Pul Hər Şey Deyil!


Azadə Yusifova
Bu yazıya 1256 dəfə baxılıb.

Hz. Peyğəmbər (s.ə.s.) belə buyurur:

“Zaman gələcək, onların dinləri pul, qiblələri qadınları olacaq”.

 Pul kəşf olunduğunda şeytan çox sevinmiş və: “Artıq insanların bütə sitayiş etmələri üçün çalışmayacam” -  demişdir. Pulsuz bir şey olmaz, amma hər şey də pulla olmaz.

  Çox zaman insanlar, keçmişdəki pulsuz,  yoxsul  xoşbəxt günlərini xatirələrini ancaq, içində olduqları pullu fəqət kədərli günlərində təsəlli tapmağa çalışırlar.

 Pullu insan ağıllıdır. Ağıl müəllimlik edər. Üstəlik resept də yazar, ağlı olmasaydı varlı olardımı?

 Tanıdığımız bir ailədə, on dəqiqəlik bir zaman içində, gəlin qaynana arasında, digər üzvlər arasında xəfifə alma və bir-birinə göstərdiyi təzyiqlərdə hansı tərəfin daha varlı olduğunu anlaya bilərik.

 İnsan dəyərini itirdi. Pul və pulla alınan əşya ön plana çıxdı.

Məsələn: Avtobusa minərkən əldən düşən, ağız və burnunu qırılmaqdan çətin qurtaran, yıxılmamaq üçün o yandan, bu yandan tutunan qoca, ayaqqabısı tapdalandığı zaman verdiyi cavab bunu göstərmir? Qocanın verdiyi cavab:

“Öküz, qabağına bax! Ayaqqabımı tapdaladın. Hələ yeni rəngləmişdim onu”.

  Bütləşdirilən pul, necə ayrılıqların, necə cinayətlərin və necə ədəbsizliklərin səbəbi, ağıla, xəyala gəlməyən pislik və çirkinliklərin pul sayəsində işlənməsi, saxtakarlar, sərxoşlar, zinalar, şəxsiyyətsizlər, satılmışlar hamısı pulun məhsuludur. Pul qazanmaq üçün canlar kirayə verilir. Pul xərcləmək üçün hələ dünyaya gəlməyən  körpələr parça – parça alınır. Pulsuz yuvalar məzar, pullular isə bazar olur. Pul əxlaq tanımaz, çünki ən böyük namussuzluqların üzərini pul dəmətləri örtür.

  Əşyanın dəyərinin pulla ölçülməsinin nəticəsi, insanın dəyərini də pulla ölçmək, insana ən böyük zülm, ən böyük işgəncədir. Satın alına bilməyəcək vicdanın olmadığı hər vicdanın bir qiyməti olduğu qərarına gəlmək...

  İnsanların yaxşılıq və pisliyində izzət və zillətinə olan ölçü təqvadı. İslam təqvadan başqa ölçü tanımaz. İnsanları pullarına, vəzifələrinə, cisimlərinə və xitablarına görə dəyərləndirmək səhvlərin ən böyüyüdür.

  Allahın ehsan etdiyi pulu ehsan və infaq, kasıbları sevindirmək lazım ikən kasıbın yanında öyünmək, onu qıcıqlandırmaq, qəlbini qırıb düşmənliyini qazanmaq nə üçündür?

  Böyük, kiçik, bütün toplumlardan çıxan anlaşılmazlıqlar, həsədlər, kibirlər hamısı pula görədir. Kiçikdən böyüyə hal-hazırda hər kəsin söhbəti puldur. Yeni tanış olan insanların salamdan əvvəl bir-birindən soruşduqları işi və məvacibidir. Əlli yaşındakı dul qadın evlənərkən ilk soruşduğu şey pul, ev və digər maddiyyatlar olur.

  Bütün bunların nəticəsində öz-özümüzə soruşmağımız lazım olan bir sual daha vardır: Qüsur axtarmağa haqqınız varmı? Hüzuru, xoşbəxtliyi, necə və harada axtarırıq? Birlikdə yaşayıb böyüyən, ortaq bir qədəri paylaşan qardaşlar, hamısı pula görə döyüşür, pula görə bir-birindən qopur, daha sonra isə bir-birinə yadlaşır.

Pul kimdə ???

Ağıl kimdə ???

Gəlin bir yerdə düşünək...


Azadə Yusifova
Bu yazıya 1256 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.