaq bir vəziyyətdən ötəri bəzi xüsusların gizli qalmasını lazım bilmişdir.

29. Söyləyəcəyi xüsusun yaddaşlarda daha yaxşı qalması və ya əzbərlənməsi üçün, sözü qısa və dəqiq bir şəkildə ifadə etmiş, daha sonra isə detallarına keçmişdir.

30. Cavabın bir neçə maddə ilə veriləcəyi vəziyyətlərdə əvvəl cavabın neçə maddədən meydana gəldiyini bildirmək üçün ədədi söyləmiş, daha sonra saymışdır.

31. Vəz etmə, nəsihət vermə və öyüd vermə metodunu üstün tutmuşdur.

32. İnsanların şövqlərini qamçılama və ya nəticəsi əzabverici xüsuslardan şiddətlə uzaqlaşdırma (Tergib və terhib) metodunu tətbiq  etmişdir.

33. Hekayə və keçmiş ümmətlərə və insanlara dair xəbərlərə istinad etməklə öyrətmə metodunu tətbiq etmişdir.

34. Problemin cavabının həmsöhbəti utandırma ehtimalı olan xüsuslarda əvvəl nəzakətli bir hazırlıq müddəti hazırlamış və sualı elə cavablandırmışdır.

35. Problemin cavabının həmsöhbəti utandırma ehtimalı olan xüsuslarda üstü bağlı olaraq kinayə yoluyla və işarə edərək kifayətlənmişdir.

36. Qadınlara öyrətməyi və nəsihət verməyə də əsla laqeyd yanaşmamışdır.

37. Gərəkli vəziyyətlərdə öyrətmə barəsində danlamağı (ta'nif) və əsəbləşməyi (qəzəb) də olmuşdur. Çünki onun danlamağı və əsəbləşməyi mərhəmət çərçivəsində və ümmətinin salamatlığı üçün olmuşdur.

38. Təlim və təbliğdə, yazma metodundan istifadə etmişdir.

39. Xarici dilləri (məsələn Süryaniceyi) öyrənməsi üçün bəzi səhabələri vəzifələndirmişdir ki, bu xüsus da indiki vaxtda dünyanın dörd bir tərəfində İslamın gözəlliklərini öyrənmək istəyənlərə qarşı ediləcək vəzifənin çox əhəmiyyətli bir pilləsini təşkil etməkdədir.

40. Hər zaman şəxsən öz mübarək şəxsiylə öyrətmişdir.

 

 

 


Nimet Çinar
Bu yazıya 893 dəfə baxılıb.