Ona sonsuz möhtacıq..!


Nimet Çinar
Bu yazıya 914 dəfə baxılıb.

Yaxşı bir rəssam çəkdiyi rəsimlərin gözəlliyindən, yaxşı bir şair sözləri işlətmək bacarığından anlaşılar. Belə ki, bir müəllimin uğuru yetiştirdiyi tələbəsindən, bir dülgərin uğuru isə hazırladığı əşyalardan bəlli olar. Yəni bir kimsənin ustalığı əsərinə baxaraq bilinər. Kainatdakı ən böyük sənət möcüzəsi olan insanın yaradılışındakı mükəmməlliyə baxarkən, onu Yaradanın böyüklüyünü, qüdrətini və əzamətini heyrətlə müşahidə edirik. Rəbbimiz insanı elə mükəmməl bir surətdə yaratmışdır ki, ən kiçik bir üzvün işləməsindəki ahəng və uyğunluq belə Onun ucalığını idrak etməyə kifayət edər. Bu qədər dəqiq, həm də bir-birinə uyğun olaraq yaratmaq ancaq bütün nöqsanlardan uzaq olan Allah Təalaya məxsus ola bilər. Rəbbimiz ayəti-kərimədə “Biz insanı ən gözəl şəkildə yaratdıq”, (Tin surəsi, 4) buyuraraq bu həqiqəti bir daha vurğulayır.

      İnsan maddi və mənəvi olaraq mükəmməl bir şəkildə yaradılmışdır. Həyatımızda olan və bizim adi bir şey kimi qəbul etdiyimiz elə çox lütf var ki, bunlardan bir dənəsi belə əksik olsa naratçılığımız pozular. Halbuki, insan, bunu heç fərq etmədən yaşayır. Əlimizdə kiçik bir kəsik olsa bütün canımız oradadır ya da, məsələn, dişimiz ağrısa gecələr yuxusuz qalarıq, əhvalımız pisləşər. Bax, o zaman anlayarıq ki, bizi mükəmməl yaradan Allahdır.

İnsanoğlunun başından ayağına qədər bütün orqanları, yaradıldıqları andan etibarən onlara verilən vəzifəni yerinə yetirirlər. Heç birimiz ürəyimizə döyünməsi üçün yardım etmirik, hətta qəlbin atışını fərq belə etmərik. Yeməkdən sonra heç kim mədəsinə, həzmə başlaması üçün xəbər göndərmir. Çox qısa saniyələrdə gözümüzdən beynimizə tərs olaraq gedən görüntülər beyində düzəlir, təsdiqlənir və biz görmüş oluruq. Bu baxdığımız hər bir şey üçün ayrıca baş verir və biz bunun xüsusiyyətlərini heç bilmirik. Gülümsəyərkən üzümüzdə işləyən əzələlərimizdən xəbərimiz yoxdur. Burada bir qismini sadaladığımız bu vəzifələrin birini belə insanın işlətdiyi yüzlərcə fabrik bir yerə yığışsa edə bilərmi? Şüphəsiz, bu acizliyi ən yaxşı anlayanlar bu lütflərin bəzilərindən məhrum olanlardır. Başqa cür mümkün olsaydı əgər, heç kim bir orqan köçürülməsi üçün illərlə gözləməzdi.  

Yaxşı, əsas etibarilə bir yağ təbəqəsi olan gözümüz bütün rəngləri necə ayırd edə bilir? Bir ət parçası olan dilimiz qidaların turş, acı, şirin, ya da duzlu olduğunu necə hiss edə bilir? Qulaqlarımız müəyyən məsafələr arasındakı səsləri qəbul etməli olduqlarını necə müəyyənləşdirə bilir? Hər şeyə gücü yetən Rəbbimiz bizlərə; heç bir qarşılıq ödəmədən saya bilməyəcəyimiz qədər lütflər bəxş etmişdir. Bunun qarşılığında isə “Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım” (Zariyat surəsi, 56), buyuraraq bizdən ibadət və qulluq gözləyir.  “…Əgər şükür edərsəniz, əlbəttə, sizə (nemətimi) artıracam və əgər nankorluq edərsəniz heç şüphəsiz, əzabım çok şiddətlidir...” (İbrahim surəsi, 7) buyuraraq şükür etməyimizi, nankorluq edərək qəzəbını cəlb etməməyimizi istəyir.

Halbuki, bu böyük kainatda milyonlarla qalaktika içərisində, milyardlarla ulduz və planetdən biri olan Dünyada, milyardlarla insandan biri olan insan, bütün acizliyinə və zəifliyinə baxmayaraq Rəbbinə qarşı nankor ola bilir, kibirlənir, kobudlaşır və başqalarını özündən aşağıda görür. Bu qədər neməti ona kimin verdiyini unudur. İnsan əslini, haradan gəldiyini, haraya gedəcəyini unudur. İnfitar surəsinin 6-8-ci ayələrində "Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi", buyrularaq insanın bu qəflətinə diqqət çəkilir.     

 

Halbuki, biz Allah izin verməsə bir barmağımızı belə tərpədə bilmərik. Aldığımız bir nəfəsi verə bilmək üçün belə Ona möhtacıq. Qəflətimizin acizlik hissimizə qalib gəldiyi axır zamanda, bu ayələri tez-tez oxumalı və verən kim, alan kim, möhtac olan kim, comərd kim, nəfsimizə xatırlatmalıyıq: “Ey insanlar! Allaha möhtac olan sizsiniz. Zəngin və öyünməyə layiq olan Odur. Allah istərsə sizi yox edər və yerinizə yeni bir xalq gətirər. Bu da Allah üçün çətin bir şey deyildir” (Fatır surəsi, 15-17).

Biz Ona sonsuz möhtacıq..

Sonsuz şükür borcluyuq…

Xatırladan Allaha həmd olsun..  


Nimet Çinar
Bu yazıya 914 dəfə baxılıb.