Şübhə


Aysel Əmiraslanova
Bu yazıya 1060 dəfə baxılıb.

“Şübhə olan qəlbdə hüzur olmaz!”

Şübhə elə pis bir kirdir ki, insanın həyatına yansıyan, onu rahat qoymayan, bəzən ağladan, bəzən həyatdan bezdirən, bəzən kobudlaşdıran, bəzən intahara sövq edən, üsyan etdirən bir xəstəlikdir.

İçində yaşadığımız bu dünya və indiki zəmanəmizdə insanların 60%-dən çoxu şübhə altındadır. Bunun yaranma səbəbləri çox vaxt dedi-qodu olur. Ya özü danışdığı, ya da yanında danışılanlar insanı şübhələnməyə vadar edir. Eşidilən sözlər istər-istəməz şübhələnməyə vadar edir. İnsan ondan birdəfəlik qurtulmaq üçün çıxış yolu axtarır. Baxdığı hər yerdən, gördüyü hər bir insandan kömək etmələrini istəyir, amma hamıya qarşı güvən duyğusu itir. Heç kimə güvənmədiyi üçün bunu kimsəylə paylaşa bilmir. Elə sanır ki, heç kim onu başa düşməyəcək.

Ancaq kiməsə danışmasan da rahatlıq tapa, həyatını əvvəlki kimi davam edə bilmirsən, çarəsiz qalırsan. Bu şübhədən qurtulmaq üçün dua etmək istəyirsən. Bəzən bacarırsan, amma bəzən də o qədər fikirləşib yorulursan ki, heç dua etməyi belə bacarmırsan. Bəzən insan imandan belə soyuya bilir.

Bir gerçək də var ki, dua möminin silahıdır. Dua etmək hər zaman lazımdır. Ola bilər ki, dua etdiyin zaman sənə gözlədiyin bir sübut, bir işarə gəlməsin, duan qəbul olmasın. O zaman belə ayaqda dimdik durmağı bacarmaq lazımdır. Çünki duan qəbul olmazsa belə, deməli, onun da bir hikməti vardır.

Allah bir qapını bağlayarsa, bir qapını da açar. O, hər şeyə qadirdir. Əgər Allaha sığınsaq, Ondan başqa kimsədən kömək istəməsək, acizliyimizi bildirsək onda Allah hər zaman köməyimizə yetər.

Şübhələr insanı sui-zənnə vadar edir, bu isə günahdır. Günah isə şeytanı sevindirməkdir.

Həmin vaxt insanın ağlında ancaq suallar olur:

“Bəlkə doğru deyil?!”

“Amma bəs doğru deyilsə niyə belə oldu, niyə belə etdi?

Neynəsən də cavab yoxdur, tapa bilmirsən. Şübhə qurd kimi insanın içini yeyib bitirir.

Bu məqaləni yazmaqda məqsədim, bu yazını oxuyanların arasında şübhədə qalanlar varsa, az da olsa onlara kömək olaraq Allaha istiqamətləndirməkdir. Çünki vaxtı ilə mənim də içimdə böyük bir şübhə var idı. Heç kimə açıb deyə bilmədiyim böyük bir şübhə... Heç gözləmədiyim bir adamdan mənə belə əzab verən böyük bir şübhə...

Amma mən yalnız Allaha sığındım, bunun üçün də o şübhəni yaxın zamanlarda həyatımdan siləcəyimə bütün varlığımla inandım. Artıq içimdə o şübhə yoxdur. Çünki ondan qurtulmağı bacardım. Allah kömək etdi. Çox şükür indi əvvəlkindən daha rahatam, daha hüzurluyam.

Ey müsəlman bacı və qardaşlar! Gəlin hamılıqla, “Allahım nə böyük problemim var deməkdənsə, problemimizə baxıb bu problemi aradan qaldıracaq böyük Allahım var deyək!”

 


Aysel Əmiraslanova
Bu yazıya 1060 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Şübhə