Mövlud qəndili


Sevinc Vəkilova
Bu yazıya 1218 dəfə baxılıb.

 

İslam dinindəki müqəddəs gecələrə qəndil  adı verilər. Qəndil gecələri İslamın ilk zamanlarında var olan bir adət olmayıb, hicri üçüncü əsrdən etibarən qeyd olunmağa başlanmışdır

Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. İnsanlığın qurtuluşu üçün göndərilən son və ən böyük peyğəmbər, bizim Peyğəmbərimiz Hz. Məhəmməd (S.Ə.V) 571 ilində Qəməri aylardan Rəbiul-əvvəl ayının on ikinci gecəsi doğulmuşdur. Bu mübarək gecəyə "Mövlud gecəsi" deyilir. Onun doğulduğu çağda dünyanın hər tərəfində cəhalət, zülm və əxlaqsızlıq yayılmışdır Allah inancı unudulmuş, insanlıq qorxunc və qaranlıq bir vəziyyətə düşmüş, dünya yaşanmaz hala gəlmişdi. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.s.) in təbliğ etdiyi İslam dini ilə dünya işıqlandı, tək Allah inancı ilə ürəklər nurlandı. Bərabərlik, ədalət və qardaşlıq gəldi. Ona inanan cəmiyyətlər gerçək hüzura , sükunətə qovuşdu. Onun doğulduğu gecə, insanlığın qurtuluşu üçün çox xeyirli və mübarək bir başlanğıc oldu. Bu gecə, müsəlmanlar arasında əsrlərdən bəri böyük bir coşqu ilə qeyd olunmaqdadır, Peygamberimiz dərin bir hörmət ilə xatırlanmaqdadır Peyğəmbərimizin doğum ildönümlərində oxunan mövludları hörmət ilə dinləmək, Onun mübarək ruhuna salat və salam oxumaq heç şübhəsiz. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.s.) ə olan dərin sevgi və bağlılığın bir ifadəsidir. Bununla yanaşı, Onun əxlaq və fəzilət dolu həyatını öyrənmək və özümüzə nümunə götürmək başda gələn vəzifələrimizdəndir. Əsl o zaman Onun sevgisini və məmnuniyyətini qazanmış olarıq. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunmuşdur. Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır,  Quran oxuyur, salatı şəriflər gətirir Peyğəmbərimizin (s.a.s.) bizə öyüdləri olan hədisi şəriflər müsəlmanlara mesaj olaraq köçürülər, unudanlara təkrardan xatırladılar. Qısacası peyğəmbərimizin ad günü ilahilər, surələr, qəsidələr, şerlər oxuyaraq coşquyla qeyd olunur və peyğəmbərimiz könüllərdə salavat ilə xatırlanar sədəqə verilər, günahlarının bağışlanması üçün Allaha dualar edilər, Beləlikə qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir.. Bu gecənin  xüsusi bir ibadəti yoxdur. Ancaq gecənin mənəvi zənginliyindən bolca istifadə edə bilmək üçün  Təsbeh namazı qılaraq  və mümkünsə bir də Xətmi Ənbiya oxunar


Sevinc Vəkilova
Bu yazıya 1218 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.