Televiziya və Gələcək nəsil dərdi


Əlif Güldar
Bu yazıya 1327 dəfə baxılıb.

Bundan qırx il əvvələ qədər axşamlar ailədə evin böyüyü faydalı hekayələr oxuyar, tariximizdən qəhrəmanlıq nağılları danışardı. Yaxın keçmişimizdə televizorun evlərimizi işğalı və baş tərəfi ələ keçərməsi ilə çox şey dəyişdi. Həyatımızda televizor, cib telefonu, kompyuter və internet olmayan ev demək olar ki, yoxdur artıq. Xüsusilə televizor həyatımızın hər məqamındadır. Televizor, necə istifadə etdiyimizə bağlı olaraq həm faydalı, həm də zərərli ola bilər. Yaxşı, bizlər televizordan faydalı olması üçün nə cür istifadə edirik? Bu gün təəssüf ki, kanalların yayımına nəzər salsaq, televiziyanın zərərlərinin faydalarından daha çox olduğunu söyləyə bilərik. Televiziya kanallarının reytinq ehtirası faydalı proqramların çoxalmasına fürsət vermir. Demək olar ki, maqazin proqramları ən çox hazırlananlardandır.

Bu cür proqramlarla televizor və ya kompyuterdə, internetin məchul küçələrində boş yerə zaman keçirmək insanımızı böyük bir girdabın içinə çəkir. Orta hesablama ilə günümüzün üç saatını televiziya başında keçirdiyimizi düşünək. Ayda doxsan saat, bir ildə min səksən saat edir. Bu da tam olaraq 45 gün deməkdir. Neçə saat yatırıq, yaxşı bir yuxu müddəti təxminən səkkiz saatdır. Ayda 240 saat, ildə isə 2880 saat edir. Yuxu müddətimiz də 120 gündür. İkisini birlikdə 120+45=165 gündür. Yəni bir ilin təxminən yarısını yataraq və televiziya izləyərək keçiririk. Bu da çox böyük zaman itkisidir. Bu zamanda uşaqlarımızı, yoldaşımızı, qohumlarımızı, ən əsası isə qulluq vəzifələrimizi ehmal ediriksə sabah hesabımız çox böyük olacaq.

Bu gün televiziya zərərlidir çünki israfa gətirib çıxarır, tənbəlliyə itələyir, saatlarla hərəkətsiz televiziya başında oturmaq köklük xəstəliyinə səbəb olur. Televiziya qarşısında yeyilən yeməklər, reklamlar həddindən artıq istehlak dəliliyinə israfa istiqamətləndirir. Uşaqların erkən yetkin olmalarını təmin edir. Amerikada pediatriya akademiyasında edilən bir araşdırmaya əsasən iki yaşdan kiçik uşaqlara qətiyyən televizor izlədilməməlidir nəticəsinə gəlmişlər. Televiziya və kompyuter qarşısında uzun müddət vaxt keçirmək yuxu problemlərinə səbəb olur. Səviyyəsiz proqramlar, lazımsız xəbərlər, cinsi şiddət ehtiva edən proqramlar, seriallar uşaqların inkişafına mənfi təsir etməklə, insanları mənfi davranışlara sövq edir.

Televiziyanın təsiri ilə insanlar gerçək həyatından qoparaq, öz dünyalarında tapa bilmədikləri rolları fantastik və gerçək olmayan hadisələrlə yaşamağa başlayırlar, cəmiyyətdən uzaqlaşırlar. Bu problemlər artıq dünyada da ciddi bir mövzuya çevrilib. Bununla mübarizə üçün dünyada bir çox böyük xəstəxanalarda, Virtual Asılılıqla Mübarizə Klinikaları qurulub. Artıq hadisəyə müalicə tələb edən bir xəstəlik olaraq baxılır. Bu problemlərin önünə keçə bilmək üçün uşaqlarımızla daha faydalı, sağlam, təhsil proqramları ehtiva edən sənədli filmlər izləyə bilərik. Cəmiyyətin dəyərlərini ön plana çıxaran proqramlar hazırlanması üçün şüurlu seçim etməliyik.

Televiziyada təlimatçı yayınlar edilməsi çox əhəmiyyətlidir, müəllimdən daha təsirli olan televiziya geniş kütlələrə xitab edir. Əgər istənilsə cəmiyyət üçün faydalı təlimatçı yayınlar hazırlana bilər. Məsələn, regionlarda yaşayan insanlarımızın təhsilinə yardım edən yayınlar, bitki yetişdirilməsində, texniki mövzuları ehtiva edən, uşaqlarımıza yönələn, cəmiyyətdə öyrənmələri

lazım olan məlumat və bacarıqlar, gənclərimizin bu gün və sabahları üçün faydalı olan, həyata hazırlanmalarına yardım edən məlumatlar, cəmiyyətlə inteqrasiya olunmasına, bədən və ruh sağlamlıqlarına dair proqramlar kimi. Xüsusilə gənclərin boş zamanlarını necə faydalı keçirəcəkləri, insan sevgisi, sənətin öyrənilməsi, cəmiyyət şüuru qazandıran proqramlar əhəmiyyətlidir.

Ailəyə istiqamətli yayının artırılmasına böyük ehtiyac vardır. Xüsusilə qadının təhsili, ailə cəmiyyət içərisindəki vəzifələri, qadın haqları, uşaq baxımı ilə əlaqədar proqramlar cəmiyyətin inkişafı üçün çox əhəmiyyətlidir. Peşə kursları ilə əlaqədar, sağlam bir istehsal reallaşdırmaq üçün üsul və texnikaların öyrənildiyi proqramlar, ümumi təhsil, sağlamlıq, xarici dil, ev iqtisadiyyatı, din və əxlaq, yol hərəkəti qaydaları, ətraf mühitin təmizliyi, əl bacarıqları kimi qabiliyyət qazandırmaq üçün hazırlanan proqramlar cəmiyyətin faydasına və xeyrinədir.

Televiziya, kompyuter və internet ünsiyyət çağımızın texnoloji möcüzələridir. Bunlardan imtina etmək asan deyil. Amma bunlardan da səhv istifadə etmək uşaqlarımız başda olmaqla cəmiyyətimizdəki bütün insanların psixoloji və mədəni baxımdan milli və mənəvi dəyərlərimizdən uzaqlaşmasına səbəb olur. Bizə dəstək olan ailə, qohum, cəmiyyət və dövlət ənənələrimizi degenerasiya edir. Sürətlə qloballaşan dünyada mədəni mirasımızı, milli və mənəvi dəyərlərimizi qoruya bilmək üçün ailə, məktəb, ünsiyyət vasitələrinə istiqamət verə bilənlər, vətəndaş cəmiyyət quruluşları və dövlət əl-ələ verərək cəmiyyəti maarifləndirəcək proqramlar etməli və uzun vədəli bir yol xəritəsi meydana gətirməlidirlər.


Əlif Güldar
Bu yazıya 1327 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.