Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN


Aygün Məmmədzadə
Bu yazıya 1809 dəfə baxılıb.

Allah-Təala Qurani-Kərimdə insanların ibrət və örnək almaları üçün Peyğəmbərlərin qissələrinə yer verir. Buna görə də hər bir peyğəmbərin, o cümlədən öncəki ümmətlərin qissəsində fərqli yol işarələri, həyat dərsləri ilə qarşılaşırıq. Loğman (ə.s)-ın peyğəmbər, yoxsa əməlisaleh bir insan olması ilə bağlı müxtəlif fikirlər vardır. Ən başlıcası isə Quranda yer alan Loğman surəsində Allah-Təala bir atanın oğluna nəsihətlərini diqqətimizə çatdıraraq övladlarımızı tərbiyə edərkən hansı üsullardan istifadə edəcəyimizi, eyni zamanda uşaqların tərbiyəsində əhəmiyyətli xüsusları göstərməkdədir. Onlara nə cür xitab edəcəyimizi açıq-aydın öyrətməkdədir.

Həzrət Loğman  elm və hikmətiylə dillərə dastan olmuş bir şəxsdir. Buna görə də ona Loğman Həkim deyilmişdir. Islam tarixində Həzrət Loğmanın hikmətli sözləri, öyüd-nəsihətləri, tövsiyələri məşhurdur. Hz. Loğman Quranın üç yerində müxtəlif mövzularda oğluna nəsihət edərkən ona “Ey oğlum” deyə xitab edir. Bu, bir atanın oğluna bəslədiyi sevgi və şəfqəti göstərmək üçün ən gözəl sözdür. Təəssüf ki, bu gün cəmiyyətimizə baxdıqda bir çox ataların belə olmadığının şahidi oluruq. Təəssüflər olsun ki, zəmanəmizdə müxtəlif səbəb və bəhanələrlə övladlarına vaxt ayıra bilməyən valideynlər artmışdır. Halbuki onlar bizim gələcəyimiz, dünya və axirət səadətimizdir. Məhz bu baxımdan Loğman (ə.s)-ın oğluna verdiyi nəsihət və öyüdlər hər bir valideynin uşaq tərbiyəsində əsas düsturu olmalıdır. Atalarımız övlad tərbiyəsi barədə “ağac yaş ikən əyilər” -deyiblər. Övladlarımızın şəxsiyyət və xarakterini formalaşdıran da məhz  kiçik yaşlarında onlara verdiyimiz təlim-tərbiyədir.

Hafs bin Ömərin rəvayətinə görə  Hz. Loğman yanına bir torba xardal toxumu qoyaraq oğluna nəsihət verməyə başlayır. Hər nəsihət verdikcə torbadan bir xardal çıxardır sonda torbadakı xardal qurtarır və oğluna belə deyir:

“Ey oğul, sənə o qədər öyüd verdim ki, əgər bu öyüdlər bir dağa verilsəydi dağ yarılardı.”

Tarix kitablarında Hz. Loğmanın Saran adlı oğlunun atasından aldığı bütün öyüdlərə əməl etdiyi qeyd olunmuşdur. Burada görürük ki, Həzrət Loğman bir ata olaraq heç bezmədən, usanmadan oğlunu tərbiyə etmişdir. Çünki o bilirdi ki, övlad Allahın əmanətidir. Onun maddi ehtiyaclarını təmin etdiyi qədər mənəvi ehtiyaclarını da təmin etməlidir. Halbuki bu gün maddi zənginlik içində üzdüyü halda mənəvi böhran səbəbiylə cəmiyyətin üz qarasına çevrilən yüzlərlə, minlərlə gənc gələcəyimizi təhdid etdiyini görürük. Atalar Həzrət Loğman kimi olsalar yəqin ki, bu kimi mənfi hallar baş verməz. Sözü çox uzatmadan gəlin, Həzrət Loğmanın Qurani-Kərimdə yer alan oğluna nəsihətlərinə birlikdə nəzər salaq:

“Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”

“Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!”

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!”

Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 13-19)

Bu nəsihətlərdə bir insanın ilk növbədə Yaradanla əlaqəsinin necə olacağı, cəmiyyət qarşsında öhdəlikləri və əxlaq prinsipləri ən başlıca bəndləri ilə ortaya qoyulmuşdur. Gəlin biz də buradan özümüzə ibrət götürərək övlad tərbiyəsində həmin xüsuslara riayət edək. Yeri gəlmişkən bu yaxınlarda oxuduğum qısa bir hekayəciyi də buradan sizinlə paylaşmaq istəyirəm.

Müəllim tələbəsindən soruşur:

“Eşşəyin neçə ayağı var?”

Tələbə dərhal cavab verir:

“İki...”

Müəllim təəccüblənir və təkrar soruşur:

“Niyə iki? Məgər bilmirsən eşşəyin dörd ayağı olur?”

Tələbə bütün ataları düşündürəcək bu ibrətli cavabı verdi:

“Müəllim, atam mənə həmişə “Eşşək oğlum” deyir. Mən ikiayaqlı olduğuma görə eşşək də ikiayaqlıdır”.

Loğman (ə.s)-ın oğluna verdiyi nəsihətlərindən ən önəmli dərs bir atanın övladlarıyla “danışıq tərzi”dir. Allah Loğman (ə.s) vasitəsilə bütün atalara “Övladınıza xoş dillə xitab edin” -deyir. “Atamdan görmədim” deyənlər atalarını deyil Hz. Loğman (ə.s) örnək alsınlar.”


Aygün Məmmədzadə
Bu yazıya 1809 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xocalı yurdum, yuvam, anam, Vətənimdir.
  • Günəş ulduz kimi
  • Yaşıl mərcili əriştə supu
  • Asan türk ev paxlavası
  • Gəncliyə yardım fondunda sertifikat mərasimi
  • Bakıda mövlana işığına toplaşdılar
  • Bananlı karamelli kek
  • Kartoflu muffin
  • MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ
  • İspanaq Yeməyi
  • HƏR YERDƏ İLAHİ KAMERALAR
  • Toyuq sosiskası,Xarço Şorbası
  • Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)
  • Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR
  • Şeytana Qalib Gəlməyin Yolu
  • Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm
  • Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir
  • Hz. Zeynəbin Emalatxanası
  • İki Qanadlı Təhsil
  • Onu Anarkən
  • Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN
  • Göbələkli salat
  • Toyuqlu boxça
  • Manna yarmalı tort
  • Yardımlaşmanın fəziləti
  • Ölüm Haqdır
  • Ananaslı keks
  • Yaşıl mərcili makaron salatı
  • Çolpalı Şorbalı Xəngəl
  • Sadə Rulet
  • İçlikli Kartof Topları
  • Pomidor Qəlyanaltısı
  • Aşura
  • Tərəvəzli Gül Kələmi Şorbası
  • Ləzzətli Yuvalar
  • Brovni Keksi
  • Məhərrəm Ayı
  • Təqvimin Tarixi
  • Gavalı Salatı
  • Qurudulmuş Ətli Sürhüllü
  • Buxarda Toyuq Ruleti
  • Donut
  • Ən Gözəl Adlar "O"nundur
  • Əncirli Qozlu Qurabiyə
  • Ev Şəraitində Lülə Kabab
  • Olivye Salatı
  • Toyuq Xəngəli
  • Ər-Rahman, Ər Rəhim
  • İspanaqlı, Qaymaqlı Börək
  • Dadlı Qurabiyə
  • Tezbazar Kök Salatı
  • Arzuman Küftəsi
  • Əl-Məlik, Əl-Quddüs
  • Kumpir
  • Albalılı Parfe
  • Quru Çörək Şirniyyatı
  • Halva
  • Əs-Salam, Əl-Mümin
  • Çaylı keks
  • Sevimli üzlər (uşaq yeməyi)
  • Üzüm Salatı
  • Sobada badımcan börəyi
  • Əl-Muhəymin, Əl-Əziz
  • Midya Şirniyyatı
  • Mərcimək küftəsi
  • Üç rəngli börək
  • Sulu küftə
  • Əl-Cabbar, Əl-Mütəkkəbir
  • Qatıqlı buğda şorbası
  • Kartof pizzası
  • Toyuq ətindən göbələk salatı
  • Ərik cemli piroq
  • Əl-Xaliq, Əl-Bari
  • Ətli Ərzurum şorbası
  • Ətli qat-qat
  • Xanım kaprizi salatı
  • Qozlu piroq
  • Əl-Musavvir, Əl-Ğaffar
  • Omlet kekslər
  • Balqabaqlı, isbanaqlı tort
  • Mərciməkli, küftəli şorba
  • Ətli keks
  • Əl - Qahhar
  • Mövlana və Məsnəvisi
  • Göbələkli kartof damlası ilə şorba
  • Ağlayan kek
  • Tərəvəzli kartof salatı
  • Əl-Fəttah
  • Təbriz Küftəsi
  • Kartoflu Kroket
  • Rulet salatı
  • Kartoflu-pendirli zapekanka
  • Kəsmikli pendirli xaçapuri
  • Portağallı Lokum
  • Əl-Qabid
  • Ətli salat
  • Soğan dolması
  • Göbələkli, kartoflu piroq
  • Qozlu qurabiyə
  • Əl-Basit
  • Xallı toyuq salatı
  • Toyuq ruleti
  • Urfa kababı
  • Qat-qat bükmə
  • Kartof ruleti salatı
  • Beşamel souslu sobada vermişel
  • Plovlu toyuq dolması
  • Qurabiyə
  • Ər-Rafi
  • Əl-Muzil
  • Almalı qurabiyə
  • Toyuq supu
  • Tərs Dolma
  • Saxsıda küftə
  • Qələm qabı
  • Əs-Səmi