Qurtuluş və Salavat


Xədicə Şahin
Bu yazıya 926 dəfə baxılıb.

Prof. Dr. Nevzat Tarhan "Psixoloji döyüş boz təbliğat" adlı kitabında belə bir hadisəni danışır:

Melanxolik depressiyası içərisində olan təxminən 60 yaşlı S. A. adlı bir kişi, heç bir şeydən zövq almır, özünü işə yaramayan dəyərsiz biri kimi hiss edir və nəticədə çox əziyyət çəkir. Evində tək başına olarkən bir qərar verir. Bu ağrılardan xilas olmağın tək və qısa yolu vardır, o da özünü öldürmək. Gicgahına silahı söykəyər, tetiğe basmaq üzrə ikən kiçik yaşlarından etibarən hər zaman vacib bir işə başlamazdan əvvəl etdiyi şeyi edər və salavat çəkməyə başlayar. 0 anda birdən "aman Allahım mən nə edirəm, intihar sənə qarşı gəlməkdir" deyər və canına qıymaqdan son anda imtina edər.

Bu hadisədə görüldüyü kimi zərbə və ya şok kimi anlarda insanın içindəki enerji xaricə əks olunur. Bu şəxsin əməli yaxşı və ya pis, az və ya çox onu bilmərik amma tək bildiyimiz şey içindəki enerjinin salavat ilə dolu olmasıdır.

İnsanda bir şüur birdə şüuraltı vardır. Psixoloqlar bunu buz dağına bənzədirlər. Buz dağının görünən qismi şüur, altında qalan və görünməyən qismi isə şüuraltıdır. Çəkilən şəkillərə baxınca buz dağının görülməyən qismi görülən qismindən qat-qat çoxdur. Deməli, şüuraltımız həyatımızın çoxunu əhatə edir.

Cozef Murphy "Şüuraltınız sizin böyük qaranlıq otağınızdır. Çöldəki həyatınızın inkişaf etdiyi gizli yerdir. Şüuraltınızı, yaxşı ya da pis bütün toxumların cücərib səpiləcəyi zəngin bir torpaq yatağı olaraq düşünün. Tikanlı bitki əksəniz, üzüm yığa bilərsinizmi?"

Buna görə bir insan həyatında ruhuna heç zikir ağacını, salavat gülünü əkmədisə necə olar ki, əzraillə karşilaştığı ən böyük şok halında dilindən "La ilahə illəllah" zikrinin meyvə verməsini gözləyər.

Mustafa Veyiszadə müəllim hüzuruna gələn şagirdlərinə salavat gətirmələrini nəsihət verər və unutmamaları üçün də kodlaşdırmalar edər "balam, hər məscidin yanından keçərkən salavat gətir " deyərmiş. Məscid və salavat o uşaq üçün inteqrasiya olunur, şüuraltına yerləşir. Məscidi gördüyü an salavat gətirməsi kodlaşdırılır və ömürünün sonuna qədər silinmədən davam edir.

İnsan beyni daha ana rəhmində qeyd etməyə başlayır və bu onun həyatının sonuna qədər davam edir. Ana qarnında qeyd etməyə başlayan dünyanın ən mükəmməl qeyd cihazları olan uşaqlarımızın yaddaş kartlarını salavatlarla, sözü tövhidlərləmi yoxsa popçular və topçularlamı doldururuq bir düşünək. Peyğəmbər (s.a.s.) hədisi şərifdə; "Uşaqlarınıza ilk söz olaraq "la ilahə illəllah" sözünü dedirdin"(Hakim-Müstədrək) Başqa bir hədisdə "kimin son sözü "la ilahə illalah" olsa o cənnətlikdir", buyurmuştur.

Uşağımıza bəlkə son söz olaraq "la ilahə illəllah" sözünü dedirtmək əlimizdə deyil, bu bir qədəri ilahidir amma ilk sözləri dedirtmək ana ata olaraq bizim əlimizdədir. Bizlər kiçik balaların şüuraltına zikir və salavat təlqinlərində olsaq son anda dildən bu sözlər tökülər.

Son sözlərimizi Abdulhadi əminin salavatı ilə bağlayaq ki, göndərilən salavatlar hörmətinə son nəfəsimiz salavatlar yoldaşlığında bədənimizi tərk edə bilsin.

"Allahım sevgilin Məhəmməd Mustafa(s.a.s.) razı olana qədər salat və salam et. Həbibin (s.a.s.) Allahım razıyam rəhmət dəryası daşdı, məmnunam dəyənə qədər salatı salam et" (USTAD Əli Ülvi Qurucu Xatirələri).

Allahümme Salli ala Seyyidinə və Nəbiyyinə Məhəmmədin və ala ali Məhəmməd 


Xədicə Şahin
Bu yazıya 926 dəfə baxılıb.