Banan


Kəmalə Hüseynova
Bu yazıya 2112 dəfə baxılıb.

Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana “xidmət edir”. Banan tingəsini Güney Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır.

Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Sən demə, onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Amma bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan “cırtdan” banan çox dadlı sayılır.

Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki növə ayrılır: şirin və nişastalı. Birinci çiy halda yeyilir, yetərincə bərk olan ikincisi isə tamına görə kartofu xatırladır. O, qızardılır, balıq və ət xörəklərində istifadə edilir. Bir çox ölkələrdə banan yarpağından boşqab kimi istifadə olunur.

Ürək xəstəliyi olan adam hansı üsullara əl atmalıdır ki, xoşagəlməz dəqiqələr onun sağlamlığına ziyan vurmadan ötüşsün? Əksər mütəxəssislər hesab edirlər ki, əlverişsiz günlərdə qida payına bir neçə banan əlavə olunmalıdır, çünki onun tərkibində orqanizm üçün faydalı olan kalium və stressdən qoruyan bioloji fəal maddələr var. Məhz kalium çatışmazlığı tez-tez ürəyin ritminin pozulmasına səbəb olur. Bananın faydaları saymaqla bitmir. Bunlardan bəzilərinə nəzər yetirək:

  • Banan qanda hemoqlobinin yaranmasına səbəb olur və anemiyanı müalicə edir.
  • Bağırsaqların fəaliyyətini normaya salır.
  • Yeməkarası banan yeməklə gümrahlığı təmin etmək olar.
  • Depresiyada olan insanların banan yeməsi məsləhətdir.
  • Ürək döyüntülərini normallaşdırır.
  • Siqareti atmağa kömək edir.
  • Bədənin temperaturunu tənzimləyir.
  • B vitaminli banan əsəbləri sakitləşdirir.
  • Banan qaraciyər xəstəliklərini müalicə edir.
  • Əzələlərin çəkisini artırır.
  • Banandan hazırlanan maskalar dəri üçün effektlidir.
  • Banan yeməklə iştahanı bərpa etmək olar.
  • Bananın hər 100 qramında 90 kkal enerji var.
  • Aclığı aradan qaldırmaq üçün banan yemək məsləhətdir.
  • Banan şagird və tələbələrin əqli keyfiyyətlərinin yaxşılaşmasında mühüm rol oynayır.
  • Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq.
  • Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir. Banan yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar. Banandan hazırlanmış maskalar hər cür dəriyə faydalıdır.

Südlə birlikdə yeyilən banan bədənə bol dəmir, kalsium və vitamin verir.  Banan bol  vitaminləri ilə sinir zəifliyini, sinir və beyin yorğunluğunu aradan qaldırır. Bədənlə və xüsusilə zehnən çalışanlara banan çox faydalıdır. Sinir narahatlığı olanalar: Hər gün iki yemək arası saatlarda,1 banan yeməli və buna 8-10 gün davam etməlidir.

Banan xüsusilə mədəyə çox faydalıdır. Mədəni gücləndirər və qoruyur. Xora və qastrit narahatlığı olanlara çox yaxşı gəlir. Qandakı xolesterol nisbətini salan banan, ürək və damar xəstəliklərinə qarşı qoruyucudur. Stressi azaldır və təzyiqi salır. Banan qəbizliyə, yetkin və şirin banan isə ishala yaxşı təsir edir. Öskürəyə və sinə ağrılarına yaxşı gəlir.

Banan, şokolad kimi təsir göstərir. Qısa müddət də olsa xoşbəxtlik verir, yuxu gətirir. Banan yemək sizi həqiqətən xoşbəxt edər. Bunun səbəbi serotonin adlı təbii kimyəvi maddənin sekresiyalanmasına dəstək olmasıdır.

Bir araşdırma, həftədə dörd banan yeyənlərin böyrək xərçəngi riskinin yarı yarıya düşdüyünü, bir başqa araşdırma da B6 vitamini ilə zəngin qidalanma qalın bağırsaq və rektum xərçəngi ehtimalını haradasa 25%-ə yaxın bir nisbətdə azaltdığını göstərir. Bu səbəblə stresə qarşı banan düsturu son dərəcə məntiqli və təsirli bir müalicədir. Səhərlə günorta arası yediyiniz bir bananla daha keyfli, sakit və stressiz bir gün keçirəcəyinizə əmin ola bilərsiniz. Yuxusuzluğa ən böyük dərmandır.

Qurani-Kərimdə əl-Vaqiə surəsi 29-cu ayədə: “meyvələri salxım-salxım asılmış banan ağaclarından”  bəhs edilir. Bəzi görüşlərə görə bu ağacın “banana bənzəyən baldan da şirin bir cənnət meyvəsi” olduğu bildirilmişdir. Ayədə “Talhin məndud” adı ilə keçən bu meyvə ağacı bir çox müfəssirlərin fikrinə görə “banan ağacı” deməkdir. 

.

Banan kokteyli.

 Ərzaqlar:

1 banan (200-250 q)

100 q dondurma

150 ml süd

Hazlırlanma qaydası:

Əvvəlcə qeyd edək ki, bu məhsullardan 2 nəfərlik kokteyl hazırlamaq olar.

Bananı təmizləyib, iri hissələrə bölün. Dondurmanı və südü əlavə edin. Mikser və ya blenderlə qarışdırın.

Qeyd: İstəyən içinə 1 az mürəbbə şirəsi qata bilər. Dadını və rəngini fərqli etmək üçün. 

NUŞ OLSUN!

 

Bananlı kek.

Hazırlanması:             

1 ədəd banan

200 qr. marqarin ya da kərə yağı

3 yumurta

3 stəkan un

Yarım stəkan kişmiş

Yarım stəkan döyülmüş qoz

1 stəkan şəkər tozu

1 paket qabarma tozu

1 stəkan süd

 

             

Hazırlanması:

Yumurtaların ağları ilə sarıları bir-birindən ayrılır. Mikserlə bir çimdik duz atılmış yumurta ağları qar halına gələnə qədər çırpılır.

Yumurtanın sarılarına şəkər əlavə edilib, hardasa 7-8 dəqiqə çırpılır. Çırpılmış sarıların üzərinə süd, əridilmiş marqarin və incə doğranmış banan əlavə olunur.

Ən son qar halına gəlmiş yumurta ağı, taxta bir qaşıqla, yavaş-yavaş bu qarışıma əlavə olunur. Yağlanmış uzun bir keks qəlibinə tökülür. 175 dərəcəyədək qızdırılmış sobada 60 dəqiqə bişirilir. Nuş olsun!

Qurani-Kərimdə əl-Vaqiə surəsi 29-cu ayədə: “meyvələri salxım-salxım asılmış banan ağaclarından”  bəhs edilir. Bəzi görüşlərə görə bu ağacın “banana bənzəyən baldan da şirin bir cənnət meyvəsi” olduğu bildirilmişdir. Ayədə “Talhin məndud” adı ilə keçən bu meyvə ağacı bir çox müfəssirlərin fikrinə görə “banan ağacı” deməkdir. 

.

 

 

 


Kəmalə Hüseynova
Bu yazıya 2112 dəfə baxılıb.