Boxça içində ət və kartof


Bizim AİLƏ
Bu yazıya 1324 dəfə baxılıb.

Tərkibi:

Xəmir üçün:

250 qr.yağ

2 st.qatıq

2 yumurta

1 ç.q.soda

1ç.q.duz

6 stəkan  un(təxminən)

 

 

 

İçlik:

 

700-800 qr çəkilmiş ət

6-7 ədəd kartof

4 ədəd soğan

duz,istiot,dəfnə yarpağı.

 

Hazırlanması.

İlk öncə 2 stəkan unun üzərinə yağı rəndədən keçirdib əlimizlə umac halına gətiririk.

Sonra yumurta,qatıq,duz,və soda əlavə edib qaşıqla qarışdırırıq.

Sonra yerdə qalan unu yavaş-yavaş əlavə edib yumuşaq xəmir yoğururuq.Hazır xəmirin üzərini örtüb bir kənara istirahət üçün qoyuruq.

İndi isə içliyi hazırlayaq.Kartof xıra-xırda doğranılır,və suda bir az gözlədilir.

Soğan da xırda doğranılır.

Ət,soğan,kartof,duz,istiot hamısı birlikdə qatışdırılır.İçliyimiz hazırdı.

İndi isə xəmiri kündələrə bölüb bir kənarda bir az gözlədirik

Kündəmizi açıb ortasına 1 xörək qaşığı iç qoyub ortası deşik qalmaq şərti ilə kənarlarını şəkildə göründüyü kimi bükürük.

Listə düzüb 180 dərcədə35-40 dəqiqə bişirilir.

Bişməyə 5 dəqiqə qalmış  6ədəd dəfnə yarpağının üzərinə bir az qaynar su tökürük və hər boğçanın içərisinə, yəni ətin üzərinə 1 xörək qaşığı su tökülür və yenidən sobaya qoyulur.

Budur artıq hazırdı.

Nuş olsun!!!


Bizim AİLƏ
Bu yazıya 1324 dəfə baxılıb.