Əsrin girdabı


Məryəm Dəmir
Bu yazıya 971 dəfə baxılıb.

Yaşadığımız zamanda həyatımızın ayrılmaz parçası olan televiziya şüurlu və məqsədə uyğun istifadə edilsə gözəl nəticələrə gətirib çıxararkən, məqsədə uyğun istifadə edilmədiyi üçün faydadan çox zərəri olduğunun şahidi oluruq.

Uşaq ya da yetkinə xitab edən proqramların əksəriyyəti şiddət, döyüş ya da əxlaqi yöndən gənc və saf beyinlərə bilərək, xüsusilə ifadə edək, qəsd olaraq böyük zərər verir və lazımsız yerə şüuraltlarını doldurur.

2000-ci ildə Amerika Pediatriya Akademiyası tərəfindən nəşr olunan hesabata görə "Televiziyadakı şiddət səhnələri ilə uşaqlardakı aqressiv davranışlar arasında, ağciyər xərçəngi və passiv siqaret çəkənlər arasında olduğundan daha yaxın bir əlaqə mövcuddur". (Media Resource Team of American Association of Pediatrics, "Media Violence," Archives of Pediatric Adolescent Medicine 108:5 (2001), pp. 17-23)

Televiziyanın təsirləri üzərində edilən araşdırmalarda, xüsusilə uşaqlar üçün hazırlanan proqramların digərlərindən 10% daha çox şiddət elementlərinin nümayiş olunduğu müəyyən edilmişdir. Bu cür şiddət elementlərini izləyən uşaqlar bir müddətdən sonra televizorda gördüklərindən təsirlənərək təcavüzkar davranışlar sərgiləyirlər.

Televizordakı şiddət görüntüləri səbəbiylə uşaqlar, başqa insanların ağrı çəkməsinə və yaralanmasına daha az həssas olurlar, içində yaşadıqları dünyadan qorxduqlarına görə digər kəslərə aqressiv davranır və zərər verə bilərlər. (The American Academy of Pediatrics- What Children See and Learn- Television's Impact on Children)

Ölməyi və öldürülməyi normal görən bir nəsilin etdiklərini, yenə şiddətlə dolu olan "xəbər proqramlarında" görə bilirik. Bağçasına tez-tez top atılan və səs-küydən yorulan xala topu partlatdığını, bu hərəkətinə görə “Topu niyə partladırsan?” deyib yaşlı xalanı öldürən bir nəsli də görürük.

Oynanan oyunlar, izlənilən seriallar, məsum gördüyümüz cizgi filmləri, hamısı təmiz ruhları tətikləməkdədir.

Məsum görünən qız uşaqlarına yönəlmiş cizgi filmlərə nə deməli… ədəbdən kənar seriallardan heç bir fərqi yoxdur. Yalnız adı "Cizgi Film"dir. Oğlan dostu – qız dostu, ədəbsiz paltarlar günahsız beyinləri günahsız bildikləri üsul ilə doldururlar. Böyüdükcə uşaqlıqda izlədikləri onlara normal görünür, nəsillər əxlaqi və psixoloji çöküntüylə qarşı-qarşıya qalırlar. Televizor tacirlərinin də etmək və irəlidə görmək istədiyi də tam olaraq budur.

Azad bir həyatı təbliğ edən, ana-atanın qoyduğu qaydaları yox sayan, məktəblərdə müəllimlərinə hörmətsiz bir üslubda danışma dərsi verən proqramlar şüurlu şəkildə şəxsiyyətlərə təsir edərək, cəmiyyətimizin xarakterinə əks olunur. Bu proqramlar yalnız uşaqları və gəncləri deyil yetkinləri də mənfi təsiri altına alır. Şiddətlə dolu xəbər proqramlarını axşam yeməyi əsnasında izləməyi tövsiyyə etməyən mütəxəssislər, yeməklə birlikdə sinir, stress kimi ruhi tarazlığı pozan şeylərin də bədənə daxil olduğunu vurğulayır.

Bəs bu işin bir həlli, çıxar yolu yoxdurmu?!! Əlbəttə var, tətbiqi asan, lakin nəfslərə ağırdır ki, tətbiq etməkdə çətinlik çəkirik :

Əvvəla, uşaqlarımızı bu cür proqramları izləməkdən uzaq tutmalıyıq. Diqqətlərini, ümumi mədəniyyətlərini və şəxsiyyətlərini inkişaf etdirəcək sahələrə yönəldək. Kitab oxumağın beyin

hüceyrələrini inkişaf etdirdiyi halda, televizorun zərər verdiyini məntiqi istiqamətdən izah edib onları razı salaq. Günümüzün yetişməkdə olan nəsli qaydaları məntiqlərinə uyğun gəlmədiyi müddətdə qəbul etmir. Hər şeydən əhəmiyyətlisi imani yöndən özlərini yetişdirmələrini, Allah sevgisini və gözəl əxlaqı öyrənmələrini təmin edək. Bunu edərkən öz davranışlarımızla uşaqlarımıza nümunə olaq. Unutmayaq, hər nə desək də, nə oxutsaq da uşaqlarımız böyüdükləri zaman bizim kimi, yəni ana-ataları kimi fərdlər olacaq. Etdiklərimiz, oxuduqlarımız, seyr etdiklərimiz və söylədiklərimiz onlar üçün bir nümunədir. Uşaqlar eyni ilə kompyuter kimidir: “kəs-kopyala-yapışdır” proqramını həyatlarına tətbiq edərlər. Bu səbəblə uşaqlarımızı həm ədəbdən, həm əxlaqdan yetkin insanlarla bir yerdə tutmalıyıq. Əks təqdirdə mənfi təsiri böyük olan insanların etdiyi davranışları nümunə götürəcəklər. Enerjili xarakterlərdə sirayət xüsusiyyəti vardır. Bu enerji müsbətdə də, mənfidə də olsa sirayət edir..

Bu gün dünyada yaşanan bütün qarışıqlıqların səbəbi dindən uzaq bir həyatın nəticəsidir. Gerçək mənada Quran əxlaqını həyatlarımıza keçirə bilsək, həm özümüz, həm də uşaqlarımız xilas olacaq. Uca Allahın öyüd almağımız üçün endirdiyi Qurani-Kərimi anlayacağımız şəkildə oxuyaq. Oxuyaq, öyüd alaq və gözəl əxlaqımıza əks etdirək. Məqsədimiz yalnız bu dünyada xoşbəxt və dinc yaşaya bilmək deyil, heç bitməyəcək bir həyatda gözəlliklərlə görüşə bilmək olmalıdır. Allahın lütf etdiyi nemətlərə qarşılıq ONA yaxşı bir qul olmaq və ONU razı etmək üçün xərclənən bir ömür hər cür çirkdən uzaq və hüzurla dolu bir həyat olar.

İman edib gözəl əməllərdə olanlar, namazı düzgün yerinə yetirənlər və zəkatı verənlər; şübhəsiz onların əcrləri Rəblərinin Qatındadır. Onlara qorxu yoxdur və onlar qəmli olmayacaqlar. (Bəqərə Surəsi, 277)


Məryəm Dəmir
Bu yazıya 971 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.