Qızartma salat


Bizim AİLƏ
Bu yazıya 1020 dəfə baxılıb.

Lazım olan ərzaqlar:  

Toyuq filesi

Kök

 Qırmızı bibər

 Turşu xiyar

 Kartof

 Mayonez

 Duz

 İstiot

 Duru yağ

Hazırlanması:

Toyuq filesini doğrayırıq.

Bibəri və kökü az yağda ayrı-ayrılıqda qızardırıq. Azca qızardıqdan sonra toyuq ətinin üzərinə əlavə edirik.

Turşu xiyar, duz, istiot və mayonez əlavə edib qarışdırırıq.  

Kartofdan püre hazırlayıb, duz, istiot və mayonez əlavə edirik. Püreni salat qabına yayırıq,ikinci qata salatı əlavə edirik.

Üzərinə yenə püre çəkib istədiyiniz kimi bəzəyə bilərsiniz.

Nuş olsun!


Bizim AİLƏ
Bu yazıya 1020 dəfə baxılıb.