Bol məhsullu mövsümümüz bərəkətli olsun!


Məryəm Dəmir
Bu yazıya 770 dəfə baxılıb.

Ramazan fərqli üfüqlərin açıldığı, fərqli pəncərələrdən baxıldığı, fərqli rənglərin göründüyü bir ay dilimidir….

Hər mövsümdə başqa bir Ramazan təfəkkürü …..

Hər mövsümdə başqa bir Ramanan sevinci…..

Hər mövsümdə başqa bir Ramazan coşğusu mövcuddur…

O coşğunu insan kəsib öz hayatına kopyalamalıdır. Bir sonrakı nəsillərə köçürə bilmək üçün….

Yaşlılar həmişə deyər “Ah o əvvəlki Ramazanlar”… Mən qatılmıram bu terminə, insan hər anı qiymətləndirməlidir. Mən bu Ramazan özüm və ətrafım üçün daha dəyişik olan necə bir Ramazan qura bilərəm deyə …

Uşaqlarım, ailəm, dostlarım üçün necə bir mühit meydana gətirə bilərəm deyə….

Cavab yazını oxuyarkən hər kəsin zehinində canlanacaq…

Ramazan təfəkkürü demişkən söyləyəcək çox söz var, məsələn :

·Oruc tutana Yaradanımız tərəfindən fərqli bir həzz daddırılar, ataistlerin anlamadığı, oruc tutanın isə orucunu açdıqdan sonra fərqinə vardığı bir ləzzətdir bu… dünyalıq nemətlərlə izah edilə bilməyəcək bu hüzur, dinclik insana 11 ay yetər, ta ki o biri Ramazana qədər..

·İnsan ramazanda halsızlaşar, rəngi qaçar, amma aclıq hiss etməz. Sahura qalxmasa belə ən cəzbedici qoxular da onu pəncərəsinə çəkməz. Ramazan ayında möminin imanı ağlına dayan deyər…

· Oruc tutan kimsə qida əksikliyi hiss etməz, bədən gündəlik fəaliyyətinə eynilə davam edə bilər.

· Oruclu olduğumuz sırada maddələr mübadiləsi davam edir. Qida qəbul etmədiyimiz üçün bədənimiz öz maddəsini, toxumalarını və xüsusilə də yağlarını əridərək həzm edər. Ancaq bədənimiz bu işi necə gəldi etməz. Öncə xəstə, yaşlı və ölü olanları yox edər. Bu da bədənimizin gəncləşməsi, yenilənməsi, sanki təzə qana qovuşması deməkdir. Peyğəmbərimizin (s.ə.s.) "Oruc tut, sağlam ol" deməsi bu səbəbdəndir.

· Oruclu ikən beynimiz də ehtiyyat maddələri istifadə edərək fəaliyyətinə davam edər. İnsanın zehni tutumunda hər hansı bir nöqsan baş verməz. Əksinə gündəlik stresləri azaldığı üçün konsentrasiyası və düşünmə qabiliyyəti artar.

· Oruc, bədənimizi maddi artıqlardan təmizlədiyi kimi mənliyimizi də mənəvi çirklərdən təmizləyər, paklaşdırar.

Mənəvi yüksəlişini hiss edə bilən insan hüzurlu və xoşbəxt olar… Ramazanda kimsəyə sataşamaq olmaz, özünə sataşılarsa nə cavab verəcəyini əsrlər əvvəl Rəsulullah (s.ə.s.) buyurur: "Oruc tutmağa başladınızmı, oruclu olan kimsə pis söz söyləməsin, qışqırıb çağırmasın! Biri ona

söysə, yaxud qışqırıb bağırsa, yalnız, ‘Mən orucluyam!' desin. Və savabını Allahdan gözləsin". (Buxari)

Bu hüzur iqlimində olarkən, uzun yay günlərini, isti havaları, yığacağımız pomidorları, fındıqları düşünməyək…

Əsl yığım mövsümü savabları topladığımız zamandır..

Dünyalıq məhsullar dünyada qalar..

Axirətə hazırlayacağımız 1000 aydan xeyirli Qədir gecəsi əsl yığım mövsümündə gizlidir..

11 ayın SULTANI RAMAZANDA GİZLİDİR…

MƏHSULUNUZ BOL OLSUN..


Məryəm Dəmir
Bu yazıya 770 dəfə baxılıb.