Balqabaq Şorbasi


Bizim Ailədən
Bu yazıya 993 dəfə baxılıb.

Ərzaqlar:

1kg. balqabaq

1ədəd quru soğan

2 diş sarımsağ

1 ədəd kök

1 y.q. un

1 silme çay kaşığı zerdeçal

2 su ət suyu

1 ədəd dəfnə yarpağı

1 y.q. kərə yağı  çox az zeytun yağı

Duz, qarabibər istəyə görə nanə vəya şüyüd

 

Hazırlanması:

Qazana yağı və xırda doğranmış soğanları əlavə edib azca qızardırıq. Iri doğranmış balqabağı, kökü,  sarımsağı və dəfnə yarpağını əlavə edirik. Bir az qızartdıqdan sonra unu səpirik. 

Bir iki dəfə qarışdırdıqdan sonra ət suyunu və üzərinə iki barmaq çıxacaq qədər su tökürük.

Duzunu  və zerdeçalını töküb bişməyə qoyuruq. Balqabaq və kök bişəndə qara bibərini tökürük.

Sonra blendrdən keçiririk  qızarmış çörəklə servis edə bilərsiz. Nuş olsun.


Bizim Ailədən
Bu yazıya 993 dəfə baxılıb.