Yay salatı


Bizim AİLƏ
Bu yazıya 982 dəfə baxılıb.

Lazım olan ərzaqlar:

500 qr. toyuq filesi

300 qr. göbələk

400 qr. konservləşdirilmiş yaşıl noxud

yarım limonun suyu

şüyüd

duru yağ

mayonez

duz

 

Hazırlanması:

Toyuq filesi suda bişirilir, soyudulur. Kub şəklində doğranır. Üzərinə limon suyu tökülür, qarışdırılır, 1 saat saxlanır.

Göbələklər təmizlənir, kub şəklində doğranır. Sonra duru yağda qızardılır. Şüyüd xırda-xırda doğranır. File, göbələk, noxud, şüyüd, duz və mayonez tökülüb qarışdırılır. Salatımız hazırdır. Nuş olsun!

 


Bizim AİLƏ
Bu yazıya 982 dəfə baxılıb.