Badımcan Borucuqları


Bizim AİLƏ
Bu yazıya 1106 dəfə baxılıb.

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar:

2 iri badımcan

8 x.q bitki yağı

2 x.q mayonez

4 diş əzilmış sarımsaq 

½ stəkan xırda doğranmış qoz  

1 stəkan xırda doğranmış cəfəri və ya keşniş

 

Hazırlanması:

Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlər şəklində kəsın. Badımcanların acısını çıxardın. 

 Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və 30 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun,  yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla qurulayın.

Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dayaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün.  Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230 dərəcəli sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bir müddət sonra dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın.

 Dilimlər bir az soyuduqdan sonra, hər birinin üzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyərti səpin. Dilimləri rulet şəklində qatlayın. Nuş Olsun!

 

 

 


Bizim AİLƏ
Bu yazıya 1106 dəfə baxılıb.