Sonsuz Həyata Yolçuluq


Əlif Güldar
Bu yazıya 1049 dəfə baxılıb.

Hər birimiz cənazə cərasimində getmişik. Musalla daşına koyulan tabutdakı yaşıl örtünün üzərində Ərəpcə nə yazıldığına heç diqqət ettikmi? O yaşıl örtünün üzərində bir ayə yazılmışdır. “Hər nəfs ölümü dadacakdır”. Quran təmamilə "öləcəksiniz" demir, ölümü "dadacaqsınız” deyir. İnsan ölümü daddığı anda öldüyünü fərq etməz. İnsan öz bədənini yuyanı, cənazə namazını qılanları və ətrafındakıları görür və tanıyır. Onu qəbirə qoyduqdan sonra uzaqlaşanların ayaq səslərini eşidir. Sonra qəbirin içindəykən Münkər, Nəkir mələkləri gəlir. Və onların suallari başlayır...

Bir yerdə dümdüz yatırsınız, ətrafınızda da insanlar var. O anda əlinizi qaldırmaq istəyirsiniz, kaldıra bilmirsiniz. Bir şey demək istəyirsiniz səsiniz çıxmır, bir anda sizi vahimə bürüyür. Diqqat edin. Ağlınız, şüurunuz, idrakınız, bütün duyğularınız yerindədir, ətrafınızda baş verənləri görürsünüz. Lakin bədən bir anda yıxılıb, qalıb. "Cənazələrinizin yanında qışqırıb, bağırmayın onlara əziyət edirsiniz" Çünki; o ölü deyil!! Elə bu anda bədəninizi düz bir yerə uzadırlar, adətlərinə görə gətirib üstünə bir bıçaq, koyurlar. Siz orda ətrafınızda ağlayanları seyr edirsiniz. Sonra sizi bir gasılhaneye aparırlar, üstünüzə su tökürlər, sizi o yana, bu yana çevirirlər, siz nə qədər çalışsanızda onlarla danışa bilmirsiniz, "Mən yaşayıram!" deyə bilmirsiniz. Amma sizi yuyanları görürsünüz, bilirsiniz. Tanıyırsınız amma maddi dünya ilə əlaqəniz qopub. Pulum deyirsiniz, işim, vəzifəm, anam, ailəm, övladların deyirsiniz! Amma onlara toxuna bilmirsiniz. Daha sonra sizi ağ bir kəfənə bürüyürlər, taxta bir sandığın içinə qoyurlar, üstünüzü bağlayırlar, amma o taxta sizin görməyinizə mane olmur, çöldə olanları seyr edirsiniz. Gözləri yaşlı, hüzünlü insanları görürsünüz. Sonra sizi bir musalla daşına qoyurlar. Hüzünlü an, ətrafınızda ağlıyırlar,qışqırırlar. Gözü yaşlı həyat, dostlarınız, övladlarınız, ananız, atanız… Və siz bunları da seyr edirsiniz... Sonra sizi bir məzarın yanına gətirirlər. Torpağın üzərinə qoyurlar, məzar qazılır, yanınızda hüzünlü insanları

görürsünüz. Bax o anda həyatınızın ən böyük vahiməsi başlayır. Çünki ağlınız, şüurunuz, idrakınız, bütün duyğularınız sizinlədir, yəni siz o anda yaşayırsınız və o məzarın içinə qoyulacağınızı, üstünüzə torpağın atılacağını və orada qalacağınızı, görüp hiss edirsiniz.

Hz. Ömər(r.a.) soruşur; Ya Rəsulallah! Mən məzara qoyulduğum zaman indiki ağlım, idrakim, duyğularım, şüurum yerində olacaqmı? Bəli, ya Ömər! İndiki kimi ağlına, idrakina, duyğularına malik olacaqsan.

Sizi sevdiklərinizin əlləri ilə torpağa, o məzarın içinə qoyurlar, üstünüzə torpağı atmağa başlayırlar. Taxtalar və ya beton daşlar qoyulur, çöldən əlaqəniz kəsilir. Amma çöldəki səsləri eşidirsiniz, torpağın içində qaldığınızı hiss edirsiniz. Bəli, bədəndə o ana qədər heç bir şey hiss etmirsiniz ama, siz o torpağın içindəsiniz. Bağırmaq, qışqırmaq istəyirsiniz; Məni buraya tərk etməyin! Məni buraya qoymayın!, mən yaşayıram!, canlıyam!, diriyəm! Mən də sizin qədər şüurluyam! Onlara səsinizi duyura bilmirsiniz və sizi oraya qoyurlar, üstünüzə torpaq tökürlər, işıq itir, qapqaranlıq bir məzarın içində tək tənhasınız... Amma artıq ətrafla əlaqəniz yoxdur və məhşərə qədər də burdasınız. Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "İnsan qəbirə qoyulduğu zaman o vahimə içində elə qışqırır ki, fəryadı ərşə qədər yüksəlir. Lakin təəssüflər olsunki, insan qulağı o qışqırtını eşidə bilmir". Bax, o vahimə anında düşünürsünüz ki, sizə dünyada ikən deyilən, ölüm yoxdur! Həyat davam edir! O biri həyata özünü hazırlamasan peşman olarsan! Xəbərdarlıq olunmuşdu, bildirilmişdi,lakin bunlara əhəmiyyət verməmişdin. Artıq məzardan geriyə dönüş yoxdur. Bitir, hər şey sona çatır. O anda fiziki heç bir şey yoxdur amma sizin yaşadığınız gerçək kabusdur. Bax məzarda elə bir kabusun içinə düşürsünüz ki, oyanma, geriyə qayıtma yolu yoxdur. Artıq saysız sirlərlə dolu olan qəbir həyatı başlayır… Olduğumuz yerdən başqa bir yerə qısa müddətə gəzməyə getməyə qərar verərkən belə , 6 ay əvvəldən hazırlıq görürük, oranın şərtlərini öyrənirik, nə aparım, nə gətirim, orda harada qalım deyə onu araştırırıq. Ömür boyu, sonsuz yaşayacağımız bir ortama gedəcəyimiz halda, oranın şərtlərini araştırmağı lazım bilmirik. Hazırlanırıq, amma əvvəlcə oranın nə olduğunu öyrənib, sonra hazırlanmalıyıq, bilmədiyimiz bir şeyə necə tədbir ala bilərik. Heçbirimizin nə qədər yaşayacağımıza dair sığorta sənədimiz yoxdur. Bir damarındakı

tıxanma, bir beyin qanaması sənin neçə yaşın olursa olsun həyatının sonu olabilər. Şair nə gözəl söyləyir:

“Böyük görüşmə... Bilsem harada, saat neçədə ? Tabutun taxtası, bilsəm hansı ağacda ?” O andan etibarən sənə nə ailəmiz, nə pulumuz, nə həyat yoldaşımız, nə ana-atamız, nə də bir başkası fayda edəcək. Bəs, o ölümdən sonrakı yolçuluğa hazırlanmadıqsa bizi kim qurtaracak, nə kurtaracak.

Həsən Basri (r.a.) rəvayət ettiyinə görə, Rəsullallah (s.ə.s.) ölümün verdiyi dəhşəti və ələmi belə tərif etmişdir: "Ölümün verdiyi acı üç yüz qılınc zərbəsi qədərdir". Hz. Əli (r.a.) dan soruşurlar, evini niyə görə məzarlığa yaxın tikmisən? "Dediqodudan qoruyur və ölümü xatırladır", deyə cavab vermişdir. Salman Farisi (r.a.) vəfatına yaxın Mədain şəhərində ikamet edirdi . Daha əvvəl xanımına verdiyi mis kokusunu gətirməsini və miski su ilə qarışdırıb ətrafa tökməsini istədi. Az sonra misafirlərim gələcək deyərək ölümü karşıladı. N.Fazıl Kısakürekin dediyi kimi:

“O dəm ki, pərdələr qalxar, pərdələr enər Əzrailə "xoş gəldin !" deyəbilməkdedir hünər”

Gerçək igitlik və qəhrəmanlıq “Nə olar ki, Əzraildə olsa gələn mələk deyilmi?” ədası ile, bir bayram sevinci və təbəssümü ilə karşılaya bilməkdir ölümü.

“Bu dünyada rəng, naxış, ləzzət, nə varsa küsüm; Gözümdə son marifət, Əzrailə təbəssüm...”

 


Əlif Güldar
Bu yazıya 1049 dəfə baxılıb.