Allah sizi çox sevir


Firdevs Ramazanova
Bu yazıya 935 dəfə baxılıb.

Mövzumuza çox dəyərli müəllimimizin sözü ilə başlamaq istəyirəm. “Niyyət etdim Allah rizası üçün aləmin hidayətinə Bizmillah”. Həqiqətən, “Bismillah”da çox sirlər gizlidir. Mənası “Allahın adıyla” olan bu kəlmə, doğrudan da, hər işin açarıdır. Sizcə hər işə Bismillahla başlasaq Allah bizi sevməzmi? O Allah ki, bizə istəmədiyimiz halda gözümüzü (görmək üçün), əllərimizi (toxunmaq üçün) və s. vermişdir. Məntiqli düşünək, istəsək bizə nələri verər Uca Allahımız...

Allah, həqiqətən, bizi çox sevir. Oxuduğum və çox bəyəndiyim mövzunu sizinlə paylaşmaq istəyirəm.

Allah Təalanın sizə olan sevgisini bilmək istəyirsinizsə, bunlara diqqət edin:

1. Sizə din və hidayəti vermişsə, bilin ki, Allah sizi sevir.

2. Əgər sizə məşəqqət, çətinlik, problemlər vermişsə, bilin ki, Allah sizi sevir. Çünki

sizin dua edən səsinizi eşitmək istəyir.

3. Əgər sizə az vermişsə, bilin ki, Allah sizi sevir və axirətdə çox verəcəyini bildirir.

4. Sizə razı olma sevgisini vermişsə, bilin ki, Allah sizi sevir, ən gözəl nemətini ehsan

etmişdir.

5. Sizə səbir etmək sevgisini vermişsə, bilin ki, Allah sizi sevir və mütləq qazananlardan

olacaqsınız.

6. Sizə ixlas nemətini vermişsə, bilin ki, Allah sizi sevir. Bu halda Ona qarşı ixlaslı

olmalısınız.

7. Əgər sizə sıxıntı vermişsə, bilin ki, Allah sizi sevir, sizdən həmd və şükür etmənizi

gözləyir.

8. Əgər sizə kədər vermişsə, bilin ki, Allah sizi sevir, imanınızı sınayır.

9. Əgər sizə mal vermişsə, bilin ki, Allah sizi sevir. Bu halda yoxsula qarşı xəsislik

etməməlisiniz.

10. Əgər sizə yoxsulluq vermişsə, bilin ki, Allah sizi sevir. Çünki maldan daha dəyərlisini

vermişdir.

11. Əgər sizə anlayışlı qəlb və danışam dil vermişsə, bilin ki, Allah sizi sevir. Ürəyinizi

və dilinizi xeyir və ixlaslı işlərdə istifadə edin.

12. Əgər sizə namaz qılmağı, oruc tutmağı, Qurani-Kərim oxumağı və gecə ibadətini

vermişsə, bilin ki, Allah sizi sevir və bunları tərk etməməyinizi istəyir.

13. Əgər sizə (ən əsası) İslam nemətini vermişsə, bilin ki, Allah sizi sevir. Allah Təala

sizi sevdiyi halda siz niyə Onu sevmirsiniz?

Məntiqlə düşünsək Allah bizə çox şeylər verib, amma biz Ondan sevgimizi belə əsirgəyirik. Yenə də Allah Təala biz qullarını çox sevər və heç unutmaz.

Mözumuza ayeyi-kərimələrlə son vermək istəyirəm.

“Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər”. (Ali-İmran surəsi, 76)

“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz”. (Əl-Əraf surəsi, 55)

“İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar”. (Əl-Əraf surəsi, 42)


Firdevs Ramazanova
Bu yazıya 935 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.