Ev üsulu Toyuq dönəri


Bizim AİLƏ
Bu yazıya 1035 dəfə baxılıb.

Ərzaqlar:

1 dənə toyuğun döş əti

 duz, qara bibər, qırmızı bibər, duru yağ, kəklikotu - zövqə görə

Hazırlanması:

Toyuğun döş ətini incə şəkildə kəsib fileto halına gətiririk. Kəklikotu, qara bibər, qırmızı bibər, duz və duru yağla hazırladığımız qarışıma əlavə edirik. Əlavə edilən toyuqları üst-üstə qoyub rulet formasında bükürük və bir az sərtləşməsi üçün buzluqda saxlayırıq. Buzluqda sərtləşən toyuq ruletini incə-incə kəsirik və bir az yağlı tavada bişirib servis edirik. Nuş olsun…

 


Bizim AİLƏ
Bu yazıya 1035 dəfə baxılıb.