Dövrümüzün vəbası – Süd vəzisi xərçəngi


Vüqarə Məmmədova
Bu yazıya 1446 dəfə baxılıb.

Bu xəstəlik nadan «dost» kimidir. Daim sənin içində olur, səninlə yaşayır və heç gözləmədiyin anda sənə elə bir zərbə vurur ki, nə olduğunu belə  anlamağa macal tapmırsan.

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, idarə edilməz şəkildə çoxalmalarıdır. Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə metastaz deyilir.

Süd vəzisi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox yavaş inkişaf edirlər. Bu səbəbdən illik davamlı müayinələr erkən diaqnoz və müalicə deməkdir; yəni həyatınızı qurtara bilər.

SÜD VƏZİSİ XƏRÇƏNGİNİN SİMPTOMLARI NƏLƏRDİR ?

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Bu vəziyyətdə müalicənin nəticələri çox müvəffəqiyyətli olur. Bundan başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya geldi isə,  ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir..

Süd vəzisi ucu axıntısı

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması

Dəridəki simptomlar

SÜD VƏZISI MÜALİCƏSİNİN DİAQNOSTİKASI

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir.

DƏYİŞDİRİLMƏSİ MÜMKÜN OLMAYAN RİSK FAKTORLARI

Cinsi: Süd vəzisi xərçəngi üçün əsas risk faktoru qadın olmaqdır. Kişilərdə də rastlanır, amma qadınlarda kişilərə nisbətən 100 qat daha çoxdur.

Yaşlanma

İrsi risk faktorları

Aybaşı dövrləri

Heç uşaq sahibi olmamaq və ya gec uşaq sahibi olmaq

Kontraseptiv dərmanlar

Əmizdirmə müddəti: Bəzi araşdırmalar, xüsusilə də 1.5-2 il əmizdirən analarda süd vəzisi xərçəngi riskinin daha az olduğunu göstərir.

Köklük

Fiziki aktivliyin azlığı

 

Süd Vəzisi Xərçənginin Müalicəsi

Süd vəzisi xərçəngi üçün müxtəlif müalicə texnikaları var.

1-Cərrahi müalicə

2-Radioloji terapiya ( Şüa müalicəsi )

3-Xemoterapiya ( Dərman müalicəsi )

4-Hormonoterapiya (Hormon müalicəsi

Bəzən süd vəzisinin tamamilə alınması lazım gələ bilər. Aşağıdakı hallarda mastektomiya əməliyyatı daha uyğundur.

Kütlə böyük, süd vəzisi kiçik olduğu zaman,

Kütlə süd vəzisinin tam ortasındadırsa,

Xərçəng hüceyrələri süd vəzisində birdən çox yerdədirsə,

Radioterapiya imkanı yoxdursa,

Süd vəzisi toxumasında DCIS sahələri tapıldığı zaman.


Vüqarə Məmmədova
Bu yazıya 1446 dəfə baxılıb.