Ateizmdən Tövhid İnancına Qayıdış


Xədicə Şahin
Bu yazıya 1092 dəfə baxılıb.

Ateist düşüncələrlə böyüdülmüşkən birdən cavabsız suallar içində qalan və İslam neməti ilə şərəflənib insanların İslami tərbiyəsi üçün çırpınan, Rus əsilli Qazaxıstan vətəndaşı 0lga xanım ilə ibrətli həyat hekayəsini sizinlə paylaşmaq istədik.

Özünüzü tanıdarsınızmı?

           Adım Olga, İstanbulda Xudayi kursuna gəlincə Əsma adını götürdüm, amma çoxu Olga adımla xitab edir. Öz atamı heç tanımadım, ögey ata yanında böyüdüm, iki ögey qardaşım var. Anam səkkiz yaşında ikən vəfat etdi. Nənəm məni yanına aparmaq istədi, amma ögey atam vermədi. Yenidən evləndi, mən ögey ana və ögey atanın əlində böyüdüm.

İslamdan əvvəl hansı dinə mənsub idiniz?

            Rəsmi dinim Xristianlıq idi, amma bu din haqqında heç birməlumatım yox idi. Həmçinin, ögey atam bir Ateist idi. Hər zaman Ateizmlə bağlı kitablar oxuyardı və bizə də izah edərdi. Kiçikliyimizdən bəri bu fikirlərlə böyüdüyümüz üçün halıyla mən də təsirləndim. Amma böyüdükcə ağlım heç cür Tanrının olmadığı fikrini qəbul etmirdi. "Tanrı, yoxsa biz, nə üçün yaşayırıq, bu dünyaya niyə gəldik, yaşamağımızın nə mənas(n)ı var?" kimi suallar beynimi məşğul edirdi. "Həyatımızın mənas(n)ı yoxsa indi də ölsəm nə fərq edər ki" deyirdim. Ətrafımdakılardan “yaşamağımızın nə mənası var?'' deyə soruşanda "bu dünyada xalq üçün bir şey edərsən, sən ölsən də adın qalar", deyirdilər. Mən də "əgər çürüyüb yox olacağıqsa, geridə bir şey buraxmanın nə əhəmiyyəti var ki" deyirdim. Üstəlik, atama "ölüm necə olacaq?" deyə soruşduğumda ‘'Yuxuya gedib yuxu görmək kimi olacaq və bir daha oyana bilməyəcəyik və hər şey bitəcək'' deyirdi. Bu cavablar məni təmin etmirdi.

İslamla tanış olmağınız necə oldu?

1997-ci il idi. 17 yaşında, son sinifdə ikən Kazak Mədinə və Özbək Roza adında yoldaşlarım vardı, onlar məscidə gedib Quran öyrənirdilər. Mənə də göstərirdilər, amma maraq duymurdum, çünki İslamı Kazaklara məxsus bir din zənn edirdim. Həm də İslamı qadınları əzən bir din olaraq görürdüm. Çünki Kazak qadınlar evdə yalnız işlə, uşaqlarla məşğul idi, kişiləri isə çöldə rahat, müstəqilcəsinə istədiklərini edirdilər. Amma ruslarda qadınlar da kişilər qədər azad idi. 0nların İslamdan xəbərləri olmayan Müsəlman olduqlarını sonra öyrəndim.

          O il qızları Türkiyəyə Quran kursuna aparacaqlarmış. Rozanın xalası “sən də get”, deyərək Rozanı istiqamətləndirmiş. Rozada Mədinəyə söyləmiş ikisi getməyə qərar verincə, Mədinə mənə ‘'haydı, sən də gəlsənə'' deyincə, bir az düşündüm. Onsuz da evdə dincliyim yoxdur, məktəb bitincə nə edəcəyəm, Türkiyəyə getsəm nə itirərəm dedim. Mən də getməyə qərar verdim. Fikrimi atama söyləyəndə narazılıq etdi, mənim qərarlı olduğumu görüncə göndərdi. Ofis vardı, yoldaşlarla gedib pasportlarımızı verdik. Orada Halilullah Bəy vardı. Mənim rus olduğumu görüncə ‘'sən müsəlman oldunmu?'' deyincə mən "xeyr" dedim. Mənə "Müsəlman olmaq çətin deyil" dedi, "Kəlimeyi-şəhadət gətirib, yuyunacaqsan" dedi. Mən də evə getdim, heç bir şey bilmirdim, yalnız yuyundum. Sonra yoldaşımın mənə yazdığı Kəlimeyi-şəhadəti kağıza baxaraq oxudum. Bunları heç bir şey hiss etmədən təqlid edərək tətbiq edirdim. Sanki külək məni önünə alıb bir oraya, bir buraya aparırdı. Bu da bir gerçəkdir ki, siz həqiqət üçün bir addım atdığınızda, Allah sizə tərəf on addım atar və həmişə qarşınıza vəsilələr çıxarar.

          Türkiyəyə qrup halında getdik. Xudayi kursuna gəlincə avtobusdan endik, enməmizlə tamamilə təsəttür içində olan qızlar bizi qarşıladı. Orta Asiyadan Müsəlman qardaşlarımız gəlmiş deyə bizi qucaqladılar, amma mən ilk dəfə belə geyinmiş insanları görüncə çox qorxdum və dərhal avtobusa minib oradan uzaqlaşmaq istədim. Bir müddət sonra ilk qorxum keçdi. Gələnlərə daha yaxşı köməkçi olmaq üçün ənsar mühacir qardaşlığı oldu. Mənə Səlimə adında azərbaycanlı bir yoldaşımız ənsar oldu. Rusca da bilirdi. Mənə namaz qılmağı öyrətdi. Bizim uzun ətəyimiz yox idi, namaz ətəyi tikib hədiyyə etdilər, dillərindən anlamasam da yaxın münasibətləri xoşuma gəlirdi.  

İlk namazımı Səlimə ilə qıldım. Namaz bitincə "mənə dua edə biləcəyimi" söylədi. Mən də "nə istəyəcəyəm ki" dedim. "Dua səninlə Allah arasında bir sirrdir, könlündən nə keçirsə, istəyə bilərsən", dedi. Mənim namaz qılıb sonunda dua etmək çox xoşuma gəldi və İslama girincə ilk zövq aldığım şey idi. Çünki bu günə qədər Tanrı ilə danışmamışdım, tanrıya yönəlib "tanrım" deməmişdim və ilk dəfə Allah ilə dua vasitəsilə danışırdım, könlümdən keçən hər hansı bir şeyi birindən istəyirdim. Bu mənim üçün izah edilə bilməyəcək qədər zövqlü bir şey idi.

Xudayidə ikən İslamı öyrəndim amma hələ özünü qavramamışdım. Hər-halda, dil bilmədiyim üçün belə oldu.

Artıq bir illik təməl təhsil almışdıq və Qazaxıstana dönmə vaxtı gəlmişdi. Ögey atamın mənə qarşı reaksiya verib, təzyiq edəcəyini bildiyim üçün qayıtmaq istəmirdim. Vəziyyəti 0sman müəllimimizə izah edincə ‘'qızım, bundan sonra sənin atan mənəm'' deyərək mənə şəfqətli qucağını açmışdı, amma viza işi olmadığı üçün dönmək məcburiyyətində qaldım.

- İslama gələn hər bir insanın yaşadığı çətinlikləri siz də yaşamısınız. Evinizə dönüncə hansı çətinliklərlə qarşılaşdınız?

İlk olaraq, ögey atam sərt reaksiya göstərdi. Mənə "tanrı yoxdur, bu nə haldır, başını açacaqsan" deyə təzyiq etdi. Mən əvvəlcə müqavimət göstərdim, amma dediyim kimi iman daha tam oturmamışdı. Buna görə başımı açmaq məcburiyyətində qaldım. Nə qədər başımı açsam da Türkiyəyə getmədən əvvəlki düşüncələrə qapıldım. Reaksiyalar artdıqca Allahın varlığı haqqında daha çox düşünməyə başladım. Allah-Təala Qurani- Kərimdə ‘'Ey ağıl sahibləri'' deyə xitab edir, yenə "düşünməzsinizmi?'' buyuraraq bizi düşüncəyə sövq edir. Deməli, düşüncələrim məni Rəbbimə daha da yaxınlaşdırmaq üçün idi. Həm də mən oxuya biləcəyim rus dilində kitablar da yox idi, ögey atam mənə kitablardan dəlillər göstərərək təzyiq göstərirdi. Iki yol arasında qalmışdım.

Çimkəntdə Qızlar üçün İlahiyyat Fakültəsi vardı və mən orada qeydiyyatdan keçərək təhsilimi davam etdirdim. Türkiyədən müəllimlər gəlmişdi. Məmməd müəllim və xanımı İnci müəllim dərslərimizə gəlirdilər. Təbii mən əvvəllər çox dəyişik suallar verirdim. Çünki ögey atamın təsiri altındaydım. Bir tərəfdən də ona qarşı məlumatlanaraq cavablar vermək istəyirdim. Yalnız namazda süküta dalırdım. Düşüncələrə qapılmamaq üçün davamlı namaz qılırdım. Artıq ögey atam dəyişməyəcəyimi anlayınca "bir daha evə gəlmə" dedi. Mən də nənəmgilə getdim, orada da xalam mənə qarşı çıxdı. ‘'Sən bu halda ikən yanımda gəzdirmərəm'' dedi. Nənəm məni müdafiə etdi. 0 zaman çox sevinmişdim, ilk dəfə ailəmdən birindən dəstək görmüşdüm.

-Sonra necə bu düşüncələrdən sıyrıla bildiniz?

Təbii ki, asan olmadı. Mən həmişə belə deyirdim: ''Rəbbim, əgər varsansa, məni doğru yoluna çatdıracağına inanıram. Bəzən, “bəs Allah yoxdursa...” fikrinə qapılırdım, bu zaman vəsvəsə deyərək dərhal namaza dururdum. Bəzən vəsvəsələr o qədər çoxalırdı ki, namaza güclə qalxdığım da olurdu. Universitetin ikinci kursunda artıq vəsvəsələr məndən uzaqlaşdı və imanımın qüvvətləndiyini hiss edirdim. Artıq araşdırmaya başladım. Bilmədiklərimə cavab tapmağa başlamışdım. Müəllimlərim də İslamı çox sevdirdilər. İslamın müəllimsiz olmayacağını anladım. Allah-Təala qulunu düşündürərək doğru yoluna çatdırır, amma vəsvəsələrdən xilas ola bilmək üçün doğru insanlardan məlumat almaq lazımdır.

             Ögey bacım vardı, o da tez-tez yanımıza gəlirdi. Mən Müsəlman olmasını istəyirdim. Amma bir dəfə da olsun Müsəlman ol demədim. Həyatımızdakı gözəlliyi görüncə o da hidayətə çatdı.

            -Yaxşı, Müsəlman olunca İslamın qadına baxışı haqqında görüşlərin dəyişdimi?

İslamın gözəlliyini gördükcə, biz qadınların nə qədər önəmli olduğunu anladım. Sanki Müsəlman olmadan əvvəl cəmiyyət bizdən istifadə edirmiş. Qadın yalnız kişinin duyğularını təmin edirmiş. Amma İslamla qadın dəyər tapır. Cəmiyyətdə bir yer sahibi olur.   

           - Hər insanın bir hidayət hekayəsi vardır. Bəzən bu hidayət hekayələri başqalarının hidayətinə vəsilə olar. Bu hekayənizin də nə qədər axtarışlar içərisində olan insanlığa bir vəsilə olub, işıq tutması duası ilə. Qiymətli vaxtınızdan ayırdığınız üçün çox təşəkkür edirik.

            - Mən də təşəkkür edirəm. Ayrıca mənə əməyi keçən Xudayili qardaşlarıma salamlarımı çatdırsanız məmnun olaram.        

 

 

 


Xədicə Şahin
Bu yazıya 1092 dəfə baxılıb.