Onun Kəşfi


Gülnarə Seyidova
Bu yazıya 1498 dəfə baxılıb.

Bu gün onsuz ev olmaz dediyimiz alətlərdən olan televizorun tarixi, təxminən 90 il əvvəl, Şotlandiyalı ixtiraçı John Logie Bairdin kəşfiylə başladı. Baird, 21-ci əsrdə insanları saatlarla qarşısında oturda bilən televizorun atası idi. Kəşfə marağı uşaq yalarda başlayan Baird, 12 yaşında, evinin arxa bağçasında neftlə işləyən generatordan əldə edilən elektriklə bütün evi işıqlandırırdı. Bu ev şəhərdə axşamlar işıqlandırılan tək ev idi. Elektrik mövzusundakı marağı gün keçdikcə artan Baird, evində bir telefon qəbuledici quraraq çöldəki yoldaşlarıyla danışa bilirdi.

Daha sonra "Televisor" deyə adlandırdığı, tikiş iynəsi, kəsilmiş karton və biskvit qutusundan ibarət olan qurğunu hazırlayaraq və yandan sifət görünüşünü meydana gətirdi. 25 İyun 1925ci ildə tarixin ilk televizor patentini alan Bairdin müvəffəqiyyəti qısa müddətdə böyük maraqla qarşılandı və “Televizor” adını verdiyi icadını ilk dəfə 26 Yanvar 1928-ci ildə Krallıq İnstitutunda tanıdır. Görünüşün elektron köçürmə sınaqları da nəticə verir və bundan bir il sonra ilk görünüş köçürülməsini reallaşdırmağı bacarır. Bununla da, 1929-cu ildə ilk televiziya stansiyasını hazırlayır və o dövr radio kimi fəaliyyət göstərən BBC ilə razılaşaraq televiziya verilişləri yayımlamağa başlayır. İlk etapda regional olaraq məhdud bir sahədə yayımlanan BBC, 1930-cu ildə Amerika və İngiltərədə rəsmi olaraq yayıma başlayır.

Daha sonraları televizorun elektromaqnit sistemi Philo Taylor Farnsvorth tərəfindən dəyişdirilərək indiki vaxtda istifadə edilən balonlu TV-lər halına gəlməsində böyük rol oynamışdır.

NECƏ İŞLƏYİR?

Televizorun təməl prinsipi işıq enerjisinin elektrik enerjisinə çevrildikdən sonra alınan elektromaqnit siqnalların təkrar işıq enerjisinə çevrilməsidir. İşıq enerjisi elektrik enerjisinə çevrilməsi fikri 1873-cü ildə selenium üzərinə işıq salındığında elektrik müqavimətinin dəyişdiyinin kəşf edilməsi ilə başlandı. Bu prinsipə görə selenium üzərinə parlaq işıq düşsə; siqnal qüvvətli, zəif işıq düşsə siqnal zəif olacaq. Genliyi dəyişən bu siqnal tərs əməliyyatla ekranda görünüş təşəkkül edir. TV bu baxımdan "uzaqdan görmə" mənasını verir. Televizor, bir işıqlı nöqtə əldə etmə əsasına söykənir. Nəql ediləcək görünüş, yüz minlərlə kvadratlara bölündükdən sonra, hər bir kvadrat, işıqlanmış nöqtələr kimi qəbul edilir. Bu nöqtələrdəki işıq şiddəti TV verici sistemində radio dalğalarını, dalğalar da TV alıcılarını yenidən işığa çevirir. Görünüşdəki kadrlar çox sürətli olduğu üçün, alıcı ekranlarında tək-tək işıqlı nöqtələr deyil, dəyişik işıqlıqda kadrların meydana gətirdiyi şəkillər müşahidə edilir.

Rəngli televiziya, bütün rəngləri yaşıl, mavi və qırmızının dəyişik nisbətlərdə qarışdırılması ilə əldə edilə biləcəyi gerçəyinə söykənir. Nəql ediləcək görünüş, yaşıla, maviyə və qırmızıya həssas olan üç ayrı kamera tərəfindən eyni

anda daranır. Əldə edilən üç ayrı elektromaqnit dalğa, alıcı sistemin ekranında, biri yaşıl biri mavi və biri qırmızı olan üç görünüşü üst-üstə salır və bu rənglərin qarışmasından, təbii rənglənmələr yenidən əldə edilir.

İndiki vaxtda olan balonlu televiziyaların hamısı CRT (Cathode Rels Tube: Katot Şüalı Balon) olaraq adlandırılan bir texnologiyaya malikdir. Bu ekranlarda görünüş meydana gətirmə sistemi yüz minlərlə lampanın bir araya gətirilməsi şəklində tərif edilə bilər. Çünki CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən meydana gəlmişdir. Bunlar piksel adlanır. Piksellerin hər biri ayrı şəkildə işıqlandırıldığından və hər biri fərqli rəng meydana gətirə bildiyindən, piksellerin müəyyən bir nizamda yanması görünüş meydana gəlməsinin qaynağıdır.

Ekran səthindəki fosfor təbəqəsinə çarpan elektronlar parlayaraq pikselleri işıqlandırır. Şüa dəstələri elektron tapançasından üç ana rəngdə yayılır. Bunlar "RGB Colors" olaraq bilinən Qırmızı, Yaşıl və Mavi rənglərdir. Bu rənglərin qarışığı ilə təbiətdəki bütün digər rənglər əldə edilir. Bu rənglərin 100 % nisbətində qarışığı ağ rəngi, heç işıq göndərilməməsi, yəni qaranlıq da qara rəngi meydana gətirir. Digər bütün rənglər isə, bu ana rənglərin dəyişik nisbətlərdə qarışığı ilə əldə edilir. Nəticədə, ana piksel, alt piksellerin birləşməsiylə yaranan rəngi əks etdirir və televiziya ekranında o rəng görünür. Bu hadisə çox yüksək sürətdə olub saniyədə minlərlə dəfə edildiyindən, alınan TV siqnalı ekranda gerçək zamanlı olaraq görünüş meydana gəlməsini mümkün edir.

Azərbaycanda TV-nin fəaliyyətə başlanması.

1956-cı il fevralın 14-də fəaliyyətə başlamışdır. Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı və telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər "Bakı studiyası"nın ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova göründü və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başladı. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi.

"Bakı studiyası" əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edildi. 70-ci illərdən etibarən "Azərbaycan Televiziyası"nın gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də "Bakı studiyası"nın ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. Proqram saatının artırılması, qabaqcıl

texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Azərbaycan SSR Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi.

TELEVİZORDAN ASILI OLMAQ

Televiziya asılılığı, insana mənəvi və psixoloji təsiri səbəbiylə onu izləyənin həyatında əhəmiyyətli bir yer tutmasını ifadə edən narahatlıqdır. Narkotik maddə, video oyunu, internet və qumar asılılığına bənzər bir təsir göstərir.

İnsanı televizor asılılığına yönəldən faktorlardan əsasən başqa asılılıqların (spirtli içki asılılığı kimi) və sosial-iqtisadi səbəblər də ola bilər. Boş vaxtın kifayət qədər qiymətləndirilə bilməməsi, pis bəslənmə, psixoloji problemlər televiziya asılılığına yönəldən ünsürlərdir.

Asılı kəslər ünsiyyət problemini televizor qarşısında nizamlamağa çalışır, bəzi insanlar isə depressiya və əsəblərini televizora yönəldirlər. Televizorun bəzən rahatlaşdırıcı təsiri bu vəziyyətə gətirib çıxardığı düşünülür.

Özlərini televizordan asılı görən insanların bu işdən daha çox sıxıldıqları, özlərinə nəzarət etmə qabiliyyətlərinin az olduğu və diqqətlərinin çox asan dağıldığı da müşahidə edilmişdir. İllərdir edilən müşahidələrin nəticələrinə görə, televizorla çox vaxt keçirənlərin, heç seyr etməyən ya da az seyr edənlərə nisbətdə cəmiyyət içinə daha az qarışdıqları, ictimai fəaliyyətlərinin az olduğu, çox ya da heç idman etmədikləri, həddindən artıq kök olmalarıdır.

TELEVİZOR İZLƏRKƏN

Televiziya, faydalı bir kütləvi informasiya vasitəsidir.

Televizor izləyərkən daha tez və asan öyrənirik.

Gəzib görmədiyimiz yerləri televizor sayəsində izləyirik.

Yarışma proqramları izləyərək biz də məlumatlarımızı yoxlaya bilirik

Televiziya insanlara xidmət etməlidir. Onları məhbus etməməlidir.

Televizor izləyərkən mümkün qədər uzaq məsafədən baxmağa çalışın.

Bir uşaq, televizoru uzun müddət izləyərsə zamanla gözləri zəifləyə bilər. Çünki; televizor işləyərkən zərərli şüalar xaric edir.

Uzun müddət televiziya izləyən və proqramı dəyişməyən uşaqlar üçün televizor psixoloji problemlər yaradır.

Televizor izləmədən əvvəl uşaqlar üçün hansı proqramların uyğun olub, olmaması dəqiqləşdirilməlidir.


Gülnarə Seyidova
Bu yazıya 1498 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.